Тёмный

İnsanlar xoşbəxt olmaq varkən niyə əzab çəkirlər? 

Bilinməyən Həqiqətlər / Bilinmeyen Heqiqetler
Подписаться 18 тыс.
Просмотров 550
50% 1

Опубликовано:

 

29 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 38   
@cavidanquliyev1153
@cavidanquliyev1153 2 года назад
Allah razı olsun inşaAllah. İnsanların ən bilməsi vacib olduğu mövzu. Xoşbəxtlik ancaq və ancaq Allaha imandadır! İnşaAllah.
@BilinmeyenHeqiqetler
@BilinmeyenHeqiqetler 2 года назад
Allah cümləmizdən, razı olsun inşaAllah
@BilinmeyenHeqiqetler
@BilinmeyenHeqiqetler 2 года назад
İnsanlar xoşbəxt olmaq varkən niyə əzab çəkirlər? İnsanların bir çoxu bütün səylərinə baxmayaraq, həqiqi mənada xoşbəxtliyi yaşaya bilmirlər. Bunun üçün dünya həyatında insanın ağlına gələ biləcək hər yola baş vurur, hər dəfə yeni idealların arxasınca düşür və bunları əldə etdikdə xoşbəxt olacaqlarına inanırlar. Bəzən yaxşı dost və ya rəfiqə axtarışı, bəzən maddi gözləntilər, bəzən də mənəvi istəkləri olur. Bu arzu və istəklərin hər biri istədikləri kimi gerçəkləşsə belə nəticə yenə gözlədikləri kimi olmur. Heç bir şəkildə daimi xoşbəxtliyi əldə edə bilmirlər. Çox vaxt mənəvi aləmlərində yaşadıqları bu narazılığı biruzə verməməyə çalışırlar. Amma nə qədər xoşbəxtlik təqlidi etsələr də, əslində, içdən-içə gizli əzab yaşayırlar. Halbuki əllərində xoşbəxt olmaq üçün hər cür imkan var. Allah bir ayədə insanlara verdiyi nemətlərlə bağlı olaraq belə buyurur: "Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir." (Nəhl surəsi, 18) Allahın bu ayədə bildirdiyi kimi, insan həyatı boyunca bir-birindən gözəl nemətlərlə qarşılaşır. Allah dünyanı insanın zövq ala biləcəyi müxtəlif nemətlərlə bəzəmişdir. Lakin insanların həqiqi mənada xoşbəxt olmaları üçün nə bütün bu nemətlər, nə də arxasınca qaçdıqları idealları tək başına yetərli deyil. Bu insanların xoşbəxt ola bilməmələrinin səbəbi inanclarındakı yanlışlıqdır. İnsanların böyük əksəriyyətinin arasında geniş yayılan bir həyat tərzi var. Bu həyat tərzi din əxlaqının olmadığı yerdə mövcud olan şeytanın sistemidir. Bu sistemin əsası qeyri-səmimilikdir. Bu qeyri-səmimilik insanların həyatına elə dərindən işləyib ki, kənardan ən səmimi görünən insanlar, ya da səmimi hesab edilən davranışlar da əslində çox qeyri-səmimi niyyətlərə bağlı ola bilir. Belə ki, bu insanlar ad verə bilməsələr də özləri də yaşadıqları bu sistemdəki yanlışlığın fərqindədirlər. Hər fürsətdə gerçək dostluğu, həqiqi sevgini yaşaya bilmədiklərini, həqiqi mənada güvənə biləcəkləri heç kimlərinin olmadığından, insanların riyakarlığından şikayətlənirlər. Lakin özləri də ətraflarındakı insanlara eyni əxlaqı göstərməkdə əngəl görmürlər. Bu sistemdə hər bir insan etdiklərinin zərərini yenə özü görür. Bu insanlar hər yola əl atdıqları halda, əsl sevinci, rahatlıq və xoşbəxtliyi yaşaya bilmir və bunu da həyatın bir gerçəyi olaraq qəbul edirlər. Yəni onlara görə, həyat onsuz da həqiqi xoşbəxtliyin və əmin-amanlığın daimi olduğu bir yer deyil. Halbuki bədbəxtlik heç bir şəkildə həyatın bir gerçəyi deyil. Tam əksinə, insanların içərisinə düşdükləri bu sıxıntının həlli çox asandır. Allah Quranda "Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapır" ayəsi ilə insanlara (Rəd surəsi, 28) həqiqi xoşbəxtliyin yalnız imanla əldə edilə biləcəyini bildirmişdir. İnsanlar ancaq Allahın üzərlərindəki rəhmətini və qorumasını qavradıqları və ancaq