Тёмный

İqbal Ağazadə:"Bir ombudsman ki, hüquq mühafizə orqanlarına kaset təqdim edirsə..." 

İqbal Ağa-zadə
Подписаться 50 тыс.
Просмотров 391 тыс.
50% 1

İ.Ağazadə:"Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Çox təəssüflər olsun ki, mən hörmətli Əli müəllimə qulaq asandan sonra bunun zərurəti barədə bir şey yadımda qalmadı. Mənə aydın olmadı ki, bunun zərurəti nədir? Əli müəllimin dediklərini də ardıcıl olaraq qeyd etmişəm: millət vəkilləri o vaxt ciddi müzakirə etmişlər, biz istəyirdik ki, beynəlxalq təcrübəni öyrənək, beynəlxalq təcrübəni də yadda saxlamışıq, bir sıra ölkələrdə 5 ilə seçilir, bir sıra ölkələrdə 7 ilə seçilir, birində 2 dəfə seçilir - bu, əsaslandırma deyil. Azərbaycan tipli kifayət qədər Avropa ölkəsi var ki, bir dəfə seçilir və səlahiyyətlərini bitirir. Dəyişmək zərurəti nədən yaranıb? Məsələnin mahiyyəti budur. Niyə dəyişirik? Bunu əsaslandırmalıyıq. Yoxsa “filan təcrübədə var ki, iki dəfə seçilsin...” Başqa təcrübələr də var. Niyə o təcrübələrdən istifadə etmirik? Başqa təcrübələrdə var ki, müxalifət nümayəndələri ictimai institutların hamısında təmsil olunurlar. Niyə Azərbaycan Əfv Komissiyasında, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyada, Dövlət Neft Fondunda və başqa yerlərdə təmsil olunmur? Dünyanın hər yerində onlar təmsil olunur. Təcrübədirsə, təcrübədə bundan da istifadə edin. Yəni bu, əsaslandırma deyil. Bu, sadəcə olaraq, bir qrup söz yığnağıdır ki, millət vəkillərinə təqdim olunur.
Niyə iki dəfədən artıq seçilir? Deyilir ki, iki dəfə seçilmə əlavə təminat verir. Nəyə əlavə təminat verir? Ona əlavə təminat verir ki, ombudsman bir il ərzində iqtidarla hansı münasibətləri quracağı, növbəti mərhələdə seçilib - seçilməyəcəyi barədə düşünsün. Təminat yalnız bunadır. Çünki bir dəfə seçilsə, başa düşər ki, onsuz da ikinci müddət yoxdur və onun müəyyən bir tarixdə Azərbaycan dövlətinə İnsan hüquqları üzrə Müvəkkil kimi qulluq etmək imkanları var. Buna qulluq edəcək.
Mən mövcud ombudsman haqqında danışmaq istəmirəm. Mən həm mövcud ombudsmanın, həm də ombudsman institutunun fəaliyyətindən çox narazıyam. Dəfələrlə burada demişəm, bir ölkənin ombudsmanı ki insan haqlarını qorumalı olduğu halda hüquq mühafizə orqanlarına kasetlər çəkib təqdim edə, o, ombudsman deyil. Bu, ombudsman institutunun mahiyyəti barədə fikir irəli sürür ki, ombudsman institutu indiyə qədər necə fəaliyyət göstərib. Amma məsələnin mahiyyəti ondadır ki, təkmilləşdirmək əvəzinə hakimiyyətə şərait yaradırıq ki, bu məsələlərdə ombudsman institutunu daha çox nəzarətdə saxlasın, onun ətrafındakı pərdəni daha da sıxlaşdırsın və bu təsisat hakimiyyət institutlarına daha çox qulluq etsin. Məsələnin mahiyyəti bundadır. Mən hesab edirəm, səlahiyyət müddəti buna görə dəyişdirilir. 7 il kifayət qədər ciddi bir vaxtdır. 7 ilə ombudsman istənilən ölkədə insan haqlarına qulluq edə, özünü institut kimi təqdim edə bilərdi.
