Тёмный

İvanovka sakinləri: Görün milləti belə sındırarlarmı? 

Meydan TV
Подписаться 618 тыс.
Просмотров 65 тыс.
50% 1

“Görün milləti belə sındırarlarmı? Bu gün azərbaycanlı olmağıma peşmanam”.
İsmayıllının İvanovka kəndi. Burda Sovet dövrünün kolxoz quruluşu hələ də qalır.
Amma sakinlər deyir, kolxozun elə adı qalıb, kəndlinin işinə yaradığı yoxdur, yəni sovet dövrü ilə birgə o da tarixə qovuşub.
Kənd sakinlərinin əsas narazılığı pay torpaqlarını ala bilməmələridir. İvanovkalılar 22 ildən çoxdur pay torpaqlarını almaq üçün əlləşib vuruşurlar.
“Külüllü kənd sakinləri və İvanovka kənd sakinləri eyni kolxozun, Kalinin kolxozunun üzvləri idi. Külüllü sakinlərinə pay torpaqları, sənədlər verildi. Amma bizə verilmir”, - kənd sakini Nəsrəddin İsayev belə deyir.
Nəsrəddin İsayev kolxozçudur. Dediyinə görə, İvanovkada ümumilikdə 2847 nəfərin 5147 hektara yaxın torpaq sahəsi var. Amma sakinlər torpaqdan da məhrumdurlar, torpaqdan gələn gəlirdən də:
“Bizim sədrimiz o vaxt xahiş etdi ki, payı bəlli torpaq təsərrüfatı kimi saxlamaq istəyirik. Ulu öndərimiz də fikirləşib ki, bunlar düz adamdırlar. Pay torpaqlarını camaat arasında ədalətli bölüşdürəcəklər. Daha nə bilsin, bunlar oturub onun portretinin altında qanunsuz əməllərini həyata keçirəcəklər”.
Kənd sakini Boris Nikoloyeviç köhnə kolxozçudur. Dediyinə görə, problemlərilə bağlı dəfələrlə rəsmi qurumlara müraciətlər ediblər, amma nəticə yoxdur:
“Biz ac qalmışıq e, ac. Bax Tural Yusibova, prokurora, DTX-da işləyən Babaya… Deyirəm, ay Baba müəllim, sənin İvanovkadan xəbərin varmı? Deyir “var”, deyirəm, bəs niyə heç nə eləmirsiniz? Bizim məktəbimizə gedin, görün orada neçə rus uşağı oxuyur? Biz itib batırıq. Hörmətli prezident, bizə yarım edin”.
Kənd sakinləri kolxozun gəlirlərinin rəhbərlik tərəfindən mənimsənildiyini, bütün sahələrin ziyana işlədiyini, məhsuldarlığın ilbəil azaldığını iddia edirlər.
“Traktor sürürdüm, yer şumlayırdım. Mənə deyirlər, sən kolxozçu deyilsən. Əsl siz kolxozçu deyilsiniz ki, biz quran kəndi talan eləmisiniz. Mirzəyev Rauf kimi, Vasili Navesilyeviç kimi, Olqa Jamena kimi”, - Boris Nikoloyeviç deyir.
Köhnə kolxozçu Adil Cabbarov da həmkəndlisinin fikirlərinə qoşulur. O, kolxozdakı qanunsuzluqların başında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun dayandığını iddia edir:
“Bu qədər talanla bağlı Prezident Aparatından tutmuş aidiyyatı orqanlara məlumat vermişik. Hamısı da yazılı formada. Nahid Bağırov kimdir ki, prezidentə yazdığım məktub onun stolunun üstündə olur? Nahid Bağırov hansı işlərə baxır? Bir icra başçısı deyə ki, torpağı sizə verdim, onu nə ilə sulayacaqsınız? Gör sən hansı işin adamısan, bilmirsən ki, bu torpaq dəmyədir, yoxsa suvarmalıdır?”
Adil Cabbarov icra başçısını və kolxoz sədrini kəndlilərin haqqını yeməkdə günahlandırır, aidiyyatı qurumlardan hər iki şəxsin əmlakını yoxlamağı tələb edir:
“Niyə kolxoz adı altında 4-5 quldur hər şeyi yeyib, talayacaq, qalanları ac qalacaq? Özgə bədbəxtliyi üzərində bunlar xoşbəxtlik qururlar? Bəs fikirləşmir ki, balasının gözündən gələcək? Mən Qarabağda ona görə can qoymuşdum ki, Nahid Bağırov şellənəcək, yeyib-içəcək, İsmayıllının ən görməli yerlərində gəzəcək? Bax, Qarabağ veteranı acından ölür”.
