Тёмный
No video :(

İngilis dili sayılabilən və sayılabilməyən isimlər#18 

Estudygram - All about english
Подписаться 6 тыс.
Просмотров 3,2 тыс.
50% 1

İngilis dili qrammatikasının 18.ci mövzusu olan İngilis dili sayılabilən və sayılabilməyən isimlərin izahını verəcəm...websaytımız qurulma mərhələsində olduğu üçün, ingilis dili dərsləri üçün tezliklə İngilis dili sayılabilən və sayılabilməyən isimlər ilə əlaqəli testlər, lüğətlər və mövzular paylaşacam
Qısa məlumat: İngilis dilində isimlər sayıla bilən və sayıla bilməyən olmaqla iki qrupa bölününr. Sayıla bilməyən isimlər cəmlənmir və qeyri-müəyyən artikl (a/an) ilə işlənmir. Belə isimlərin sayı kifayət qədər çıxdur.
Jewellery (zinət əşyaları) sayılmayan isimdir (uncountable noun). Amma:
1) Zinət əşyalarının adları sayıla bilir:
a ring -üzük
an earring - sırğa (cüt olduğu üçün əksər hallarda cəmdə işlənir)
a bracelet -qolbağı
a necklace - boyunbağı
2) Jewels (daş-qaş, cəvahirat) sözü cəm isimdir (plural noun) və tək forması yoxdur.
Furniture (mebel) sayılmayan isimdir (uncountable noun). Amma mebelin növləri sayıla bilir. Məsələn, a sofa (divan), an armchair (kreslo), a table (stol), a chair (stul), a bed (çarpayı) və s.
Traffic (nəqliyyat) sayılmayan isimdir (uncountable noun). Amma a traffic jam (tıxac) sayıla bilir.
Music (musiqi) sayılmayan isimdir (uncountable noun). Amma a song (mahnı) sayıla bilir.
İce cream (dondurma) ümumi mənada sayılmayan isimdir (uncountable noun). Amma porsiyalarla nəzərdə tutulanda sayılan isim (countable noun) olur. Məsələn, mağazadan aldığımız bir nəfərlik dondurmalar sayılır.
Mummy, can I have an ice cream? - Anacan, (1 porsiya) dondurma yeyə bilərəm?
Rice (düyü) sayılmır - uncountable, A lentil (mərci), a bean (lobya), a pea (noxud) isə sayılır - countable.
Müəyyən isimlər var ki, məna fərqi ilə həm sayılan, həm də sayılmayan isim kimi çıxış edir. Aşağıdakı cədvəldə belə sözlərin bir neçəsi ilə tanış ola bilərsiniz.
Uncountable (sayılmayan) Countable (sayılan)
Law - hüquq (elm sahəsi) A law - qanun
Medicine - tibb A medicine - dərman
Competition - rəqabət A competition - müsabiqə, yarış
Glass - şüşə A glass* - stəkan
Iron - dəmir An iron - ütü
Paper - kağız A paper - qəzet
Hair - saç A hair - tük
Light - gün işığı A light - lampa işığı
Work - iş A work - əsər
Room - yer A room - otaq
Toast - tost (qızarmış çörək) A toast - tost (sağlıq)
Time - zaman, vaxt 2/3/… times - 2/3/… dəfə
Wood - taxta A wood - meşə
Responsibility - məsuliyyət A responsibility - vəzifə öhdəliyi
Chicken - toyuq əti (ərzaq) A chicken - toyuq
Fish - balıq əti (ərzaq) A fish - balıq
Lamb - quzu əti (ərzaq) A lamb - quzu
Pepper - istiot (ədviyyat) A pepper - bolqar bibəri (tərəvəz)
Business - biznes fəaliyyəti A business - müəssisə, şirkət
Belief - inam A belief - inanc
Dominoes - domino oyunu A domino - domino daşı (cəmdə dominoes)
Cloth - parça A cloth - təmizlik bezi
Post - poçt göndərişi A post - yüksək vəzifə
Nümunələrə diqqət yetirək:
There are laws against drinking in the street. (qanun)
She’s going to study law at university. (hüquq)
Penicillin produced a revolution in medicine. (tibb)
She knows a lot about herbal medicines. (dərman)
Competition for jobs is intense. (rəqabət)
She’s entered a crossword competition. (yarış)
The road was covered with fragments of glass from the shattered window. (şüşə)
She poured some milk into a glass. (stəkan)
The roof is made from sheets of corrugated iron. (dəmir)
I picked up a new steam iron at the sale. (ütü)
Dictionaries are usually printed on thin paper. (kağız)
He’s got short, dark hair. (saç)
Oh yuck, there’s a hair in my soup! (tük)
She could see the city lights in the distance. (lampa işığı)
It’s a north-facing room so it doesn’t get much light. (Günəş işığı)
I’ve got so much work to do. (iş)
The museum has many works by Picasso. (sənət əsəri)
This sofa takes up too much room in the flat. (yer)
The library consists of two rooms. (otaq)
I had a piece of toast for breakfast. (qızarmış çörək)
I’d like to propose a toast to the bride and groom. (sağlıq)
He wants to spend more time with his family. (vaxt)
They go swimming four times a week. (dəfə)
He gathered some wood to build a fire. (taxta)
We went for a walk in the woods after lunch. (meşə)
No one wants to take responsibility for the problem. (məsuliyyət)
My responsibilities include answering the phone and dealing with customer enquiries. (vəzifə öhdəliyi)
religious beliefs (dini inanclar)
* A glass (stəkan) sözü cəmdə glasses olur. Glasses həm də eynək/eynəklər deməkdir. Amma stəkan sözü tək (a glass) və cəm (glasses) olduğu halda, eynək sözü yalnız cəmdə ola bilir və tək forması yoxdur.
📞(Əlaqə nömrəsi)--055 830 33 25
📀( Hazırladı və Səsləndirdi): Ceyhun Yusifov
📽( Montaj): Akşin Yusifov
#ingilisdili#ceyhunyusifov