Əli müəllimin təqdimatına baxın: “Əlaqələrimiz yaxşılaşıb, biz istəyirdik ki, əlaqələr qursun. Ona görə indi ikinci dəfə də seçmək olar”. Necə əsaslandırmadır? Nəyin əlaqəsi yaxşılaşıb? Əlaqəni ombudsman yox, dövlət qurur, Müvəkkil Aparatı qurur.
İkinci, yazılıb ki, Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni Müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni Müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur. İndi belə bir sual ortaya çıxır. İyun ayında Müvəkkilin səlahiyyətləri bitir. Bu qanun da 6 aydan sonra qüvvəyə minəcək. Onda necə olacaq? Biz bilirik ki, Konstitusiya qanunu nə vaxtdan qüvvəyə minir. 6 aydan sonra təkrar səsverməyə qoyulmalıdır. Necə olacaq? Biz indi iyun ayında Müvəkkili dəyişməyəcəyik? İyun ayında səlahiyyətləri bitir, biz hansı əsaslarla onu saxlayacağıq? Bu qanun da havadan asılı qalır.
Məsələnin mahiyyəti nədir? Mən hesab edirəm ki, Azərbaycan qanunlarını bu şəkildə təhrif edib, qeyri-ciddi şəkildə Milli Məclisə çıxarmaq, hüquq siyasəti, dövlət quruculuğu adına qondarma əsaslarla bunu Milli Məclisə təqdim etmək gülüncdür. Bu tipli şeyləri etmək doğru deyil. Nədir, Azərbaycanda ombudsman tapılmır? Nə qədər istəyirsiniz. Mən keçən dəfə İctimai Televiziyada da dedim, İctimai Televiziyaya hökmən gərək 78 yaşlı qadını təqdim edəydiniz? O qədər cavan adamlar var. Sizin siyasətinizi dəstəkləyən, sizin xəttinizi qoruyan, sizə sadiq olan adamı seçin, amma heç olmasa, bunu Milli Məclisə elə təqdim edin ki, bunun presedenti normal olsun. Biz onsuz da bilirik ki, bizim sıralarımızdan kimisə, ya da müstəqil adamı Müvəkkil təyin etməyəcəksiniz. Yenə öz bildiyinizi təqdim edin, amma qanunu bu şəkildə, gülüş doğuran formada, yəni İsveçrədə belə getdi, Danimarkada elə getdi kimi təqdim etməyə ehtiyac yoxdur. Hökmən Azərbaycan da belə etməlidir? Bilirsinizmi, Hollandiyada hansı qanunlar var? Bəlkə Hollandiyada olan qanunları da Milli Məclisdə qəbul edək. Orada milli mentalitetlə səsləşməyən kifayət qədər qanunlar var. Qorxuram, sabah onları da qəbul edəsiniz ki, Hollandiyada belədir. Çox sağ olun"

Опубликовано:

 

1 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 565   
@tvt.914
@tvt.914 5 лет назад
İqbal müellim həqiqətəndə çox savadlı bir deputatdi ☝️🇦🇿🇦🇿🇦🇿
@docplus2652
@docplus2652 4 года назад
Salam
@solmazquliyeva4596
@solmazquliyeva4596 5 лет назад
Sənin dərdin orda oturan deputatların ürəyinə sag ol İqbal müəllim kişi adamsan
@haksozu2279
@haksozu2279 4 года назад
Çox gözel insandı sade ve kasıba yaxın adam.yaxından tanıyıram
@nununecefova9045
@nununecefova9045 4 года назад
Aminn
@imranquliyev9679
@imranquliyev9679 5 лет назад
Sen heqiqetende kişi adamsan yediyin cörek aldığın nefes halal xoşun olsun .İqbal Ağazade
@mushfigaliyev2263
@mushfigaliyev2263 6 лет назад
Cenab siz prezident olmalısınız.