Meydan TV əməkdaşı sakinlərin şikayətilə bağlı kənd kolxozuna üz tutsa da, sədr Vasili Navisiliyeviç qapını açmayıb. Köməkçisi isə Azərbaycan dilində danışa bilmədiyini əsas gətirərək suallara cavab verməkdən imtina edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Şahin Hüseynov iddialara cavab verib. Qurum rəsmisinin dediyinə görə, icra hakimiyyəti kolxozun fəalliyətinə heç bir təsir göstərə bilməz, çünki kolxoz kollektiv mülkiyyətdir və özünün xüsusi nizamnaməsi var:
“Bizdən hər bir narazılıq əsassızdır, çünki bizim kolxozun işlərinə qarışmaq səlahiyyətimiz yoxdur. Cənab Prezident də dəfələrlə olub orada. Bu gün onların kolxoz formasında işləməsi məqsədəmüvafiq hesab olunur. Yenə deyirəm, malakanların sıx yaşadığı kənddir, ərazidir. Orada başqa şey olarsa, xaos yaranar. Torpaq dağıldısa, kolxoz da dağılacaq. Bax belə şeylər var, siyasi əhəmiyyət daşıyan məsələlər var”.
Rəsmilərin cavabı ivanovkalılar üçün ürəkaçan görünməsə də, kənd sakinləri ümidlərini itirmirlər. Ölkə başçısının səslərini eşidəcəyini düşünürlər.
Kanala abunə ol - goo.gl/TcM9Fm
Bizə maddi dəstək ol cutt.ly/destek
WebSite: www.meydan.tv
Facebook: MeydanTe...
Twitter: / meydantv
Google+ plus.google.co...
İnstagram: / meydantv
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 265   
@elshanquseynov197
@elshanquseynov197 Год назад
Yer kürəsində Azərbaycan məmurları qədər tamahkar, acgöz, qaniçən məmur yoxdur
@onlynewhh
@onlynewhh Год назад
Cunku yuxardan bunlara volya verilib neyneyirsen et amma menede getir.
@lola1580
@lola1580 Год назад
Məmurlar yox eee bizim millətin qanında canında o acgözlük və xainlik var. olar getsədə yerinə kim gəlsədə eynən o cür olacaq
@Nihad_BS1
@Nihad_BS1 Год назад
AZƏRBAYCAN DILINDE BILMIRSE NE GEZIR O VEZIFEDE??!!!
@ВахидМамедов-е7ж
MEMUR YOX SİZIN MİLLETİNİZ BUDUR KANINIZ KÖKÜNÜZ BUDUR .OVAXTLAR BUNDAN ÇOK İLLER QNÇE RUSİYADA 3 DENE AZERBAYÇANLI AİLE SEVERDEN TOM'SK OMSK ORALARDAN ROSTOVA QELDILER VE ONLAR BURADA KAPIDA AC KALDILAR SOYUK KAR BUZDA O QUNLERDE 32 DERECE SOYUKDU AÇ SUSUZ BİZ TÜRKLER BURADA KÖV YERİNDE TORPAK EKMEKLE YASİYOIRUK VE BU 3 AZERBAYCANLI AİLEYİ EVLERİMİZE ALDUX 7 AY BAHARA KADAR BAXDUX YEDIRDIK ICIRDIK SONRA BAHARDA BİZİM TÜRKLERDEN SOQAN YIQDILAR BUNLAR İKİ KAMAZ 50 TON OLDU DEDİLER QÖTÜRUP SATACAYİQ PARASİNİ GETİRİP VERECEYIK BİZİM TURKLERDE BUNLARA İNANDILAR VERDİLER BU AZERILERDE O SOQANI GÖTÜRDÜLER SATTILAR SONRA SEN DEME QEÇEYNEN SAKINCE GELDİLER BURADA EVLERİMİZDE YAŞAYAN ANALARNI BACİLARINI ARVADLARNİ UŞAKLARİNİ SAKINCE HEPSİ QAÇIP GETDİLER O QEDIS ONLARI BİRDAHADA BULAMADIK NE SOQAN VAR NEDE PARA PUL HEM ETMEQİMIZI 7 AY YEDİLER EVLERİMİZDE HEMDE AC BAHARDA OLANIMIZ QÜMANİMİŹ O SOQANAYDİ ONUDA ÇALIP GETDİLER .O BAHARDA BİZ AC KALDIK ONLARIN YÜZÜNDEN YER TORPAK ALAMADIK EKİN EKEMEDİK NELER NE EZIYETLER ÇEKTİK . BAK SİZİN MİLLET BELE BİR MILLETDIR BUNU BEN HEC BİR MİLLET DE GÖRMEDİM HAYATIMDA BEN OVAXTLAR 15 YAŞINDAYDIM İNDİ 46 YAŞIMDAYIM VE ONDAN SONRA SİZİN MİLLETİ BİZ QAPİYA BURAXMIRUX HEC MALDA SATMIRIQ ONDAN SONRA.