Опубликовано:

 

24 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 23   
@cavidancelebili3323
@cavidancelebili3323 4 года назад
Ceyhun teacher is the best
@elnarememmedova9883
@elnarememmedova9883 11 месяцев назад
🎉🎉🎉🎉
@MedinEliyeva-jr5dr
@MedinEliyeva-jr5dr Год назад
Salam mellim . İzah üçün çox sağ olun. Size bir sualım olacaq. Bir neçə meyvə deyəndə meyve cəmdə işlənməlidir? Əgər cəmdə işlənməlidirse sayılabilməyən isimlərlə S işlənə bilməz demişdiz. Zəhmət olmasa izah ede bilərsiz🙏
@muradhmdli9115
@muradhmdli9115 4 года назад
Hocam əllərinizə sagliq
@muradhmdli9115
@muradhmdli9115 4 года назад
Hocam sizin çox ürəyiniz var.Allah ürəyinizə gorə versin♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@henryworden7253
@henryworden7253 4 года назад
so incredible
@fatya8479
@fatya8479 3 года назад
Həqiqətən də çox ela başa saldınız tşk🤩🥰 əziyyətinize göre 1+like♥️
3 года назад
Can cox sagol. Wp ve facebookda paylassaniz, kanalın böyümesinde cox böyük desteyiniz olacaq. Tesekkurler😍🥰👍
@fatya8479
@fatya8479 3 года назад
@ Ok.🌼
@aishaaxmedova8309
@aishaaxmedova8309 4 года назад
Our teacher is the best
@elcinaliyev7578
@elcinaliyev7578 4 года назад
👍👍👍
@rovshenshukurlu9171
@rovshenshukurlu9171 4 года назад
Thanks teacher
@mehribancelebi5897
@mehribancelebi5897 4 года назад
This channel is going super
@oynokom6530
@oynokom6530 4 года назад
Ela
@muradhmdli9115
@muradhmdli9115 4 года назад
Salam muəllim birdə sizə zəhmət soz onləri haqda video çəkə bilərsiz of falan
@kenanismayl1287
@kenanismayl1287 4 года назад
Hocam bitanesiniz
@fatya8479
@fatya8479 3 года назад
Azərbaycanca danis ☝️
@fatya8479
@fatya8479 3 года назад
Türk videosu deyil Azərbaycan videosudu
@fatya8479
@fatya8479 3 года назад
Hocam yox muellim❗
@user-db9kx7rn9
@user-db9kx7rn9 6 месяцев назад
4:27də Soup 🍲 şorba deməkdi soap 🧼 sabun deməkdi müəllim 😇📖📚
6 месяцев назад
Ola biler videonu quran şexsin sehvi olub. Cox sagolun diqqetiniz ucun🤲
@user-db9kx7rn9
@user-db9kx7rn9 6 месяцев назад
@ Sizdə sağolun sizin sayənizdə İngilis dili qrammatikasını öyrənirəm.Sizin kimi müəllimlərə ehtiyacımız var. Uğurlarınız bol olsun 🙏🧑‍🏫🧑‍🏫♥️
6 месяцев назад
@Blackpink32346 can cox sagol. Allah var etsin sizi❤️🤲😍
Далее
Counting Numbers 1-100 | Turkish Language
6:07
Просмотров 243 тыс.
IELTS Speaking Test band score 7 with feedback 2023
17:21