Тёмный

İnsanların 90%-i QARA ZİRƏNİN Bu Faydasını Bilmir... 

Demədi Demə
Подписаться 975 тыс.
Просмотров 52 тыс.
50% 1

#sağlamlıq #demədidemə #Qarazirə
Qara zirə haqqındakı yazılı mənbələrin tarixi bizim eradan çox əvvələ gedib çıxır. Misir fironu Tutanhamonun sağlamlığındakı problemlərin aradan qaldırılması üçün qara zirədən istifadə edildiyi məlumdur. Bundan əlavə, misirlilər qara zirə toxumlarını ölən insanlarla bərabər məzara qoyurdular. İnanırdılar ki, bu möcüzəvi toxumlar ölülər diyarında belə, insanların sağlamlıqlarının qeydinə qalacaq. Digər bir əfsanəyə görə, Kleopatra qara zirədən gəncliyini, gözəlliyini, həyat eşqini qorumaq üçün istifadə edib.
Keçən əsrin ikinci yarısında qara zirə toxumunun faydalarını üzə çıxarmaq üçün 200-dən çox araşdırma aparılıb. Əldə edilən nəticələrin ortaq yönü bu idi: “Qara zirə sağlamlığın keşiyində dayanır.”
Qara zirə bioloji aktivliyi ilə seçilir. Onun toxumunda həyat üçün olduqca vacib elementlər var.
1. C, D, A, E, K, PP və B qrupu vitaminləri;
2. Dəmir, sink, kalsium, fosfor, selen, kalium permanqanat və s.
3. Fol turşusu, amin turşuları;
4. Omega-9, Omega-3, Omega-6 yağ turşuları;
5. Efir yağı;
6. Tkamin, kumarin, riboflavin, piridoksin;
7. Tanenlər;
8. Fosfolipidlər;
9. Beta karoten;
10. Fitosterollar;
11. Zülallar;
12. Proteinlər;
13. Karbohidratlar;
14. Liflər;
Qədimdə qara zirəni immuniteti möhkəmləndirmək məqsədilə daha çox istifadə edirdilər. Müasir tibb də zirənin bu qabiliyyətindən xəbərdardır. Qara zirə yağı bağırsaq infeksiyaları və müxtəlif göbələklər ilə mübarizə aparmaqda mahirdir. Həzm prosesinə müsbət təsir edir, mədə-bağırsağın işini normallaşdırır. Öd suyunun ifrazında prosesin aqressivliyini azaldır. Bu xüsusiyyətləri sayəsində qara zirə qəbizliyin aradan qaldırılması, bağırsaqların hərəkətliliyinin bərpası məqsədilə ən çox üz tutulan vasitələrdəndir. Laktasiyanı stimullaşdırır; bu da onun süd verən anaların rasionuna daxil edilməsinin səbəbidir.
Qara zirə toxumunun tərkibindəki komponentlər müxtəlif xəstəliklərə qarşı savaşır. İmmun sistemini möhkəmlədirdiyinə görə, infeksion və ya virus qaynaqlı xəstəliklərin profilaktikasında istifadə edilir. Tənəffüs yolları iltihabı zamanı göstərdiyi müsbət təsir təqdirəlayiqdir. Həmçinin, qanda şəkərin səviyyəsini azaldır. Buna görə də, müxtəlif tip diabet zamanı orqanizmin köməyinə çatır.
Soyuqdəymədən qaynaqlanan xəstəliklərin sürətlə sağalmasını təmin edir. Bundan əlavə, ürək-damar sistemindəki hər hansı problem zamanı, sidik yollarının təmizlənməsi, böyrəklərin işinin dəstəklənməsi məqsədilə də qara zirə toxumuna üz tutulması geniş yayılıb. Artıq çəkidən yaxa qurtarmaq istəyənlər üçün də qara zirə əlçatan vasitədir.