@Kavkaz-mj6cn
@Kavkaz-mj6cn Год назад
Hörmətli Ivanovka qardaşlarimiz susmaq lazim deyil, hər yerə müraçiət edin. Prezidentə yazin
@АлександрМинников-ф1в
Üç il ərzində bütün instansiyalara müraciət etmişik heç kim tədbir görmür.
@Kavkaz-mj6cn
@Kavkaz-mj6cn Год назад
@@АлександрМинников-ф1в Allah sizə kömək olsun
@Kavkaz-mj6cn
@Kavkaz-mj6cn Год назад
@@АлександрМинников-ф1в Qudurmuş harinlamiş yekəbaş məmurlar xalqimiza zülüm edir
@АлександрМинников-ф1в
@@Kavkaz-mj6cn O boyda kənd talan ediblər, ona görə qorxurlar Prezidentimizə informasiya çatacaq.C наружи конфетка а в нутри ........?
@esmiraaliyeva141
@esmiraaliyeva141 Год назад
Elə bu qanunsuzduqların başinda prezident durur !Torpaq ancaq onundu !
@arazabulov5160
@arazabulov5160 Год назад
Kalxozdan əsər əlamət qalmayıb satıblar kəndi
@arzuefendiyeva9774
@arzuefendiyeva9774 Год назад
Ay Allah, millətimin canını bu çaqqal məmurlardan xilas ed🤲🤲🤲🤲
@Halida2023
@Halida2023 Год назад
Oğru,quldur,ruhu ac ölkə başçısı və komandasından.Özü deyirdi ki,atamın kursunu davam etdirəcəyəm.Atadı qoymuşdu da oğruları vəzifələrə.Rpvşən C.vu atası öldürdü də.
@ilhamazimzade2675
@ilhamazimzade2675 Год назад
Xanım məmirluq deyil. Sistem dəyişməlidir, Prizident 5 ildən bir dəyişməlidir, bax onda Azərbaycan düzələcək...
@nurlantahmaz
@nurlantahmaz Год назад
Çox yaşa Borya əmi, paytaxt sakinlərinin bir çoxundan təmiz danışırsan bizim dildə 😍
@timofeyyadigin9006
@timofeyyadigin9006 Год назад
cox sag ol minnətaram
@КамильАлиханов-э3г
Düzdü, sağol
@adilamirov1991
@adilamirov1991 Год назад
Azərbaycanda kimdən şikayət edilirsə , həmin şikayətin araşdırılmasınıda ona tapşırırlar. Analoqsuz inkişafın əlamətidir.
@amar6255
@amar6255 Год назад
Haqq yoxdu, Vallah inaniz bizim halımıza baxın, Uca Rəbbimiz bunlari islah etsin və hidayət versin bizim Məmürlara!!
@aidecavadova7571
@aidecavadova7571 Год назад
Yazın. Prezidente niye. Yazmırsız. Mən yazdım. Komek olundu
@etibaraslanov6972
@etibaraslanov6972 Год назад
😂. İcra başçısının köməkçisi isə Azərbaycan dilində danışmağı bacara bilmədiyini əsas gətirərək suallara cavab vermir😂😂😂
@mobilsakitov
@mobilsakitov Год назад
Barisi sevdim Azərbaycan dilində səlis danışır 👍🇦🇿
@saraxatun7591
@saraxatun7591 Год назад
Kul basiniza,Allah basiniza das salsin kend adamina torpaq verin de.Qoy orada yasasinlar da Ey,icra,komek ele bu insanlara,ay balam,niye haminiz qudurmusuz.Ay canavarlar,yirtici eclaflar.