@mahirceferov5043
@mahirceferov5043 5 лет назад
Su per
@feqan-yk6uw
@feqan-yk6uw 5 лет назад
bu prezident olsa nazirleri kacat eder millet vekillerinide icra bawcilarinida reisleride kankret kacat edecey bu kiwi esl kiwidi
@mahir7753
@mahir7753 4 года назад
Görün adamı iqtıdarın qara siyahısına sala bilirsiniz
@meqiqehrmanov2851
@meqiqehrmanov2851 4 года назад
Bir gün Böyük Allahın köməyliyi ilə olacq prezident bu insan
@sadagetmiriyeva7441
@sadagetmiriyeva7441 3 года назад
Eger bizde edaletli seçki olarsa bu şexs mütləq dövlət başçısı seçile biler
@ssgggfddfghj742
@ssgggfddfghj742 7 лет назад
halal olsun size iqbal melim
@samo9442
@samo9442 5 лет назад
Böyk Şəxsiyət halal olsun.
@ШахдаглыД
@ШахдаглыД 5 лет назад
Salam Iqbal müellim, çalışın düz yazın.
@alemdaryusifov2928
@alemdaryusifov2928 7 лет назад
Allah seni qorusun
@absalamhsimli7580
@absalamhsimli7580 5 лет назад
Superrrr iqbal bəy.Millət vəkili belə olareeee.Maşallah
@bir_vatansever4529
@bir_vatansever4529 6 лет назад
Bu deputat ürəydi də ürəy...
@Qarışıq_məlumatlar
@Qarışıq_məlumatlar 4 года назад
Neymət Təhməzov ətağa hə
@qarabagazerbaycan4024
@qarabagazerbaycan4024 3 года назад
Bele deputatları uzaqlaşdırıb gör indi kimleri oturdublar İqbal mellim kimi adamların yerine
@jermainericky7016
@jermainericky7016 3 года назад
I know Im asking the wrong place but does any of you know a trick to log back into an instagram account? I somehow forgot the login password. I love any help you can offer me
@yousefabraham8855
@yousefabraham8855 3 года назад
@Jermaine Ricky instablaster :)
@qubadli0396
@qubadli0396 7 лет назад
halal olsun size. sozun duznu deyen tek insan..
@susanesusane2102
@susanesusane2102 5 лет назад
bu adam esil veten seven adamdi halal olsun cox savadli adamdi
@heckimebedideyil6360
@heckimebedideyil6360 5 лет назад
Bele yerde deyirler: Oğullar var şerait yoxdu.
@ПосланникПосланник
Halaldı, oğuldu sözün əsl mənasında təşəkkürlər.👍👍👍👍
@thehoofmaan6816
@thehoofmaan6816 6 лет назад
Halaldi Allahaqqi Cox Savadli Cox Agilli Cox Tatixi insandi
@nqabil
@nqabil 5 лет назад
Çox sagol, Iqbal müellim. Halal olsun size!
@elsevrcfrov5128
@elsevrcfrov5128 5 лет назад
GƏLƏCƏK PRİZDENT SƏN OLACAQSAN
@ugurmemmedov7317
@ugurmemmedov7317 7 лет назад
men sok olmusam qardas
@feridqeribli1768
@feridqeribli1768 5 лет назад
arxadakı deputat dilini çıxarıb gülür heyif çox heyif gör kimlər var orda
@qadirquliyev_90
@qadirquliyev_90 5 лет назад
Kişi düz deyirdə
@МазахирИманов
@МазахирИманов 4 года назад
АЗЕРБАЙДЖАНЫ БЕЛЕ ИНСАНЛАР ИДАРЕ ЕТМЕЛИДИР.ХАЛАЛ ОЛСУН ИГБАЛ АГАЗАДАЕ
@baylartagiyev3493
@baylartagiyev3493 7 лет назад
İqbal müellim çetin onlar siz deyeni başa düşsün.
@niyazzeynaloglu3980
@niyazzeynaloglu3980 5 лет назад
Əhsən !
@ИПВелизадеМ.З
@ИПВелизадеМ.З 4 года назад
bir sozle savadziliq
@sabina7797
@sabina7797 4 года назад
Hallal olsub
@ШахназаровСамир
Çox saq olun İqbal müəllim. Azərbaycan xalqı sizinlədi!