Qara zirənin əsas faydaları bunlardır:
-İmmuniteti möhkəmləndirir;
-Qanda pis xolesterinin səviyyəsini aşağı salır;
-Mədə-bağırsağın işini yaxşılaşdırır;
-İştahı açır;
-Bağırsaqlarda yumşaldıcı kimi çıxış edir;
-Arterial təzyiqi aşağı salır;
-Öd kisəsinin, qaraciyərin və böyrəklərin işini normallaşdırır;
-İş qabiliyyətini artırır, yaddaşı gücləndirir;
-Böyrəklərdə və sidik kisəsində daş varsa, əridir;
-Həzm orqanlarının əzələlərini elastikləşdirir;
-Xəstəliyin səbəb olduğu mənfi əhval-ruhiyyəni aradan qaldırır;
-Artıq mayenin orqanizmdən xaric olunmasını təmin edir;
-Mikrob əleyhinə və parazit əleyhinə vasitədir;
-Saç köklərini möhkəmləndirir və sürətlə uzanmalarına səbəb olur;
-Orqanizmi zərərli maddələrdən və parazitlərdən təmizləyir;
Qəbul qaydaları:
Antibakterial xüsusiyyətinə və geniş istifadə arealına baxaraq əminliklə demək olar ki, müxtəlif narahatlıqlar zamanı qara zirə köməyə çatır. Hazırda müalicəvi məqsədlə qara zirə yağı və ya qara zirə məhlulu daha çox istifadə edilir.
1. Dermatofit zamanı. Zədələnmiş nahiyələrə qara zirə yağını ehtiyatla çəkin. Bundan əlavə, hər gün yeməkdən 20 dəq əvvəl 1 çay qaşığı qara zirə yağı içmək də faydalıdır.
2. Baş ağrıları zamanı. Bərabər miqdarda qara zirə toxumu, adi cirəgülü toxumu və mixək götürün. Bunları qarışdırın və toz halına düşənədək üyüdün. Alınan qarışımdan gündə 1 çay qaşığı ya axşam yatmazdan əvvəl, ya da səhər acqarına qəbul edin.
3. Yüksək təzyiq zamanı. Qara zirə toxumunu üyüdün, 1 xörək qaşığı götürün, 1 stəkan qaynar suya əlavə edin. 30-50 dəq dəmlənməyini gözləyin. Vasitəni səhər acqarına, yeməkdən 15 dəq əvvəl için. Bundan əlavə, qarışımın effektini artırmaq üçün gün ərzində 1-2 diş təzə sarımsaq yemək də məsləhətdir.
4. Diş ağrısı zamanı. 1 çay qaşığı qara zirə toxumunu üyüdün. Üzərinə az miqdarda zeytun yağı əlavə edin. Qarışdırın. Alınan məcunu ağrıyan dişin üzərinə qoyun və 5-6 saat gözləyin. Sonra ağzınızı ilıq suyla yaxalayın.
5. Soyuqdəymə zamanı. Bu vaxt qara zirə toxumu ilə inqalyasiya köməyə çatır. Üyüdülmüş qara zirə toxumunu qaynar suya əlavə edin. Ağzını bağlayın, 15 dəq dəmlənməsini gözləyin. Başınıza dəsmal salın və qabın ağzını açan kimi özünüzü buğa verin. Çalışın ki, buğda nəfəs aldığınız müddət 15-20 dəq olsun.

Опубликовано:

 

28 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 53   
@teranemustafayeva6309
@teranemustafayeva6309 10 месяцев назад
Mende umudumu uzmusdum qara zire yaginnan istifade etdim Allaha sukurler olsun 🤲
@ВугарНасиров-ч5ф
@ВугарНасиров-ч5ф 6 месяцев назад
salam,Allah şefa versin,neye faydası oldu sizde?
@vusalquluzade6063
@vusalquluzade6063 Год назад
Məndə qara zirə kitabı var orda ele xesteliklerin malicesinde istifade gosterir ki oxusaniz dehşete gelersiniz ölümden başka her şeye xeyirdi
@ferehagayeva20
@ferehagayeva20 Год назад
Adı nədir kitabın?