@ИльхамШахбазов-ш1р
Бир бу канд галмышды , бунрарында башларын йедилар . Ай назирлар , ай олка башчысы бунлара комак един .Ар олсун сизлара .
@elnurteymurov9388
@elnurteymurov9388 Год назад
Deyirki mən Azərbaycan dilində danışa bilmirəm ona görə danışmıram bu nə hormətsilikdi ayıb olsun o insana tədbir görülməlidir ona gorə
@АлександрМинников-ф1в
Torpaq veriblər arendaya,müqavilə göstərmillər.Hər şey iclazsız eleyirlər.Hər şeyi təstiqi var.
@kazvansamad
@kazvansamad Год назад
Kolxoz sədrləri həmişə kolxozu talayıblar, ona görə də kolxozu ləğv edib bu özbaşınalığa son qoymaq
@ruhiyyeismayilova9261
@ruhiyyeismayilova9261 Год назад
Allah burnundan gətirsin
@ВолкГурд-т4ъ
@ВолкГурд-т4ъ Год назад
Təssüflər olsun ki, baş oğru ilham Əliyevdir və siz Oğrudan kömək istəyirsiniz
@АлександрМинников-ф1в
От Ивановки до Баку 180 км,письма до Президента не доходят.Məmurlar deyirlər Prezidentimiz hər şey bilir nə baş verir ivanovkada,xeyr düzgün informasiya çatsa,tez qec çatacaq.Prezidentimiz pozulacaq onları - hərəsinə dəmir yumruq çatacaq.
@rovsenmursalov6316
@rovsenmursalov6316 Год назад
Bir bura qalmışdı,buranı da xaraba qoydular!
@gulbenizabdullayeva2823
@gulbenizabdullayeva2823 Год назад
azərbaycan məmurları həmişəki kimi öz ampluasında
@ramilmemmedzade3569
@ramilmemmedzade3569 Год назад
Naxçıvanda Vasif xanlıq edirdi,buranın xanı kimdir?
@arazabulov5160
@arazabulov5160 Год назад
Heç bir təsərrüfat sahəsi qalmayım kalxozda, əmlakın hamısını satıb yeyiblər bir quru torpaqdı ondanda kənd sakinlərinə heç bir xeyri yoxdu, veriblər arendaya
@mezahirrzayev3932
@mezahirrzayev3932 Год назад
Шикайетинизе бахылмайачаг
@АлександрМинников-ф1в
DTX rəisi ƏLi Nağiyev canablarına informasiya çatacaq!!!!!!! iVanovkaya DTX gəlməlidi,gələcək.!!!!!!
@TURAN879
@TURAN879 Год назад
VAY BU BİZİM DILI NECE GÖZƏL DANIŞIR
@qamattagiyeva2753
@qamattagiyeva2753 Год назад
Kəndlilər haaamısı düz deyir
@ВасилийБеляков-и7в
Чем громче кричать, тем дальше слышно! Не отступайте, терпения всем!
@nerimanselimov8993
@nerimanselimov8993 Год назад
ДУЗ ДЕЙИРЛЕР
@dogruolan6019
@dogruolan6019 Год назад
HEYİF İVANOVKA KİMİ KƏNDƏ!!!!!! NEÇƏ İCRANI İŞDƏN QOVDULAR BUNLARA YENƏ DƏRS OLMUR DƏ
@АлександрМинников-ф1в
Тем кто хочет отдайте землю положенную по закону,а остальное отдавайте инвестору куда хотите и хвалите колхоз.Чиновники Вам колхоз нужен или молокане ?Спектакли устраивать не надоело?
@elbruseliyev2182
@elbruseliyev2182 Год назад
Sizi Qovmaq Isteyirler-Azerbaycanlilari Milleti Azerbaycandan Bilerekden Didergin Salirlar...Prizdent Milletde Baxmir-Baxmayacaq..m
@zohrabnecefzade5019
@zohrabnecefzade5019 Год назад
Eceb olur. Gul kimi kalxoz, saxvoz, ekin, bicin, camahat yaşayirdi sovet vaxti hamisini mehv elediler. Camahat qalib, işsiz gucsuz. Sovet hakimiyyetinide beyenmediler. Heyif sovet hakimiyyetinden.