@arzuabdullayeva2546
@arzuabdullayeva2546 7 лет назад
ALLAH KOMAYIN OLSUN ALLAH QORUSUN COX SAQOLUN. SIZ PREZIDENT OLSAZ BALKA BU DÖVLAT DÜZALAR INŞAALLAH
@emintofiqoglutamada4217
@emintofiqoglutamada4217 5 лет назад
iqbal Bəy, Bu belə çıxır ki, anbusman deyil də, Banbılıusmandı.😃😃😃😃
@anarmemmedov183
@anarmemmedov183 7 лет назад
Durust sexse adam isteyirki ureyin cixardib versin. Iqbal mellim ve onun kimi duwunen bir nece wexsiyyetdermiz biraz da aktivliyini artirsalar bu yaxin illerde oz temiz ve layiqli postlarini tuta bilerler. Bir sozle aferin size Iqbal mellim. En esasi kiwi adamsiz xalq bele kiwilerin arxasindadir.👏👏👏👏
@sahilmalishov5367
@sahilmalishov5367 7 лет назад
halal olsun
@atillaaltay5135
@atillaaltay5135 5 лет назад
Baliq basdan iylener . İqbal Ağazade prezidentliye namized ol xalq seni destekleyer
@feqan-yk6uw
@feqan-yk6uw 5 лет назад
desteklemedilerde yaltag millet
@feqan-yk6uw
@feqan-yk6uw 5 лет назад
men wexsen bu kiwiye ses verecem namized olsa yene
@zaurezimli2914
@zaurezimli2914 5 лет назад
Qardaş 10.000 insan iqbal yazsa cavab yenə ilham çıxacag o qutudan. Bu ölkənin qanunudu.beyninizi, vaxdınızı, əsəblərinizi boşuna yormuyun. Öz bildiklərini eliyəcəylər onsuz😡
@yusiflenkerani4030
@yusiflenkerani4030 5 лет назад
Orda bir dene kishi varsa oda sensen Allah seni qorusun
@rustamaliyev6229
@rustamaliyev6229 5 лет назад
Allah sizə ömür versin. Sizin kimi çox yox bi 10 nəfər olsaydı yuxarda xan kimi yaşayardıx.
@azeribrahimli6066
@azeribrahimli6066 6 лет назад
yaşa👍
@sirzadquliyev209
@sirzadquliyev209 5 лет назад
Cox açiq sekilde,elmi danisiqlardi.
@elvinqasimov9710
@elvinqasimov9710 4 года назад
Vallah hallal ol bu adama baxdinizmi arxada oturan deputat dilini cixardir beyem pis soz daniwdi bu deputat duz deyir yawli bir qadini qoymuwdular ambusman o bu xalqin huququnu nece qorusun
@sanurheybatov9347
@sanurheybatov9347 5 лет назад
Bu insan böyük şəxsiyyətdir, inşAllah İqbal Müəllim prezident olar. Bu mənim şəxsən böyük arzumdur!
@qusartvaz4196
@qusartvaz4196 5 лет назад
ay millət milli məclisdə 2-ci belə deputat varmı?
@turalagalarov4541
@turalagalarov4541 5 лет назад
Kiwi adamsanda sen vallah allah qorusun seni qardaw isdemiyen insan yoxdu sizi
@vagaabbas2532
@vagaabbas2532 5 лет назад
Halal olsun
@vivamusicchanel6978
@vivamusicchanel6978 5 лет назад
İqbal məllim İnşəallah ki Sizi Prezident görəy
@PMAB71
@PMAB71 5 лет назад
Cox savadlisiz!Hayif Sizden!
@Rufo313
@Rufo313 4 года назад
Əhsən İqbal bəy hər cıxışınızı diqqətlə izləyirəm və hər sizi dinlədikcə sizə hörmətim artır Var olun!👏👏👏👏👏
@ispanispanyali8699
@ispanispanyali8699 4 года назад
Gözəl insan gözəl Vəkill hörmətli iqbal mellim
@Ruslan-fu4pn
@Ruslan-fu4pn 5 лет назад
Orda en axmaxi zeynebdi
@РусланНуруллаев-к8с
Əhsən . ALLAH səni qorusun şər şeytandan quru böhtandan. (Hollandiya) 😁
@НиколайДолгоруков-ь5м
Депутат показывает язык, как ребенок, как его там еще держут, клоун.)
