Тёмный

İsmayıllıda Torpaq çərşənbəsi qeyd olunub - BAKU TV 

Подписаться
Просмотров 2,1 тыс.
% 48

İsmayıllıda Torpaq çərşənbəsi qeyd olunub - BAKU TV
Hər daşı, torpağı tarix qoxan İsmayıllının qədim Basqal qəsəbəsində çərşənbələrin sonuncusu - Torpaq çərşənbəsi təntənəli şəkildə qeyd olunub.
Bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd və qəsəbələrdən gələn qonaqlar və yerli sakinlər iştirak ediblər.
Rayon rəhbəri ilk olaraq havaya sülh rəmzi olan ağ göyərçin buraxıb. Daha sonra Novruz atributlarının nümayiş olunduğu sərgiyə baxış keçirilib, folklor qruplarının çıxışına tamaşa edilib.
Mərkəzi meydanda bayram xonçaları bəzədilib, tonqal qalanıb, Lahıc folklor qrupu konsert proqramı ilə çıxış edib. Novruzun personajları olan keçəl və kosa rəqs edib, yumurta döyüşdürüblər.
İnanca görə, su, od və yel birlikdə ümumilikdə torpağın oyanmasına gətirib çıxarır. Torpaq da oyanandan sonra təbiət oyanmağa başlayır: ağaclar çiçək açır, yaşıllıqlar yaranır və torpaq əkinçilər üçün istifadəyə tam hazır olur.
t.me/bakutvxeber
www.baku.tv
baku.tv
bakutvofficial
www.baku.tv
İsmayıllıda Torpaq çərşənbəsi qeyd olunub
© 2023 © All Rights Reserved ℗ Baku TV
#torpaqcersenbesi #novruzbayramı #ismayıllı

Опубликовано:

 

14 мар 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 6   
@jalememmedova9054
@jalememmedova9054 Год назад
Ismayillida NOVRUZ BIR BASQA QEYD OLUNUR 🇦🇿👍
@sovqinecefli6692
@sovqinecefli6692 Год назад
Allah xalqımızı var eləsin.
@revanhaciyev2015
@revanhaciyev2015 Год назад
Can Basqalım.çox gözəl👍
@elmanfeyzullayev3114
@elmanfeyzullayev3114 Год назад
👏👏👏👍👍👍
@Saxtasuz2007
@Saxtasuz2007 Год назад
İsmayıllım
@РусланИсаев-ь4б
Can Basqal❤