@АлександрМилосердов-щ6ф
Колхоз выгоден начальству по всем уровням, хотя реформа задумывалась для людей, но задумка хорошая,а исполнение паршивое, колхоз не для рыночной экономики
@АлександрМинников-ф1в
Оставшиеся люди хотят создать кооператив,что невыгодно нынешнему руководству так как контроль общий будет.Более 2800 людей земельные паи используются незеконно.Незаконно отдали земельные паи в аренду под прикрытием инвестора.И реформа была и комиссия была создана которая расчитывала земельные имущественные паи.Имущественные паи распродали а земельные паи без ведома людей отдали инвестору.Всему есть потверждения.
@kamranraqimov1514
@kamranraqimov1514 Год назад
Иншаллах дай бог здоровья вам агсагаллар
@mahirmamedxasanov47
@mahirmamedxasanov47 Год назад
рушфат рушфат рушфат хорлар араларнда Азербайджан болуфлар рушфат рушфат хорлар кеф едир рушфат шахды каролду байди
@akifebdulrehmanov9031
@akifebdulrehmanov9031 Год назад
Sədir mavini azəbaycan dilini bilmir😆😆😆 azərbaycanda vəzifədə iştiyir
@racivketanov8558
@racivketanov8558 Год назад
Duz deyir kişi Peşmandır bu ölkənin vətəndaşı olduğu üçün Düz sözə nə deyesen
@greenfern1656
@greenfern1656 Год назад
INSANLAR SATILIR VEZIFE SATILIR HAVA SATILIR. HARA GEDIR. AXIRIMIZ ???!!
@arifismayilov1552
@arifismayilov1552 Год назад
Mamurlar daha İvanovkani sokurlər.Həyif o İvanovkadin.Bagirov tutulmalidir təcili.
@ИльхамМагомедов-ж9у
Коррупция анархия беспредел
@сашасафронов-с1ж
Нийе колхозу дагыдырдыныз
@МатлабАббасов-м4у
ПУТИНЕ ЕРИЗЕ ВЕ ШИКАЙЕТ ЙАЗЫН ! ОГРУ ВЕ ГУДУРМУШ МЕМУРЛАРЫН БАШЫНДА ИЛХАМ АЛИЕВ ВЕ ОНУН ШЕРЕФСИЗ АИЛЕСИ ДУРУР !!!
@azadinsan00
@azadinsan00 Год назад
Azerbaycan bu gundedi Tek deyilsiz
@hikmetcabbarov7727
@hikmetcabbarov7727 Год назад
O danışan düdük kim idi bilmirəm,amma o İvanovka kənd sakinləri haqqlıdırlar,mən onlara çox inanıram,nəinki o yalan danışan fırıldaqçıdan,ölsün yerə girsin şərəfsiz.
@orxansadql349
@orxansadql349 Год назад
Pay torpaqları saxlamaq üçün deyil. Ordaki kəndliyə verilməlidir ki, o torpaqlarda insanlar həm əkib həm becərsin.Niyə icra hakimi o torpaqları bunlara vermir? Bu nə özbaşnalıq. Bir açıqlama versinlər görək. Bu məsələ tam araşdırılsa yaxşı olar. Sadəcə səbrli olmağa çalışın. Məsələ öz həllini taparr..
@АлександрМинников-ф1в
Məmurlara əsas yuxarıya hesabat: güyə hər şeyi öz qaydasındadı.Faktiki olaraq kolxozdan ivanovkadan adı qalıb.Kəndə 800 malakan qalıb,bu PREZIDENTIMIZ bilmir.Qorxurlar açiq əşkar deymək faktiki heç bir şey qalmıyib.
@avtocolor3873
@avtocolor3873 Год назад
Növbə İsmayıllı icra başçısındadır tutulacağ milyardala pol çıxacağ ortaya
@novruzkaxarmanov7794
@novruzkaxarmanov7794 Год назад
Deilener dogrudur torpaq
@alsuaydn9404
@alsuaydn9404 Год назад
İnsanlar necə naşükürdür. Pay torpağı ala bilmədiyinə görə deyir ki, peşmanam ki, azərbaycanlılyam. Həqiqətən də ayıbdır. Bu yaşında pay torpağını neynirsən?? Pay torpağını alsa da gəlib deyəcək ki, indi kömək edin ev tikim, və yaxud da əkin şərait yaradın. Bir sözlə belələrinin tələbi bitməz. Naşükür elə naşükürdür.