@niyazzeynaloglu3980
@niyazzeynaloglu3980 5 лет назад
Məncə bizdə bir-iki deputat var,biri də bu kişidir.Allah qorusun bunu və bununkimilərin.O biriləri qoyun sürüsüdür.
@mahirmirzeyev9333
@mahirmirzeyev9333 5 лет назад
Mən belə duz daniwan insan gormedim halal olsun sizə Allah sizi qorusun amin
@cingizpapaqci9852
@cingizpapaqci9852 5 лет назад
Mən sənin uğrunda canimi isde qurban verim sənə sənə hesedem
@КлиентКлиент-э9т
Саг ол санин кими мамурлар лазымдыр
@elvinehmedov1220
@elvinehmedov1220 5 лет назад
Vallah halal olsun size sizden basqalarinin vay halina
@user-up4ov9ii9v
@user-up4ov9ii9v 5 лет назад
Красавчик!!таких депутатов на бы побольше.
@pervizeliyev7520
@pervizeliyev7520 4 года назад
Iqbal bəy Azərbaycanin Saakaşivilisidi, urəydi urəy💕
@elxansmd6658
@elxansmd6658 5 лет назад
Sağolun iqbal bəy siz bunları hər dəfə sındırırsız amma nədə olsa olar pulun qarşısında sınmış köpəylərdi
@sabinagasanova1299
@sabinagasanova1299 6 лет назад
Qabiliyyətli insan budur görün götürün gör götür dünyası deyilmi Hər şeyə srazu cavab verir Halaldı Vətənimin oğlu yaşa
@mudafici7803
@mudafici7803 5 лет назад
TAMAMİLƏ DOĞRUDUR DÜZ SOZƏ NƏ DEYƏSƏN!!!!👍
@yaqubhesenov1737
@yaqubhesenov1737 5 лет назад
Cox savadli insandi Azerbaycan in gelceyi ucun inkiwaf etmesu ucun bele ogul lazimdi
@behluleliyev1676
@behluleliyev1676 5 лет назад
Size Minetdaram ALLAH Sizi Qorusun .
@ЭльшанМагеррамов-о5и
Böyrbaşındakı qəhbələr gülür ey Allah sizi qorusun
@aytenabishova9472
@aytenabishova9472 5 лет назад
Halalın halalı olsun size İqbal muellim. Var olun 👏👏
@кенни-о1р
@кенни-о1р 5 лет назад
Bu pənah meymunduda meymun. Savadun deyir artır dilində çıxarır cirkdi əməlli bawdi
@samitaki5605
@samitaki5605 5 лет назад
Pənahın dilini gör düz,bizim həyatımız həll olunduqu halda o gülür ,dil oynadır. Pənahı dəstəkləyənlər elə pənaha bənzəyir.
@mehdihesen8776
@mehdihesen8776 5 лет назад
Allah komeyiviz olsun daima
@ilkinseferli6713
@ilkinseferli6713 5 лет назад
Allah can sağlığı versin sənə
@demokratiyayolu.
@demokratiyayolu. 5 лет назад
Iqbal həmişə sözün deyən olub. Halaldır sənə ki soxdu sözlərini bunların gözünə.şakkallar güya bilmir?? Oğraşdırlar axı.
@ЭмильГуламов-с7ъ
Sizin kimi Insani dinledikce Azerbaycanli olmagimla fexr edirem az qalib sizin haqq yerini tutacaq Eşq olsun size
@samsuga3206
@samsuga3206 5 лет назад
Sözün düzünü deyəndə deputatların coxu başını aşağı salır.
@ruslansemedov8889
@ruslansemedov8889 4 года назад
uşaq pylunuda hel edin esas meseleden danışın.
@АлийевРахим
@АлийевРахим 4 года назад
Və KİŞİ Adaminin arxasinda təlxəylik edən ''DEPUTATİMİZ''
@nailibrahimov2902
@nailibrahimov2902 5 лет назад
Arxadaki millət vəkilli dil çixarir🤣🤣🤣
@ceyhunnasirov9736
@ceyhunnasirov9736 4 года назад
Allah sizi və sizikimilerini qorusun Amin İnşallah
@sevincberdeli1317
@sevincberdeli1317 5 лет назад
EHSEN SIZE IQBAL BEY SIZE SAATLARCA QULAQ ASMAQDAN YORULMURAM🇦🇿🇦🇿🇦🇿👍👍👍O AMBUSMANA SERAIT YARADAN ELE O.ESEDOVDUR.
