Тёмный

İnsanlar azad olmaqdan niyə qorxur? || FƏLSƏFƏ || Səsli Kitab 

Rafael Mirzaev || BB Production
Подписаться 21 тыс.
Просмотров 256
50% 1

Salam əziz izləyicilər. Etdiyimiz işi bəyənirsinizsə, şərh yazın, dostlarınızla paylaşın və kanalımıza abunə olun !
Hörmətlə Black Box Production
İnsanlar azad olmaqdan niyə qorxur?
Azadlıq, bir məqsəd deyildir. Azadlıq, insan üçün sadəcə bir fürsətdir.
İnsanların hardasa hamısı, çoxluq içində özünü güvənli hiss edər. Hardasa hər kəsin bir millətə, bir ailəyə, bir dinə mənsub olması, bir quruluşa və ya bir siyasi partiyaya üzv olması; insanların özlərini bağlayacaq zəncirlər tapmağa davam etmələri, güvən duyğusu üçündür. İnsanlar, bu zəncirlər, bu bağlar içində rahatlaşarlar. Bu bağlar artıqlaması ilə güvən verər və heç bir məsuliyyət yüklənməyini gərəkli etməz. Arxanı bir topluma, dövlətə, ailəyə, dinə və ya təqsiri və məsuliyyəti üstünə ata biləcəyin hər hansı bir şeyə söykənməyin, sənə saxta bir güvən duyğusu verər.
İnsanlar nə üçün güvənmirlər? Bunun səbəbi sadədir; çünki insanlar öz zəkalarına, öz hərəkətlərinə güvənmirlər. Özü olmaq məsuliyyətini almaq yerinə, özünü bir yığına, topluma, dövlətə və ya bir qrupa təslim etmək daha asan görünür. İnsanlar hər nə qədər azadlıq istəyir kimi görünsə də, içdən içə azadlıqdan qorxurlar. Məsuliyyət götürmək, hər hərəkətinin fərqində olma disiplini, aydınlanmaqdansa, asan yolu seçməyə üstünlük verir. İnsan, azadlıqla yolunu azacağını zənn edir. İnsan azadlıqdan qorxur. Çox az insan, həqiqətən azad olmağa, öz məsuliyyətini üzərinə götürməyə hazırdır. Bu günə qədər çox az insan öz rahat həbsxanalarından çıxmış vəziyyətdədir. Sən qorxanda, özünə güvən duymayanda, varoluşa güvənməyəndə, şübhə su üzünə çıxar. Aldadılmaqdan qorxmaq, öz zəkanın, öz qəlbinin yoluna güvənməməyin, böyük güvənsizlik yaradır. Halbuki, güvən sənin sərhədlərini qaldırar. Daha axıcı, daha böyük, daha bütöv zəkaya və cəsarətə sahib olmağını təmin edər. Sən bütünlüyünü hiss edəndə daha dərin bir fərqindəliyə qovuşduqca böyük bir qəlbə gərək olur. Özünü qorumağın, sənin inkişaf etmə potensialını ortadan qaldırar, həyatı izləməyinə səbəb olar, bilinməyənə addım ata bilməzsən.
Bilinəndən qurtulmaq, həqiqəti axtarmaq, özgürləşmək deməkdir. Zəkana güvənirsənsə, bilinməyənə, yaradıcı olmağa, ürəyini açmağa, addım atmağa, yeni olana açıq olarsan. Güvənin, özünü qorumağa yönəlik yox, özünü gerçəkləşdirmək, öz məsuliyyətini üzərinə götürməyin üçün var olmuş olar. Bilinməyən, yeni olan insanın özünü gerçəkləşdirməsi üçün bir fürsətdir, içindəki yaradıcı gücləri sərbəst buraxması üçün bir hədiyyədir. Şübhə, hər zaman müdafiə altındadır, güvən isə sənə hər qapını açar, hər fürsəti açıq saxlayar. Sənin fərqindəliyini kəskinləşdirməyini təmin edər. Hər nə olura olsun, hər nə gəlirsə gəlsin, öz zəkana güvənməyin, fərqindəliklə hərəkət etməyin, o mübarizəni, o riski qəbul etməyindir. Həyatın və yeninin, bilinməyənin gətirdiyi risklə qorxmaq və özünə qapanmaq, saxta səbəblər tapmaq yerinə həyata açıq olmaq, bundan coşğu duymaqdır.
Qorxu, insanın, ətrafına divarlar hörməsidir, özünə qapanmasıdır. O, davamlı olaraq daha çox bilgi, daha çox açıqlama, daha çox and istəyər. Qorxan bir insanın başqa bir insanla qurduğu ünsiyyət, gerçək bir ünsiyyət, münasibət deyildir. O, özünə yönəlikdir, qorxuları tərəfindən idarə olunmaqdadır. O, başqasını həqiqətən tanımaq və ya anlamaqla bağlı deyil, özünü qorumaq, güvən altına alamaqla bağlıdır. Özünə qapanan bir insan, həyata və digər insanlara açıq deyil. Çünki, özünə güvənməyən bir insan başqalarından və münasibətlərindən daima şübhə duyar, qorxar.
Bilməmək, əslində, həyatın özüdür, həyat, bizi tam da bu cür istəyər. Bilməmək, riskə getmək, zəkanın verdiyi cavabı görməyin, reaksiyalarından və keçmişdən, bilinəndən, şərtləndirmələrdən qurtulmağın üçün gərəkli olan torpaqdır. Güvən ağacı, ancaq belə bir torpaqda boy ata bilər. Bilinməyən, fərqindəlik üçün, hər hərəkətini fərq edərək gerçəkləşdirməyin üçündür. Azadlıq, məsuliyyəti öz üzərinə götürməyin və hər sözündən, hər hərəkətindən, hər nəfəsindən məsul olmağın deməkdir. O, istədiyini etmək demək deyil, böyük bir disiplindir. Həyatın anlamını tapmağa çalışmağın bir yararı yoxdur. Həyat, bir anlam yaratma fürsətidir. Həyat, qorxub gizlənmək, əsarət altında qalmaq, özünü zəncirləmək, keçmişə, bilinənə boyun əymək üçün deyildir. Həyat, yaşamağın, bilinməyəni və riski qəbul etməyin, özün olmaq məsuliyyətini üzərinə götürməyin, özgürləşməyin üçündür. Sevgini anlamaq, sevgi dolu olmağını təmin etməz. Sən özünü anlamağa başlayıb qəbul edəndə, hərəkətlərinin, sözlərinin məsuliyyətini öz üzərinə götürəndə özünü sevməyə başlaya bilərsən. Sən sevgi ilə hərəkət edəndə, sevgi ilə axanda, sevgi, gerçək anlamını tapa bilər.
Dəstək olmaq üçün: kofe.al/@blackboxproduction
@mail : black1boxx@gmail.com
İnstagram Black Box Production: / black_box_pro
İnstagram Rafael: / mirzaevrafael
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
(Nizami Gəncəvi)
#azadolmaq #düşüncəazadlığı #azadlıq #fəlsəfə #azərbaycan #trend #viral