@timofeyyadigin9006
@timofeyyadigin9006 Год назад
sən gel yawa ivanovkada sora daniw yaz
@456svv
@456svv Год назад
Nasukur qudurmuslardi.Ele ancaq yigirlar gozleri doymur.Bu insanlar oz haqlarim tekeb edir.Siz niye bele narahat olursuz bu ivanovka ucun
@promediaaz
@promediaaz Год назад
Sizin ağlınız hara kimi işləyir? Pay torpağında ev tikilir ? Naşükürlük? Gəlin bir gün yaşayın burda deyərik sizə kimdi naşükürlük edən.
@АлександрМинников-ф1в
Расхитители,разорители Ивановки будут наказаны и Властью и БОГОМ !!!!!
@sevdahuseynova5507
@sevdahuseynova5507 Год назад
dəyişikliklər biraz da insanların əlindədir. neçə ildir bu vəziyyətdirsə niyə narazılıqlarını bildirmirlər? neçə il keçib sovet dövründən indi pay torpağı verilməməsinə etiraz edirlər. qanunsuzluq varsa araşdırma aparılar problemləri həll edilər mütləq. heç kim özbaşınalıq edə bilməz
@elmaneyvazov8835
@elmaneyvazov8835 Год назад
Məmurların boyun yerə soxum biabır edirsiz Azərbaycanı!
@qarabag2601
@qarabag2601 Год назад
Azarbayçan dilini bilmir 🥰🤣😁😇bəs o hansı ölkədə oturur?
@arazabulov5160
@arazabulov5160 Год назад
Lap yaxsi bilir Azərbaycan dilində sadəcə nece desin kalxozu xaraba qoymuşuq ona görə də bəhanə uydurub qaçır
@ceyhunloyev2813
@ceyhunloyev2813 Год назад
Mən bu torpağda ölməy istəmirəm.peşmanam burda doğulduğuma.nəsə.soxdum belə sürünməyə.
@emineliyev9225
@emineliyev9225 Год назад
İnsanlar duz deyir lakin bu insanları esiden yoxdu.Rayon icra bascisini niye gelib yoxlayan yoxdu???
@emilaxundov8717
@emilaxundov8717 Год назад
İvanovkanın əsas sakinləri malakanlar olubdur. Azərbaycanda torpaq islahatları gedəndə özləri yığılıb qərar veriblər ki, kolxoz sistemini saxlayaq. Bu danışanlar da yəqin sonradan köçənlərdir, yoxsa öz istəklərinə qarşı çıxıb pay torpaqlarını istəməzdilər.
@АлександрМинников-ф1в
Malakanlar qalmıyib.Yaxşi yaşayişdan kəndə qalmılar?Kolxozdan ivanovkadan adı qalıb.
@456svv
@456svv Год назад
Sehv edirsiz.Bu danisanlar ele bu ketde dogulub boya basa catiblar.kolxozu quranlarda ele bu kisilerin ata babalaridi
@yus8283
@yus8283 Год назад
Yazığ cammat işdəməydən belləri qırılır axırdada bu🆘
@etibaraslanov6972
@etibaraslanov6972 Год назад
İcra başçısının köməkçisi isə Azərbaycan dilində danışmağı bacara bilmədiyini əsas gətirərək suallara cavab vermir😂😂😂
@ozumzumra6895
@ozumzumra6895 Год назад
Doğru Ağsaqqal. Balarının qarşısından çıxacaq...
@АлександрМинников-ф1в
Kənd sakinlərinin torpaq veriblər arendaya 5147 hektar.Üzüm bağlar çixardırlar.Başçimızın müavini deyir xaos yaranar,xaos olub.Kəndən adı qalıb.
@matanatrzayeva1892
@matanatrzayeva1892 Год назад
Siz də atın torpaqlarinizi gəlin Bakıya âl ver etməyə.Bu vicdansız məmurlar onu istəyir.
@sahinibadov692
@sahinibadov692 Год назад
Çox heyf ki, kolxoz adı ilə bu camaatın haqqı yeyilir,bu rus millətini də quldurlar onların haqqını yeyirlər.
@yunusibrahimov7939
@yunusibrahimov7939 Год назад
vətəndaşların problemləri ictimailəşdirildi, aidiyyatı qurumlar maraqlanarlar və problemləri həllini tapar
@asyaguliyeva937
@asyaguliyeva937 Год назад
Heyifler olsun bu cur olkeye. Her bir serveti var ne olsun ki amma. Insanlar ucun hec bir faydasi yox. Heyiff
@azerseyidov2648
@azerseyidov2648 Год назад
Аллаh.шаhдлармиза.раhмад.еласин.амин.азарбайчан.халгы.гойун.ешак.алида.галблар.