iman əxlaqını yaşadıqları təqdirdə, dünya həyatının hər anından zövq ala bilərlər. Ancaq o zaman ətraflarındakı gözəllikləri təqdir edib, xoşbəxt olmağı bacara bilərlər. Allah, "Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq" ayəsində (Nəhl surəsi, 97) iman edən qullarını dünyada və axirətdə gözəl həyatla yaşadacağını vəd edib. Məhz Qurana əməl edənlər dünyada və axirətdə uca Allahın vəd etdiyi bu nemətdən istifadə edirlər. Amma bu məqamda da insanların göz ardı etməməli olduğu vacib bir həqiqət var. Bu gözəl həyatı yaşaya bilmək, həyatdan və dünya nemətlərindən, Allahın insanlar üçün yaratdığı o qədər gözəllikdən zövq ala bilmək üçün imanın qəlbə həqiqi mənada yerləşməsi lazımdır. Yoxsa insanların yalnız dilləri ilə iman etdiklərini demələri, ya da iman edənlərə yalnız müəyyən istiqamətlərdə bənzəmələri onları içərisində olduqları bədbəxtlikdən xilas etməz. Gerçək xoşbəxtlik üçün qəlbən Allaha tam itaət etmək və həyatın hər anını Quran əxlaqına uyğun şəkildə yaşamaq lazımdır. Əks təqdirdə içdən-içə həyatın hər mərhələsində əzab çəkərlər. Nə qədər xoşbəxt olmaq istəsələr də buna nail ola bilməzlər. Əksinə həyatlarına hüzn, pessimizm, ümidsizlik kimi mənfi cəhətlər hakim olar. Göründüyü kimi, xoşbəxt olmağın yolu əslində çox asandır. Allah endirdiyi haqq kitab Quranla insanlara xoşbəxtliyin sirrini bildirmişdir. İnsan ancaq öz yaradılışına, Allahın özü üçün müəyyən etdiyi fitrətinə uyğun şəkildə davrandığı təqdirdə gözəl həyat yaşaya bilər. Allahın onlara rəhmət olaraq göstərdiyi bu yoldan üz çevirən, ya da bu yola lazımınca riayət etməyən insanlar öz əlləri ilə özlərinə bədbəxt bir dünya yaratmış olurlar. Allahın "Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər" (Yunus surəsi, 44) ayəsi ilə bildirdiyi kimi, bu insanlar özləri özlərinə əzab verirlər. Bu insanların yaşadığı bədbəxtlik Allahın Quranda "Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et. O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir. Həqiqətən, zalımlar üçün bundan (başqa) əzab da hazırlanmışdır. Lakin onların çoxu (bunu) bilmir" (Tur surəsi, 45-47) ayələri ilə bildirdiyi həqiqətin baş verməsidir. Allah insanlara etdiklərinin qarşılığını axirətdə verəcəkdir. Ancaq Allah bundan əvvəl dünya həyatında da insanların çoxunun fərqində olmadığı bir əzabın başlayacağını xəbər vermişdir. Yenə başqa ayədə isə Allah, "Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik" hökmü ilə (Taha surəsi, 124) imandan üz döndərənlər üçün dünya həyatında yaşanacaq bir sıxıntıdan və axirətdə alacaqları cavabdan bəhs etmişdir. Allah insanlara bu sıxıntıdan xilas olmağın yolunu da göstərmişdir ki, bu daha əvvəl də bildirildiyi kimi, Allaha qarşı mütləq bir səmimiyyət və dərin imanı yaşamaqla mümkündür.
@ulfetsadqova8310
@ulfetsadqova8310 2 года назад
Çox sağolun, Allah razı olsun gözəl mövzudur.Mən də əvvəllər səbəbsiz sıxıntı keçirirdim. Amma sonradan bu Allahın izniylə getdi şükürlər olsun. ALLAHa həmd olsun
@BilinmeyenHeqiqetler
@BilinmeyenHeqiqetler 2 года назад
@@ulfetsadqova8310 Allah cümləmizdən, razı olsun inşaAllah
@eminabdullayeff2407
@eminabdullayeff2407 2 года назад
👏
@АскеровСолтан
@АскеровСолтан 2 года назад
Allahi tanimaga basladiqdan sonra,keder gen dusur. Bize Ozunu tanidan,bizleri cehennemden, hetta ozumuzden bele qoruyan Allahin şeni ucadir🤲🤲Allah sizden razi olsun
@BilinmeyenHeqiqetler