@shahniyarhuseynov9106
@shahniyarhuseynov9106 5 лет назад
Ağlımız kəsəndən bu günə kimi Ambusman Elmira xanımdı.... Doğrudan niyə bu Ambusman niyə dəyişilmir?
@taranababayeva522
@taranababayeva522 4 года назад
Cəmiyyət kimi formalaşmamış xalqın avropada nə işi var./,?
@ИбрагимАбасов-м1ш
@ИбрагимАбасов-м1ш 4 года назад
Сене һалал олсун гардеш Азербайчанын чөрейи халгын депутаты беле олар
@elsevrcfrov5128
@elsevrcfrov5128 5 лет назад
Sənə halal olsun ananın südü
@IqbalIqbal-bz5mv
@IqbalIqbal-bz5mv 5 лет назад
Sagolun adas 👍
@ismayleliyev9619
@ismayleliyev9619 5 лет назад
4:05 Deki teputata bax 😁 hələm dil çıxardır nə gündəsən ay Azərbaycan gör kimlər idarə edir səni
@agamemmedov2930
@agamemmedov2930 4 года назад
Olar millət vəkili yox AXC dən çıxıb yapa sabunsuz girənnərdi
@nzalov3745
@nzalov3745 4 года назад
4:05-də arxadakı keçələ baxın,kişi ciddi söz danışır arxada klounluq edir.Gör ölkənin taleyi kimlərin əlindədir.
@demokratiyayolu.
@demokratiyayolu. 5 лет назад
Tüfürüm eşidib bilə bilə dillənmiyənin vicdanına.xalq əzilir.
@baxruzagayarov1157
@baxruzagayarov1157 5 лет назад
İqbal tək əldən səs çıxmaz! Çıxıçlarınızı bəyənirəm, ancaq nə fayda. Zalım bir təkdi, zalıma zülmünfə yardım edənlər milyon!
@pashamamedov6773
@pashamamedov6773 5 лет назад
Kçmiş baş nazır Nemyətfə orad idi deyən.
@АрифМамедов-п4и
@АрифМамедов-п4и 5 лет назад
Allah sizə kömək olsun İQBAl məllim,qallan prezident vəkillərinə allah insaf versin
@ajfhsjsgdjf747
@ajfhsjsgdjf747 5 лет назад
Səninki milər azdı məclisdə çox olmalıdır ki məcubiryətdən razılaşsinlar hakimiyyət
@Retrocars222
@Retrocars222 5 лет назад
biz sizinle fexr edirik
@elvinhuseyn7654
@elvinhuseyn7654 5 лет назад
4 dəq 5 ci saniyə . Dilivi kimə nəyə hara cıxırsan pənah???
@raufjafarli6410
@raufjafarli6410 4 года назад
4:01 -4:06 video.. Özünü buraxmış Parlamentin Özünü buraxmış Deputatı ( İqbal Ağazadədən arxa sağ tərəfdə oturan) !
@NicatAkhmedli
@NicatAkhmedli 5 лет назад
Hollandia))))HALAL OLSUN IQBAL MUELLIM VAR OLUN...BULAR UTANMASA ONUDA.EDER
@ruslansemedov8889
@ruslansemedov8889 4 года назад
uşaqlarımız acınan soyuqdan micür xesdelik tapır herşey bahadı valideyin catıra bilmir dermanalmaq isdeyirsen 1 denesi 30 .40 manatdı iş yoxdu valideyin bilmirki işıq qaz su puraduq baxcabın pulun versin yoxsa uşaqa paltar alsın yoxsa dermana pul versin hele mektebi demirem hesablayın görün fehle nece yaşasın uşaq pulun hel edin özüde tezdikle uşaqlarımız ezab cekir xesdelikden.