@nmzaaqayev1423
@nmzaaqayev1423 Год назад
Йеники Джнаб Прездент бир даха йегинки бахар. Сонра да дейирлерки нийе наразылыг едирсиниз. Кендчи оз торпагыны беджермек истейир. Бундан йахшы не ола билерки? Бакы артыг инсанлары тутмур. Бес тесерруфатла ким мешгнул олажаг?
@elvinaliyev180
@elvinaliyev180 Год назад
Ilham eliyev xalgi cox incidir
@CamalHueynzade060
@CamalHueynzade060 Год назад
Siz ölsəz yaxsidi ən yaxsi rus ən yaxsi ermeni ölmüs ermenidi
@SalamSalam-wm8sv
@SalamSalam-wm8sv Год назад
Bu neca olur? Rusiyada rus dili bilmeyenleri ise goturmurler,Azerbaycanda ise ,ne dili bilirsen bil, Azerbaycan dilin bilmesende olar.
@guseingusein5581
@guseingusein5581 Год назад
АЛЛАХ халга зулм еденлерин кокуну кессин,сойуну гурутсун ИН ША АЛЛАХ! АМИН!
@rauf3806
@rauf3806 Год назад
Vallah bütün ölkə batır😭😭😭😭😭
@АлександрМинников-ф1в
Правда дойдёт до нашего Президента Ильхама Алиева !!!!! Dəmir yumruq çatacaq Hərəsinə!!!!! DTX !!!!! Baş Prokurorluq!!!!! Ivanovkanı yoxlasınlar.
@stvy005
@stvy005 Год назад
haqqı sevənləri ALLAHDA şevir 100% fayiz torpaq məsələsi satqinlarda vasoknan içəridə yaşayacaqlar 👍👍👍👏👏
@nameddinmuradov7244
@nameddinmuradov7244 Год назад
😂😂😂
@Нану-е9р
@Нану-е9р Год назад
Вай вай вай...уже слов нет этому разбою
@АлександрМинников-ф1в
Люди хотят создать кооператив,людей поддержать надо,а не хвалить "колхоз",который только на бумаге существует.У деревенских жителей должна быть земля и вся проблема решится.
@qarabagazrbaycandr8635
@qarabagazrbaycandr8635 Год назад
Nikitinin goru çatlayacak gül kimi abad kənd qoyub getmişdi Allah rəhmət eləsin ona
@eldarsuleymanov4226
@eldarsuleymanov4226 Год назад
👍👍👍👍👍👍👍👍👍
@hacihaciyev1469
@hacihaciyev1469 Год назад
Halal olsun , cox savadli danisirlar.
@Patriot-bn2wx
@Patriot-bn2wx Год назад
ИНДИДЕ..ИВАНОВКАНЫ.ГУРДАЛАЙЫРЛАР..ГУЙАКИ.ХАМЫМЫЗ.ТОРПАХ.ПАЙЫНЫ.АЛЫБ.БИР.ИВАНОВКАДАН.БАШГА....
@Azeri831
@Azeri831 Год назад
Butun olke Baki daxil olmaqla talanir xalqi qul noker gorurler
@mensuraliyev1861
@mensuraliyev1861 Год назад
Mamur ozbasnaligi adi haldi
@cavadtagiyev7753
@cavadtagiyev7753 Год назад
Башда бизимкидиса иш тамамды
@sadiqbaxsiyev7139
@sadiqbaxsiyev7139 Год назад
Bu rejim bu millətin axirina çıxacaq
@mikimikii6606
@mikimikii6606 Год назад
Bütün Azərbaycan o gündədir, haqsızlıq baş alıb gedir. Siz də nə kolxoz kolxoz salmisiniz, Leninin başına dəysin kolxoz. Bu ölkəni məhv edən elə kolxoz oldu.
@kitabkitabov6100
@kitabkitabov6100 Год назад
Duz deyirler
@aidecavadova7571
@aidecavadova7571 Год назад
Yazın. İlham Əliyevə. Mən yazdım. Komek olundu
@АлександрМинников-ф1в
Üç il ərzində bütün instansiyalara,orqanlara müraciət,şikayət etmişik tədbir görmürlər.Fikir verin,kiməsə sərf eleyir.
@НатальяЛядова-х9э
haлал олсун сиза дузгун созлара гюра!!!
