Тёмный

İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad | ARAŞDIRMA 

Baku TV
Подписаться 1,1 млн
Просмотров 4,9 тыс.
50% 1

İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad | ARAŞDIRMA
Baku TV aşiq olduğu kişinin məhəbbətini qoruduğu üçün ürəyini çıxarıb yataq otağında saxlayan, insan dərisindən əşyalar düzəltdiyinə görə “Frau Abajur” ləqəbi alan çoxuşaqlı “Buxenvald ifritəsi” İlza Kox haqqında araşdırmanı təqdim edir.
İlza Kox 1906-cı ildə Drezden şəhərində fəhlə ailəsində anadan olub. Gəncliyində makinaçı, kitabxanaçı, mühasib işləyib. 1932-ci ildə Milli Sosialist Alman Fəhlə Partiyasının üzvü olub.
1934-cü ildə o, gələcək əri Zaksenhauzen düşərgəsinin komendantı Karl Otto Koxla tanış olur. Evləndikdən sonra cütlük Buxenvald konsentrasiya düşərgəsinə köçür, ərinin komendant vəzifəsinə keçməsi İlzaya bütün düşərgənin qadın şöbəsinə nəzarət etmək imkanı verir.
Çox keçmədən məhbuslar ağ atın üstündə dolaşan, qarşısına çıxan hər kəsi vəhşicəsinə qamçı ilə döyən, itlər üçün tikə-tikə edən İlzadan çox qorxmağa başlayırlar. İlza kişi məhbusları saatlarla həyətdə çılpaq saxlayıb dərilərində döymə axtarırdı. Döyməsi olan hər adamı öldürtdürüb dərisinin döymə hissəsini kəsib, müxtəlif əşyalar tikməyə başlayır. Ən gözəl döymələrdən öz əlləri ilə düzəltdiyi abajurla fəxr etdiyi üçün onu “Frau Abajur” adlandırmağa başlayırlar.
İlza insan dərisindən məmulatların istehsalını genişləndirir, onlardan əlcək, çanta, kitab üzlükləri, pul kisələri hazırlamağa başlayır. İlza insanın daxili orqanlarının şəxsi kolleksiyasını yaradır.
Bir gün əsirləri sıraya düzüb döymələrə baxarkən İlza slavyanəsilli hündürboy, yaraşıqlı kişi ilə qarşılaşır. Onu ayrıca otaqda saxlamağı və qidalandırmağı əmr edir. Bir həftəyə özünə gələn əsiri yanına çağırır və ona dəlicəsinə aşiq olduğunu etiraf edir. Əsir faşistlərə nifrət etdiyini deyir və İlzanın bütün təkliflərini rədd edir.
Bundan qəzəblənən İlza əsirin ürəyindən güllələnməsini təşkil edir və içində güllə olan ürəyi xüsusi məhlula yerləşdirərək yataq otağında saxlayır.
Əsirlərdən toplanan qiymətli əşyaların da çox hissəsini Buxenvaldda hökmranlıq edən Kox cütlüyü Reyxbankdan gizlədib, mənimsəyir.
1944-cü ildə cütlük həbs edilir, Karl tribunal tərəfindən ölüm cəzasına məhkum edilir və düşərgənin həyətində güllələnir. Amma İlza cəzadan yaxasını qurtara bilir.
1945-ci ildə Buxenvaldın azad edilməsi zamanı insan dərisindən hazırlanmış bir çox artefakt aşkar edilir, lakin bir müddət sonra abajurlar müəmmalı şəkildə yoxa çıxır.
1947-ci ildə İlzanı həbs edib, edam etmək istəsələr də, hamilə olduğu üçün edamı ömürlük həbslə əvəz edirlər. Həbsxanada İlzanın psixikası tamamilə pozulur, onun gözlərinə öldürdüyü məhbuslar görünməyə başlayır. 1967-ci ildə 60 yaşlı İlza həbsxana kamerasında döşəkağıdan kəndir düzəldərək özünü asır.
Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
t.me/bakutvxeber
/ baku.tv
/ bakutvofficial
www.baku.tv
ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
QAPQARA ➧ • QAPQARA
AYDIN TARİX ➧ • AYDIN TARİX
ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
O VAXTLAR ➧ • O VAXTLAR
SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
BAKU MED ➧ • BAKU MED
RƏSMİLƏR ➧ • RƏSMİLƏR
BAKU AKTUAL ➧ • BAKU AKTUAL
RETRO BAKU ➧ • RETRO BAKU
ARAŞDIRMA ➧ • ARAŞDIRMA
44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad | ARAŞDIRMA
2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
#bakutv #araşdırma #ilsekoch #ilzakox #həyathekayəsi #qorxuhekayəsi #bakutvaraşdırma #araşdırmabakutv
00:00 - Giriş
00:20 - İlse Koch həyatı
01:37 - İlse Slavyan əsilli əsir kişiyə aşiq olur
02:40 - İlse hamilə olduğu üçün ona ömürlük həbs verilir
03:30 - İlza Koxun hazırladığı qanlı abajur müəmmalı şəkildə basdırılır

Кино

Опубликовано:

 

12 июн 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 10   
@Saraveliyeva1983
@Saraveliyeva1983 Месяц назад
Dehşet
@karinoy
@karinoy Месяц назад
Çox mundar adam olub gorbagor
@bestibedelova5119
@bestibedelova5119 Месяц назад
Qeddar ifrite
@taranamammadova3010
@taranamammadova3010 Месяц назад
Allah bizi gorusun
@HaciOgullari
@HaciOgullari 21 день назад
Kinosu qəşəngdi
@leylaismaylova836
@leylaismaylova836 Месяц назад
Hitlerin "bacısı" idi yəqin🤦‍♀️
@anarmemmediv5936
@anarmemmediv5936 Месяц назад
Necə qəddar məxlub olub😡
@mudafici8970
@mudafici8970 28 дней назад
MANYAK .
Далее
Танцуем с ЛПшкой 😂
00:14
Просмотров 454 тыс.
"Mixaylo" haqqında heç vaxt deyilməyən faktlar
4:48