Тёмный

Jonni Depp.Gənclik fotoları 

Leylaya aid tam orijinal
Подписаться 1,4 тыс.
Просмотров 20
50% 1

Anasının 12 yaşında aldığı gitara ilə "garage rock" tərzində musiqilər ifa etməyə başladı. 15 yaşında bir rock musiqiçisi olmaq arzusu ilə məktəbi tərk etdi. Eyni il anası ilə atası boşanır və bu vəziyyət ona pis təsir edir. "The Kids" adlı musiqi qrupu ilə çalmağa başladı. Qrupun bas gitaraçısı və vokalistinin bacısı Lori Anne Allison ilə 24 dekabr 1983-cü ildə evləndi. Los Ancelesdə həyat yoldaşının köməyi ilə Nikolas Keyclə tanış oldu və ilk filmi Qarağac küçəsində qarabasma filmində 1984-cü ildə rol almaq imkanı qazandı. 1986-cı ildə "Tağım" filmində kiçik bir rol aldı. Conni Depp həmin ildə 7 mart 1986-cı ildə Lori Anne Allisondan boşanır. İlk evliliyindən sonra aktrisa Vaynona Rayder və model Keyt Moss kimi məşhurlarla görüşür. Sevgilisi Vaynona Rayder adını qoluna "Winona Forever" olaraq döydürən aktyor, döyməni ayrıldıqdan sonra "Sonsuza qədər şərab" ("Wino Forever") kimi dəyişdirdi. "The Kids" qrupu dağılmış olmasına rəğmən, hələ də birlikdə ifa edirlər. Conni Deppin sözlərinə görə əsas onların peşəkar deyil, hobbi olaraq çalmaqlarıdır.
14 iyun 1998-ci ildə Vanessa Paradislə ailə həyatı qurmuşdur. Cütlük 2012-ci ildə ayrıldıqlarını elan etdilər.Depp, Robin Uilyamsın 1998-ci ildə "Patch Adams" filmində canlandırdığı "Xəstəxana-Klounu" obrazına əsasən, "Xalq düşməni" filminin premyerası üçün getdiyi Londondakı bir xəstəxanada, "Karip Dənizinin Quldurları" filmindəki yaratdığı Kapitan Cek Sərçə kostyumunu geyinərək, Londondakı Great Ormond Street Xəstəxanasının işçilərini və xəstə uşaqları ziyarət etdi və onlara yaxından qayğı göstərdi.Vanessa Paradislə 2 uşağı var; Lily-Rose Melody Depp və Jack(John Christopher Depp-3) Depp'in qızı uşaqlıqda böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi, 2007-ci ildə isə uğurlu müalicəsinə görə atası "Great Ormond Street" xəstəxasına 1 milyon avro bağışlamışdır.

Опубликовано:

 

29 дек 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Andrey Qubin.Liza.
1:01
Просмотров 254
MOZALAN MİYANKÜ 1990
3:14
Просмотров 10 тыс.
yeddi ogul bir parca
1:09
Просмотров 90 тыс.
Diliskonun 1 istirahət günü
0:54
Просмотров 169
Arif Quliyev "O dünyadan salam" filmində
1:06
Просмотров 8 тыс.
Paxlavam.Əl əməyim ,göz nurum
0:22
Просмотров 57