Тёмный

İstanbula 5 günlük səfər neçə manata başa gəlir? - Səyahət 

Demədi Demə
Подписаться 976 тыс.
Просмотров 13 тыс.
50% 1

#Istanbul #Türkiye #Səyahət
[Sultan Əhməd Camisi - 1609-1616-cı illərdə sultan I Əhmədin əmrinə əsasən İstanbuldaki tarixi yarımadada Memar Sədəfkar Mehmet Ağanın rəhbərliyi ilə inşa etdirilib..
-----------------------------------------------
Ayasofiya və ya Müqəddəs Sofiya məbədi əvvəl provoslav kilsəsi, daha sonra məscidə çevrilən məbəd. Qısa müddət muzey kimi istifadə olunub.
Bizans İmperatoru Justinianus tərəfindən 532-537 illəri arasında Gündə min usta və on min işçinin çalışması ilə inşa olunub.
Tam 5 il 11 ay 10 günə inşaat başa çatıb.
İstanbulun Osmanlılar tərəfindən fəth olunmasından sonra 1453-cü ildə Fatih Sultan Mehmet tərəfindən məscidə çevrilib.
----------------------
Topqapı sarayı
(1465-1856) Osmanlı sultanlarının iqamətgahı olmuş saray kompleksi.
Sarayda müsəlmanlar üçün xüsisi maraqlı olan Məhəmməd peyğəmbərin əbası, qılıncı, yayı, bir dişi, saqqalının tükü, döyüş qılıncı, imzalı məktubu və Müqəddəs Əmanətlər adlandırılan digər xüsusi əhəmiyyətli əşyalar saxlanılır.
Bundan başqa burda Həzrət aişənin, həz osmanın, həzrət hüseyinin əşyaları var burda,
Eyyub Sultan Türbəsi
Eyüp Sultan Məscidi, İstanbulun fəthindən 5 il sonra 1458-ci ildə inşa edilmişdir. Məscidin yanında tikilən Eyüp Sultan Türbəsinin olması bu məscidin əhəmiyyətini vurğulayır.
12 sütun və 13 qübbədən ibarətdir.Həyətin ortasında bir çeşmə var. Məqbərənin tək günbəzi və 8 guşəsi var.
Eyüp Sultan kimdir?
Ebu Eyyûb El-Ensari - əsl adı Xalid bin Zeyd türkcə Eyüp Sultan adı ilə tanınan ən böyük səhabələrdən biridir.
Məhəmməd peyğəmbəri Məkkədən Mədinəyə hicrət edərkən evində 7 ay qonaq edən ilk səhabədir. Elə buna görə də ona Mihmandar-ı Resul da deyilir.
Məhəmməd peyğəmbərin konistantinapolun fəthi ilə bağlı verdiyi müjdədən sonra bir nçə dəfə ərəblər istanbulu fəth etməyə cəhd edilər.
90- yaşı olmasına baxmayaraq qatıldığı İstanbulun ikinci mühasirəsində şəhid olur.. Onun öz vəsiyyəti ilə İstanbul divarları altında dəfn edildiyi barədə şayiələr var.
Pyer Loti kimdir- fransız dəniz zabiti və yazıçıdır. 1850-ci ildə ildə fransadda doğulub.
1913-cü ildə yazdığı La Turquie Agonisante (Can Verən Türkiyə) kitabıyla Qərb siyasətini tənqid edən Loti, həmin il dövlət qonağı kimi Türkiyəyə gəldiyi zaman Topxana Rıhtımında böyük bir təntənə ilə qarşılanaraq Sultan Rəşad tərəfindən sarayda mehman edildi. Balkan müharibələrində, I Dünya Müharibəsində və daha sonralar Anadolu işğalı zamanı Avropaya qarşı həmişə türkləri müdafiə etdi. Milli Mübarizə zamanında Anadoludakı müqavimətə dəstək olması və öz ölkəsi olan işğalçı Fransanı sərt şəkildə tənqidi ilə Loti, türk xalqının rəğbətini qazandı. Belə ki, Türkiyə Böyük Millət Məclisi 4 oktyabr 1921-ci ildə Pyer Lotiyə təşəkkürlə dolu bir məktub göndərdi. Bununla yanaşı, Pyer Loti 1920-cu ildə "İstanbul Şəhər Fəxri Sakini" olaraq qəbul edildi və onun adını daşıyan bir cəmiyyət də yaradıldı. Daha sonralar İstanbulda Divanyolunda bir küçəyə "Pyer Loti Küçəsi" və Əyyubsultanda bir qəhvəxanaya da "Pyer Loti qəhvəsi" adı verildi. İndi də bu qəhvəxananın olduğu təpə Pyer Loti təpəsi kimi adlandırılır. Bu təpəyə gedən kanat xəttinə də Əyyub-Pyerloti adı verilmişdir.
panorama 1453 muzeyi
Panorama 1453 Tarix Topqapı parkında yerləşir.
Muzeyin panoramik rəngkarlıq işlərinə 8 rəssam tərəfindən 2005-ci ildə başlanmış və 2008-ci ildə tamamlanmışdır. Bu panoramik rəsmdə 10.000 fiqur təsviri var
Tamaşaçılar muzeydəki bu platformaya çıxanda 10 saniyəyə qədər davam edən şok yaşaya bilər. çünkü tamamilə başqa bir aləmə düürsənş çəkiliş həmin effekti vermir.
Qız qülləsi (türk. Kız Külesi, ing. Maiden's Tower) - Orta əsr Bizans dövründən bəri Türkiyə, İstanbuldakı Üsküdar sahillərinin 200 m-də (220 illik) Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adada bir qüllədir. İstanbulun simvollarından biri sayılır.
1110-cu ildə Bizans İmperatoru Aleksey Komnin tərəfindən inşa etdirilib.
Mahmud Hüdayi Həzrətləri türbəsi
Anadoluda yetişən böyük sufilərdən biridir.
Mahmud Hüdayinin xalqdan sultanlara qədər böyük bir təsir dairəsi var idi. Dövrün padşahları ilə yaxından tanış olmuş, III Murad, I Əhməd və II Osman kimi padşahlara məktub yazaraq məsləhətlər vermişdir. IV Muradın 10 sentyabr 1623 tarixində Əyyub Sultan məscidində baş tutan cülus mərasimində yeni padşah məhz Mahmud Hüdayinin əlindən qılınc qurşanmışdır.
Dolmabağça Sarayı - Mərmərə dənizindən Boğaziçinə gedən yolda, dənizin sol sahilində Üsküdar məhəlləsinin qarşısında yerləşən tarixi saray.
Bu gün Dolmabağça sarayının yerləşdiyi ərazi XVII əsrdə Osmanlı donanmasının gəmilərinin saxlandığı limanlardan biri idi.
Dolmabağça sarayının inşasına 1842-ci ildə başlandığı güman edilir.
Mustafa Kamal Atatürk bir çox xarici qonaqları da bu sarayda qəbul edib.

Опубликовано:

 

3 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 58   
Далее
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Просмотров 274 тыс.
1 Günde Büyükada - Mert Sezer ile İstanbul Serisi
28:13
The cheapest way from Baku to Istanbul. + Hotel review
14:37