Gündüzlər gözündə sevinc bəxş edir Gecələr qəlbində ağlayan qadın. Bilirəm var getmək səbəbi gedir Dağ vurub sinəmi dağlayan qadın İndi otağlarımda xoş səsi yoxdur, Doğma çox yaxın bir kimsəsi yoxdur, İndi heç yaşamaq həvəsi yoxdur, Bir zaman çaylar tək çağlayan qadın. Qəlbimin o küncü bu küncü sənsən, Mən sədəf aşiqi tək inci sənsən, Birinci Anamdır ikinci sənsən, Ürək yarələrimi bağlayan qadın.