@vusalquluzade6063
@vusalquluzade6063 Год назад
@@ferehagayeva20 qara zirenin faydaları yazılmişdı ustune
@nuridarustmova4187
@nuridarustmova4187 5 месяцев назад
Göz üçün faydasını deyin xahiş edirəm gözüm zəif gorur
@vusalquluzade6063
@vusalquluzade6063 5 месяцев назад
@@nuridarustmova4187 internetden araşdıra bilersiniz o kitab mende 1 il evvel olub indi hal hazirda mende deyil
@ReyhanMirzeyeva-xr9wi
@ReyhanMirzeyeva-xr9wi 4 месяца назад
Allergiya xeyiri var men övre allergiyasinan eziyyet cekirem
@muhtesemturk9eylul168
@muhtesemturk9eylul168 Год назад
Qara zire neyse her derde derman . Yeni uykusuzluk için video lütfen.
@ruslanbagirov363
@ruslanbagirov363 Год назад
Cox sag olun xeyirli məsləhətlərinzə görə ALLAH sizdən razı olsun.
@azrarihab1618
@azrarihab1618 6 месяцев назад
Mən 19 il əvvəl ömrünə mualicə ilə ən yaxsi halda cəmi 5 il var deyən həkimimi qara zirə və oruc möcüzəsi ilə heyrətləndirmisdim və ən əsasi 17 ildə hec bir dərman atmiram
@RuzigarHəsənova
@RuzigarHəsənova 4 месяца назад
Necə qəbul etdin
@azrarihab1618
@azrarihab1618 4 месяца назад
@@RuzigarHəsənova bala qatdim əzib ancaq həvəngdə və ya kofemolkada çəkən kimi qatin efir yağları ucmasin, həbəs toxumu işlədin gözəyarı qatdim mən təxminən 300 qram corəkotu + 1 kilo bal qarışdırın şüşə qabda sərin qaranlıq yerdə agzi bağlı qalsin, hər gun 3 dəfə yeməkdən 1 saat əvvəl 1 cay qaşığı yumurlayb udurdum ardınca 1 stəkan çobanyastığı cayi icdim 3 ay 3 ay fasilə verdim, yazda və payızda etdim ele ilk 1 ay sonra fərq bilindi, ama hamilə adama olmaz
@AyşənAyşənhesenova-n3v
@AyşənAyşənhesenova-n3v 11 месяцев назад
Əla çox Yaxşı 👍👍👍👍👍😍😍😍
@kuki_muki4082
@kuki_muki4082 Год назад
Супер🥰
@pln9999
@pln9999 4 месяца назад
Adi halda yemek olar?
@sayalcamalova2528
@sayalcamalova2528 Год назад
Mən abunəyəm
@mehrixanimibrahimova7308
@mehrixanimibrahimova7308 Год назад
Pekan,nəďır
@tair6633
@tair6633 Год назад
Bədbəxt FİRON nə üçün 300 il yaşamadı ? Bəsdir xalqı avamlaşdırdınız. Əcəl öz vaxtında öz işini ALLAHIN əmri ilə icra edəcək, hədər yerə özünüzü yormayın.
@nussi_4258
@nussi_4258 Год назад
Hedisde var ki ölumden başaqa her derde dərmandi ölum təbiki 1 saniye tez ve gec olmayacaq
@azerguseunov177
@azerguseunov177 Год назад
Firon gara zira yemadi na gadar dedim ye kopayoģlu yemadi🤔
@feruzmemmedov
@feruzmemmedov 8 месяцев назад
Ömrü uzatmir Allah ne yazıbsa odur sadece canımız çox sağlam olacaq heckese möhtac olmadan xesde yatağa düşmədən canıni Allaha tapşıracaqsan bu qədər
@feruzmemmedov
@feruzmemmedov 8 месяцев назад
@@azerguseunov177 👍👍😂😂😂🤣🤣
@feruzmemmedov
@feruzmemmedov 5 месяцев назад
Ay bala deyirki insan olmuyecek bu yağı için sağlam ömür yaşayın deyir H Peyğəmbərimiz elden ayaqdan dusmeyin heckese möhtac yaşamadan sağlam olum
@АзерАзизов-м6й
@АзерАзизов-м6й Год назад
Аллахдан башга Аллах йохдур ! Не гара зире ? Савадсыз данышмайын
@qedimovarena7828
@qedimovarena7828 11 месяцев назад
Elə qara zirəni də insanlar üçün Allah yaradıb. )))
@alicebrayilov2456
@alicebrayilov2456 6 месяцев назад
ne dexli
@xatirex7437
@xatirex7437 5 месяцев назад
DƏRMANLARDA KIMYƏVİ QATQI QATILIB OTLARDAN DÜZƏLDİLİR NECƏ OLUR KI DƏRMAN İNANIR SİZ TƏBBİ ALLAHIN YATATDĞI OTA YOX
@MəlikŞamilov
@MəlikŞamilov 2 месяца назад
Öləcəksən deyə heçnə eləmədən oturub ölümü gözləməlisən?Əvvəl ehtiyatını görməli,sonra Allaha təvəkkül etməlisən,canı Allah insana əmanət verib və onu qorumağı əmr edib.