@BilinmeyenHeqiqetler 2 года назад
Allah cümləmizdən, razı olsun inşaAllah
@sabinahuseynovah
@sabinahuseynovah 2 года назад
Allah razi olsun Allah eziyyetlerinizin behresini versin inshaAllah. Allah sizi cennetin en gozel gushesi ile mujdelesin inshaAllah.
@BilinmeyenHeqiqetler
@BilinmeyenHeqiqetler 2 года назад
Allah cümləmizdən, razı olsun inşaAllah
@royababayeva2690
@royababayeva2690 2 года назад
MaşaAllah
@maqa.0442
@maqa.0442 5 месяцев назад
Bu dünya çox rəzil yer olduğu üçün həmçinin insanların çoxu ona görədə hüzur tapa bilmir.
@allahintecellisi8161
@allahintecellisi8161 Год назад
Ne gozel.videosan sen masaAllah😍😍😍😍
@allahintecellisi8161
@allahintecellisi8161 Год назад
Allahima sonsuz hemd olsun. Allahim bizleri salehlerde etsin. davamli beyendiyi exlaqa catmagimizi ve davranislar gostermeyi nesibetsin insaAllah
@invisibleworld1026
@invisibleworld1026 2 года назад
Dəyərli ,vacibli paylaşım üçün çox sağ olun❤❤
@BilinmeyenHeqiqetler
@BilinmeyenHeqiqetler 2 года назад
sizdə sağolun
@invisibleworld1026
@invisibleworld1026 2 года назад
Allah dostu Allah sizi qorusun inşaAllah.Allah sizdən razı olsun inşaAllah
@BilinmeyenHeqiqetler
@BilinmeyenHeqiqetler 2 года назад
Allah cümləmizdən, razı olsun inşaAllah
@motherlandmars5999
@motherlandmars5999 2 года назад
Allah razı olsun çox insanı rahatladan izahdır. Çox gözəl mövzudur inşaAllah istəyərəm ki hər kəs izləsin bu videonu Uca Allahın iznilə. Təşəkkür edirəm sizə inşaAllah.
@BilinmeyenHeqiqetler
@BilinmeyenHeqiqetler 2 года назад
Allah cümləmizdən razı olsun, inşaAllah.
@allahintecellisi8161
@allahintecellisi8161 Год назад
Ayelerle ne gozel izah verilir elhamdulillah.
@watterson5705
@watterson5705 2 года назад
Allah razı olsun inşaAllah
@BilinmeyenHeqiqetler
@BilinmeyenHeqiqetler 2 года назад
Allah cümləmizdən, razı olsun inşaAllah
@royababayeva2690
@royababayeva2690 2 года назад
İzlədikçə içim hüzurla doldu.Allah razı olsun,inşaAllah.
@BilinmeyenHeqiqetler
@BilinmeyenHeqiqetler 2 года назад
Allah cümləmizdən sizdən razı olsun, inşaAllah.
@fuadmuxtarov6717
@fuadmuxtarov6717 2 года назад
Allah sizdən razı olsun inşaAllah
@BilinmeyenHeqiqetler
@BilinmeyenHeqiqetler 2 года назад
Allah cümləmizdən sizdən razı olsun, inşaAllah.
@royababayeva2690
@royababayeva2690 2 года назад
Çox gözəl video idi
@renasalmanova6245
@renasalmanova6245 Год назад
Allah razi olsun InsaAllah.
@BilinmeyenHeqiqetler
@BilinmeyenHeqiqetler Год назад
Allah cümləmizdən razı olsun, inşaAllah.
@allahintecellisi8161
@allahintecellisi8161 Год назад
Video ruhuma huzur verdi. Allah razi olsun
@BilinmeyenHeqiqetler
@BilinmeyenHeqiqetler Год назад
Allah cümləmizdən sizdən razı olsun, inşaAllah.
@peterpan7309
@peterpan7309 2 года назад
Salam.Men bilmey isterdim.taleyimizi yonlendirmekde oz ixtiyarimiz varmi ?Meselen aile qurmag,bosanmag ve sair meseleler ozumuzden asilidirmi?
@BilinmeyenHeqiqetler
@BilinmeyenHeqiqetler Год назад
Aleykumsalam. tale dəyişməz heç vaxt
@arifbarli801
@arifbarli801 4 месяца назад
Allah Quran əxlaqını ən tez zamanda hər yerde hakim etsin inşaAllah
@BilinmeyenHeqiqetler
@BilinmeyenHeqiqetler 3 месяца назад
inşaAllah
@arifbarli801
@arifbarli801 4 месяца назад
Allah zühuru tezləşdirsin inşaAllah
@BilinmeyenHeqiqetler
@BilinmeyenHeqiqetler 3 месяца назад
inşaAllah
Далее
Как она была права 1990 год
9:52
Просмотров 2,2 млн
Witch changes monster hair color 👻🤣 #shorts
00:51