Опубликовано:

 

14 фев 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 13   
@BlackBoxProductionn
@BlackBoxProductionn 4 месяца назад
Dəstək olmaq üçün: kofe.al/@blackboxproduction
@BlackBoxProductionn
@BlackBoxProductionn 4 месяца назад
Salam əziz izləyicilər. Etdiyimiz işi bəyənirsinizsə, şərh yazın, dostlarınızla paylaşın və kanalımıza abunə olun ! Hörmətlə Black Box Production
@sky_art9955
@sky_art9955 4 месяца назад
👏
@elshannabiyev6260
@elshannabiyev6260 4 месяца назад
👍👍👍👍👍
@BlackBoxProductionn
@BlackBoxProductionn 4 месяца назад
🙏
@sky_art9955
@sky_art9955 4 месяца назад
Bir sözlə super👍🏻
@brainlandiya7802
@brainlandiya7802 4 месяца назад
😍😍😍
@BlackBoxProductionn
@BlackBoxProductionn 4 месяца назад
🙏
@futbolistikatv
@futbolistikatv 4 месяца назад
👏👏👏
@senene850
@senene850 4 месяца назад
Deyisim hemise qorxuzur.. cunki insan alisdigi heyat daha guven verir.. belkede ona gore yerimizde adimlayiriq...
@BlackBoxProductionn
@BlackBoxProductionn 4 месяца назад
Tam doğru.
@aresck1892
@aresck1892 4 месяца назад
👍👍👍
@BlackBoxProductionn
@BlackBoxProductionn 4 месяца назад
Təşəkkürlər.
Далее
Самое Романтичное Видео ❤️
00:16
skibidi toilet 76 (part 1)
03:10
Просмотров 14 млн
Rabindranat Taqorun poeziyası haqqında
21:44