Тёмный

İNSANLARIN MƏĞLUBİYYƏTİNİN 30 ƏSAS SƏBƏBİ - Napoleon Hill (Səsli Kitab) 

Rafael Mirzaev || BB Production
Подписаться 21 тыс.
Просмотров 324
50% 1

Salam əziz izləyicilər. Etdiyimiz işi bəyənirsinizsə, şərh yazın, dostlarınızla paylaşın və kanalımıza abunə olun !
Hörmətlə Black Box Production
İNSANLARIN MƏĞLUBİYYƏTİNİN OTUZ ƏSAS SƏBƏBİ - Napoleon Hill
Həyatımızın əsas faciəsi odur ki, minlərlə insan səmimi-qəlbdən uğura nail olmaq istəyirlər, lakin onların bütün cəhdləri iflasa uğrayır. Özü də faciəli olan uğursuzluq faktı deyil, bu həyatda uğursuzların qaliblərdən milyon dəfə çox olmasıdır! Uğurlu hadisələrlə yanaşı, 98% halda iflasa uğrayan yüzlərlə kişi və qadının başına gələnləri analiz eləmişəm. Mən uğursuz hadisələri ona görə tədqiq eləmişəm ki, insanların bütün cəhdlərini boşa çıxaran səhvləri üzə çıxara bilim. Belə bir nəticəyə gəlmişəm ki, uğursuzluğun 30 əsas səbəbi var. Bu siyahını son dərəcə diqqətlə dinləyin və hər bir maddənin üzərində ayrıca baş sındırın. Bu amillərlə hər bir insan rastlaşa bilər, deməli, onlar həm də bilavasitə sizə aiddi. Beləcə, sizinlə uğurun arasında dayanan nədi?
İnsanların məğlubiyyətinin əsas otuz səbəbi
1. Arzuolunmayan irsiyyət. Çox az faiz insanlar var ki, beyin qüsurlarıyla anadan olurlar. Beləcə, onların əqli qabiliyyətləri uğurlu karyera qurmağa maneçilik törədir. Bəzi hallarda bu cür insanlar başqa, daha inkişaf etmiş insanlarla əməkdaşlıq edərək uğur qazana bilirlər. Sözsüz ki, əgər beyin qüsuru patoloji xarakter daşımırsa. Bu YEGANƏ səbəbi heç cür aradan qaldırmaq olmaz.
2. Məqsədin yoxluğu. Heç bir, hətta ən qabiliyyətli və istedadlı insan həyatda müəyyən məqsədi yoxdursa, uğura bel bağlaya bilməz. Hər halda, ünsiyyətdə olduğum 98% uğursuzun heç bir məqsədi yoxdu. Zənnimcə, bu, UĞURSUZLUĞUN ƏN ƏSAS SƏBƏBİDİR.
3. Ambisiyaların yoxluğu. Əgər insan öz karyerasına etinasızdırsa, onun uğur pilləsində yuxarı qalxa biləcəyinə şübhəylə yanaşıram. Şöhrətpərəstlik - güclü stimuldur və əgər sizdə bu keyfiyyət yoxdusa, nəyəsə nail olacağınız böyük sual altındadır.
4. Təhsilin azlığı. Bu maneəni çox asanlıqla aşmaq mümkündür (və aşılmalıdır da!). Həyat göstərir ki, ən təhsilli insanlar bütün nailiyyətlərinə görə özlərinə borclu olan insanlardır. Şəxsi təhsil bilikdə istənilən boşluğu aradan qaldırmağa qadirdir. Bildiyiniz kimi, təhsilli insan heç də qoltuğunun altında kollec, ya universitet diplomu olan kəs deyil. Təhsilli adam ÖZ BİLİYİNİ NECƏ TƏTBİQ ETMƏYİ bilən kəsdir.
Səsləndirən: Rafael Mirzəyev
Mənbə: Düşün və Varlan - Napoleon Hill
@mail : black1boxx@gmail.com
İnstagram Black Box Production: / black_box_pro
İnstagram Rafael: / mirzaevrafael
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
(Nizami Gəncəvi)
#səslikitab #kitab #seslikitab #audiokitab #kitablar #seslikitaphikaye

Опубликовано:

 

25 сен 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 5   
@BlackBoxProductionn
@BlackBoxProductionn 9 месяцев назад
Salam əziz izləyicilər. Etdiyimiz işi bəyənirsinizsə, şərh yazın, dostlarınızla paylaşın və kanalımıza abunə olun ! Hörmətlə Black Box Production
@BlackBoxProductionn
@BlackBoxProductionn 9 месяцев назад
Kanalımıza abunə olmağı unutmayın ❤
@senene850
@senene850 9 месяцев назад
😊😊😊😊
@huseynesgerzade2868
@huseynesgerzade2868 9 месяцев назад
Gözəl kanaldı. Həmişə izliyirəm və bəyənirəm!
@BlackBoxProductionn
@BlackBoxProductionn 9 месяцев назад
Təşəkkürlər 🙏
Далее
Strawberry Cat?! 🙀 #cat #cute #catlover
00:42
Просмотров 10 млн
Bilməli olduğumuz 20 qayda - Səsli Kitab
7:00
Просмотров 9 тыс.