@gentle_art
@gentle_art Год назад
Qanun ishlemeyen yerde yaxshi hechne gozleme
@eldenizaxmedov7380
@eldenizaxmedov7380 Год назад
Dəhşətdir
@sadmyurid7629
@sadmyurid7629 Год назад
Azərbaycan xaraba və yiyəsiz ölkədir. Nirmal adamlar burda sürünür...
@xudaieli7723
@xudaieli7723 Год назад
Bu millətin axırı nə olacag
@РРА-з4з
@РРА-з4з 7 месяцев назад
В Азербайджане чиновники как волки живут в своей стране и как звери растерзает. Живут одним днем о завтрашний не думают. В Азербайджане такой бардак всегда была даже в советское время. Это у них в крови.
@Алиевгасан-х7ф
@Алиевгасан-х7ф Год назад
Почему ни обращаетесь к президенту,на телевидение,на какой то сайт ни знаю просто тут выступать нет смысла.Алиев должен знать и про Нахид Багирова
@timofeyyadigin9006
@timofeyyadigin9006 Год назад
бог даст услышит
@АлександрМинников-ф1в
Обращаемся.Просто от Президента скрывают что на самом деле происходит в Ивановке,боятся.Рано или поздно наш Президент Ильхам Алиев узнает.В пыль сотрёт тех кто унижтожал Ивановку,от Ивановки до Баку.Неоспоримый факт половина деревни дома пустуют.Это не скрыть.
@bayramguluyev8824
@bayramguluyev8824 Год назад
Milləti ezibler her yerde, ölkəde sanki milləti hakimiyyətə qarşı qaldıran memurlar ne etmək istəyir, prezident təyin edib axı sizi ay ecilaflar milləti niye ezirsiz
@tranqurbanova8553
@tranqurbanova8553 Год назад
Kəndə yaşayanlara şərait yaradılsın ki şəhərə axın olmasında pul qazansınlar
@mirael4111
@mirael4111 Год назад
Bu insanlara kömek elemek dövletin borcudu . Amma ora teyin olunmuş ograslar milleti dövletden narazi salmaq ücun elinden geleni edir
@mosuqurbanov1183
@mosuqurbanov1183 Год назад
Олке башчысы билмир гуйе ай языг миллетим?
@musuu9469
@musuu9469 Год назад
Bu sözləri dedizdirənlər deməklə düzəlməzlər
@Goxeber
@Goxeber Год назад
ikinci danışan nətər Vasif Talıbova oxşayır😂
@greenfern1656
@greenfern1656 Год назад
ТАМ ДОГРУ
@АзизАбдуллаев-п9ф
Бу мемурлврын козлери доймур бунларнан хансы дилде данышасан
@asifmehdiyev1777
@asifmehdiyev1777 Год назад
Bütün bəlalarımızın bir səbəbi var.
@АлександрМинников-ф1в
Prezidentimizə real informasiya çatmır nə baş verir ivanovkada.ivanovkadan adı qalıb.800 malakan qalıb.Bizim PREZiDENTiMiZ iLHAM ƏLiYEV bizim QARANTIMIZ!!!!!informasiya çatacaq!!!!!!!!
@xeyalekerim
@xeyalekerim Год назад
İLHAM ƏLİYE KOLXOZ BASİ MARSDA YAŞAYİR Kİ? necə yəni xəbəri yoxdur.Xəbəri yoxdur cəhhənəm olub getsin, xəbəri olanlar gəlsin.
@leylaleyli5334
@leylaleyli5334 Год назад
Yaxşi eliyirlər qoyun millətə hələ buda azdi
@promediaaz
@promediaaz Год назад
Qoyun ? Siz kimsiniz milləti qoyun adlandırırsınız ?
@alesgheroff9792
@alesgheroff9792 Год назад
Yəqin sizin evdekiler qoyundu.Amma bizim millət qoyun deyil.sozunuzə diqqət edin
@Nuranememedova8001
@Nuranememedova8001 Год назад
Duz.deyir
Далее
БЕЛКА ЗВОНИТ ДРУГУ#cat
00:20
Просмотров 626 тыс.
FATAL CHASE 😳 😳
00:19
Просмотров 1,5 млн
İvanovkada nə baş verir?
3:20
Просмотров 10 тыс.
Bozbash Pictures "Ivanovka" HD (2013)
28:03
Просмотров 1,1 млн
Oba kochub, yurdu qalib… | Kanal S Xeber
6:12
Просмотров 272 тыс.
Müsəlman Malakanlar
16:00
Просмотров 155 тыс.