@EatingLisa-10y
@EatingLisa-10y Год назад
Qarazirə toxumu qan təzyiqini artırır .ö.z təcrübəmdən bilirəm.
@narminvalizada3675
@narminvalizada3675 4 месяца назад
Təmiz kaliteli çörekotu yagı tezyiqi aşagı salır
@resadehmedov5480
@resadehmedov5480 4 месяца назад
ALLAH RƏSULU HZ MUHAMMED QARA ZİRƏ HAQQINA GÖZƏL SÖZLƏRİ VAR
@Barbie_Tube.
@Barbie_Tube. Месяц назад
Burda fironlardan danışdılar, amma dünyanın ən gözəl insanı olar Muhammed Səllahu Aleyhi və Sallamdan heçnə demədiz.Qara zirə barəsində olan hədislərində qeyd eləsəydiz yaxşı olardı.
@MARYAM-r9v
@MARYAM-r9v 4 месяца назад
Abunə oldum, təşəkkürlər gözəl paylaşım ❤
@abdurrazzagosman
@abdurrazzagosman Год назад
Peyğember sallallahu âleyhi ve sellemin hədisi var:-- "qara zirə ölümden başqa bütün xesteliklere şefadir".
@EhtiramVliyev-yv1py
@EhtiramVliyev-yv1py 3 месяца назад
Qara zire nə qeder icmek olar yagını tip 2 şeker xesdeleri
@ilqar.h6026
@ilqar.h6026 Год назад
Əla çox yaxşı 👍👍👍👍👍👍☝👍
@ilqar.h6026
@ilqar.h6026 Год назад
Əla👍👍☝👍👍👍☝👍👍
@zizseyidova8103
@zizseyidova8103 Год назад
Faydalı məlumatdır çox sağ olun
@samirdavudov145
@samirdavudov145 Год назад
👍👍👍❤❤❤
@eliismayilov5899
@eliismayilov5899 Год назад
Faydalı məlumatlar üçün çox sağolun 👍
@VasifYusifov-r4b
@VasifYusifov-r4b Год назад
Men beyendim doslar bessiz
@nuranmikaylov_083
@nuranmikaylov_083 Год назад
Təşəkkürlər
@niyazseferov3825
@niyazseferov3825 Год назад
Kron xəsdələri bunun yağını içə bilərmi nə kimi xeyri olar
@zembiltv
@zembiltv Год назад
Salam gozel insan xahis edirem bizimde kanala destek ol
@tulpan3113
@tulpan3113 10 месяцев назад
👍🌷
@KnanMamedov-nb6kt
@KnanMamedov-nb6kt Месяц назад
Hele menim oskureyime komek eden bele bir mocuze gormemisdim
@Vahid-eliyevB
@Vahid-eliyevB 2 месяца назад
Yagi yoxsa ozunu??
@raufbayramov595
@raufbayramov595 Год назад
Çox saqolun
Далее
Yaponlar Hər Axşam Bunu Edirlər - Ayaqlarını...
9:55
Cirənin müalicəvi faydaları
7:10
Просмотров 72 тыс.
Zərərli 6 Qidadan UZAQ DURUN!
8:31
Просмотров 178 тыс.