@Lezqibalasi
@Lezqibalasi 5 лет назад
Vallah ləzzət eliyir mənə bu kişinin cixislari
@ЕминМамедов-ф5ю
@ЕминМамедов-ф5ю 5 лет назад
Halal olsun)cox guldum babat sifetlerine cirpir)))
@sahinabbasov1780
@sahinabbasov1780 4 года назад
Haqqli, edaletli ve savadli. Allah sene can saqliqi versin Iqbal bey.
@РаманНагиев
@РаманНагиев 4 года назад
Allah sizə yar və yardlmçl olsun VƏTƏN OQLU.
@a.rmister6170
@a.rmister6170 3 года назад
İqbal müəllim💪💪💪 halaldı sizə
@melahetmemmedova5708
@melahetmemmedova5708 4 года назад
Milli məclisi öz gözəl nitqi, savadı ilə heyranedən, Iqbal Agazadəcəsarətinizə alqış. Xalqın sevimlisi Allah sizi qorusun.
@feqanmustafayev8644
@feqanmustafayev8644 4 года назад
Videonun 4:05 hissəsinə baxın zəhmət olmasa arxadakı deputat dil çıxardırr 😂😂😂
@perisanqurbanova6737
@perisanqurbanova6737 5 лет назад
Halal bu milet vekiline goz deymesin durda ayib olmasin arxo qasi xaynugu ceken coxdu
@xeyaleorucova4715
@xeyaleorucova4715 3 года назад
Heyder Eliyev rehmetlikden sonra sizi Azerbaycanin Prezidenti kimi Iqabal Aqazade,Iqbal muellim,Prezident her menada menevi keyfiyyetlere malik olmalidi.Allah edaletlidi
@sevincberdeli1317
@sevincberdeli1317 5 лет назад
ZEYNEB XANLAROVA KONSTITUTYAMIZDAN GOREN BIR MADDE BILIR 😃😃😃🇦🇿🇦🇿🇦🇿
@dasqinaliyev5320
@dasqinaliyev5320 4 года назад
Çoxdandı arzulayıram ki kaş belə bir liderimiz olardı yada yüksək vəzifədə olardı prezidentin yaxınında
@SAMSUNGGalaxy-sc5xm
@SAMSUNGGalaxy-sc5xm 5 лет назад
ALLAH komeyin olsun İqbal bəy.yanındakı depdatlar depdat deyil qoyundular şerefsizler.
@natiqnatiq998
@natiqnatiq998 4 года назад
Orda oturan deputatlar İqbal müəllimin bildiyinin çox demirəm heç olmasa otuz faizini bilsə və onda olan qeyrətin iyirmi faizi onlarda olsa millətin bütün problemləri həll olar
@odlaryurdu8074
@odlaryurdu8074 4 года назад
Merd adamdi bu kisi sozun hemise dogrusunu deyendi
@nofelrustamov8104
@nofelrustamov8104 5 лет назад
Allah sizdan razi olsun ve sizi o sharafsizlarin sharrindan qorusun.sizi millatimizin vekili oldugunuz kimi ham da edalatli prezidentimiz olmaginizi arzu edirik.olarsiz in sha Allah!
@ayanlaeylencelidunya3627
@ayanlaeylencelidunya3627 5 лет назад
Halal olsun sizi kimi insana .allah sizi kimi insanlari qorusun. Sizin namizedliyinizi desteklerim. Ewq olsun size deputatlarin coxu goresen xecalet cekirmi size baxanda
@ЕминМамедов-ф5ю
@ЕминМамедов-ф5ю 5 лет назад
Bu iqbala ses verecem!))))tipinnen xosum geldi)))1-ci defe menteqeye gedecem omrumxe o da mehz sene ses vermeye)))
Далее
Дикий Бармалей разозлил всех!
01:00
Лиса🦊 УЖЕ НА ВСЕХ ПЛОЩАДКАХ!
00:24
İqbal Ağazadə - İşıq və Qaz Problemi
9:14
Просмотров 611 тыс.
İqbal Ağazadə - Ombudsmanın yalanları
5:00
Просмотров 12 тыс.
Дикий Бармалей разозлил всех!
01:00