Тёмный

Kənan Səmədov - Ayrılıq  

Kənan Səmədov
Подписаться 681
Просмотров 26 тыс.
50% 1

Müəlif: Ramiz Rövşən
Səs: Kənan Səmədov
Fon musiqisi: Medcezir - Tozludere (Yaman)
Rejissor: @vidadihuseynov
Yenə bu şəhərdə üz-üzə gəldik
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
"Ölmədim" deyirəm, nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim, nə sən indiki, -
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.
...Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz, ömründə min yol
Özünü öldürən adamlar keçir.
Keçir öz qanına qatan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada, amma
Dünyada heç kəsin günahı yoxdu.
Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.
Halal yolumuzu dəyişib, nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik.
Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində ögey analar
Ögey balaları gəzdirir indi.
Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız, anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.
Bu yalan ömrümdə
görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan, bacımsan, nənəmsən, nəsən?!..
Bircə Allah bilir, nəyimsən mənim.
Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza, nə yol, nə körpü.
Ölüsən, dirisən, hər nəsən, dayan!
Dayan, heç olmasa əlindən öpüm...
Deyirsən: "Ölüyəm, ölünü öpmə.."
Əlimin içində, soyuyur əlin.
Deyirsən: "Sən allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir...

Опубликовано:

 

1 апр 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 19   
@richboy_yt
@richboy_yt 5 месяцев назад
Möhtəşəm 🎉🎉
@QalibeHuseynova
@QalibeHuseynova 8 дней назад
Möhtəşəmsiz müəllimm
@samirxancanova4912
@samirxancanova4912 11 месяцев назад
Elə bilirik ölərik.Amma ölmürük vərdiş edirik yaşamağa😔
@nurelekberova
@nurelekberova Год назад
Gözlerim doldu🥺.Çox gözel seslendirirsiz😊
@elcinaliyev7177
@elcinaliyev7177 11 месяцев назад
Səsin insanın ruhunu oxşayır. 👍😊😍
@aytajmvm
@aytajmvm Год назад
möhtəşəm 🥺🥺🥺❤️❤️
@UmudUmudlu-sj7ri
@UmudUmudlu-sj7ri Год назад
Möhtəşəm
@alialiyev276
@alialiyev276 Год назад
Əla!!!👏
@user-st1rh3qz8q
@user-st1rh3qz8q 6 месяцев назад
Salam
@zehraisayeva.1908
@zehraisayeva.1908 Год назад
- SELAM Hörmetli insan Uğurlar Size .
@OguzSemedov-xv8os
@OguzSemedov-xv8os Год назад
Uğurlar
@melekimanova-fx4lk
@melekimanova-fx4lk Год назад
Superr🎉
@teymurkazimov1343
@teymurkazimov1343 11 месяцев назад
cox gözel
@silentword5393
@silentword5393 7 месяцев назад
😢
@gunayquliyeva1516
@gunayquliyeva1516 Год назад
👍👏
@UlviSemedov-rf8gp
@UlviSemedov-rf8gp Год назад
@melekimanova-fx4lk
@melekimanova-fx4lk Год назад
👏👏👏👏
@user-yk5cu2mh2c
@user-yk5cu2mh2c 11 месяцев назад
👍👍👍👍👍👍👍
@lmankazmova3986
@lmankazmova3986 10 месяцев назад
❤❤❤
Далее
Gonna tell my kids this was Spider-Man
00:27
Просмотров 13 млн
Yenə şeir yazmışam, heç kəsə demə...
3:05
Просмотров 232 тыс.
Mohsen Chavoshi - Zarre Bin [ Official Video ]
3:11
Просмотров 660 тыс.
Mirelem Mirelemov - Sevən Biri Var
4:13
Просмотров 15 млн
Ramiz Rövşən - Bir yox, minəm mən (şeir)
1:38
Просмотров 187 тыс.
Xəlil Adıgözəl- Xalqın şairi
2:17
Просмотров 101 тыс.