Тёмный

"Kərim Əlimərdanov dubinkayla başıma 49 dəfə vurdu" 

Meydan TV
Подписаться 618 тыс.
Просмотров 7 тыс.
50% 1

ABŞ Dövlət Departamenti beynəlxalq korrupsiya ilə mübarizə və insan haqları günləri ərəfəsində sanksiyaya məruz qalan fərdlərin siyahısını dərc edib.
Siyahıya Azərbaycandan ilk dəfə olaraq “Bandotdel” kimi tanınan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Kərim Heydər oğlu Əlimərdanov da daxil edilib.
Sanksiya siyahısına onun 2015 və 2016-cı illərdə insan hüquqlarını pozması və məhbuslara işgəncə verilməsində iştirakına görə daxil edildiyi bildirilir.
Kərim Əlimərdanovun adı Nardaran işində və gənc fəal Elgiz Qəhrəmanın məhkəmə prosesində hallanıb.
"Eşitmə qabiliyyətimi itirdim. Görmə qabiliyyətimə də təsirləri var. Sonra, əsəbilik artıb" ,- Nardaran hadisələri zamanı saxlanıldıqdan sonra yolda işgəncə gördüyünü deyən İbrahim Xudaverdiyev deyir.
2015-ci ildə Nardaran əməliyyatı zamanı saxlanılaraq "Bandotdel"ə aparılan, həm yolda, həm də idarədə ağır işgəncələrə məruz qalanlar arasında İbrahim Xudaverdiyev və Etibar İsmayılov da var. Onlar şəxsən Kərim Əlimərdanov tərəfindən qeyri-insanı rəftara məruz qaldıqlarını və bunun onların həyatında dərin izlər qoyduğunu deyir.
"Yolda gedəndə mən işgəncə almışam. Rafaellə ikimizin arasında dayanmışdı. Rafael oturduğu yerdə, mən arxası üstə idim maşının içində. Məni zərbələr tam tutmurdu. Silahın qundağı ilə vururdu. Deməli, mən 5 il sifətimin yarısını - sağ tərəfi hiss etməmişəm. 5 il hiss eləmədim. Sonra "Bandotdel”də də işgəncə olub. Amma o yolda olan işgəncənin yanında o işgəncə deyil. Belə də, hərdən 3-4 dəfə "dubinka" ilə vurublar. Bax bu cür olub".
Hüquqşünas Ruslan Əliyev deyir ki, 2015-ci ildə etdiyi qanunsuzluqlara görə ABŞ tərəfindən Kərim Əlimərdanov və ailəsinə viza, gediş-gəliş məhdudiyyəti qoyulub. Bu onun öz ölkəsində cəzasız qalmağına görədir.
"Adətən çox ciddi reportlara və çox ciddi sənədlərə və iddialara əsaslanmış olur. Məqsəd cəzasız saxlamamaq, cəzasız qalmamaq. Əsasən siyasi iradəyə bu cür hüquqi sanksiyalarla təsir etmək imkanı yaratmağı hədəfləyir",- hüquqşünas deyir.
2016-cı ilin avqustunda həbs olunan ictimai-siyasi fəal Elgiz Qəhrəman da şəxsən Kərim Əlimərdanov tərəfindən qeyri-insani rəftara məruz qalanlardandır. O, sanksiya haqqında qərarı eşitdikdən sonra unutduğu günlərə geri qayıdıb. Elgiz işgəncələrin onun səhhətində iz qoyduğunu və azadlığa çıxdıqdan sonra psixoloji yardım aldığını bildirir.
"Kərim Əlimərdanov əlində "dubinkayla" başımın eyni nöqtəsinə dəfələrlə zərbə endirirdi. Və ancaq eyni nöqtəyə vururdu. Hətta mən bu zərbələri saydım, 49-a kimi saya bildim, 49-dan sonra özümdən getmişdim" ,- Elgiz Qəhrəman deyir.
Həm Nardaran əməliyyatı zamanı həbs olunan zərərçəkmişlər, həm də Elgiz Qəhrəman Kərim Əlimərdanov haqqında çıxan qərara sevinsə də, bunu yetərli hesab etmirlər.

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 32   
@bhruzmuxdarov7394
@bhruzmuxdarov7394 Год назад
Kərim Əlmərdanova əmir verənlər kimdir , onlara Sanksiya niyə tətbiq olunmur . Cinayət məsuliyyətinə cəlb edilməlidirlər .
@moskva1790
@moskva1790 Год назад
Allahın lənəti olsun qumarbaz əyyaş İlham Əliyev hakimiyyətinə
@rabilbagiriv684
@rabilbagiriv684 Год назад
Allah belelerinin cəzasını özü verəcək.
@niyaziibrahimov1774
@niyaziibrahimov1774 Год назад
Allahdan gorxsaydılar belə şey edərdilər!?
@vuqarisrafilov2952
@vuqarisrafilov2952 Год назад
DÜZGÜN ARAŞDIRLMAYIB AZƏRBAYCANDA HƏPİS OLNASI COX ADAM VAR
@ЗакаМамедов-н8ь
Yaxwi ki varsiniz bizim huquqlarimizi mudafie edirsiz..yoxsa bizi minerler..kime deyesenn
@nigarquliyeva5535
@nigarquliyeva5535 Год назад
KƏRİMCİYƏZ HAZIR OL, BUMERANQ GƏLİR.NƏSLİNƏ
@NoName-dc3sz
@NoName-dc3sz Год назад
Kərim Əlimərdanov sənin başına 49 dəfə vurdu Uca Allah Kərimin başına elə vursunki o yerlə yeksan olsun Amin Amin Amin
@raminnesirov5520
@raminnesirov5520 Год назад
Salam .meni de danisdirin .Cox xais edirem .bundan da beteri qardasimla oglumun basina getirib o bandizim. 😥mene yazin cox xais edirem
@nigarquliyeva5535
@nigarquliyeva5535 Год назад
ƏLLƏRİ QURUSUN....
@haqqadogru1519
@haqqadogru1519 Год назад
Allah zalımlara lənət etsin
@bozqurd7780
@bozqurd7780 Год назад
İşgəncə verenlerin qeyrətine tüpürüm,vaxd gelecek bu xalq hesabini soracaq,buna çox eminem
@kls5554
@kls5554 Год назад
Öləsiz məmur deyilən alçaqlar
@isfndiyarmlikov5651
@isfndiyarmlikov5651 Год назад
Duzdu bu mesele arawdirlacaq ve eger heqiqeten bele bir wey olubsa qanun qariwisnda cavab verecek Kerim Elimerdanov. Amma wexsen menim oz duwunceme qalsi bu insan yalan daniwir. Cunki hec bir varliq baw nahiyesine 49 nedir 10 zerbe alsa ozunden geder. Inanmiram ki bu insan o qeder zerbeye dozsun
@yasarabbasov
@yasarabbasov Год назад
bu adi bir məsələ deyil inanıramkı bu məsələ adiyəti qurumlar tərəfindən ətraflı şəkildə araşdırılıcaqdır əgər dedikləri doğrudusa bu cəzasız qalabilməz heç kim heç kimə işgəncə edə bilməzlər Azərbaycan qanunlar ilə idarə olunur insan hüquqları qorunur
@Turk-ki5tr
@Turk-ki5tr Год назад
Xalga aidiyyati olmayanlar hemise zulm eder ona.
@sevdahuseynova5507
@sevdahuseynova5507 Год назад
dediklərinə dair hansı fakt sübut var görəsən əllərində? maraqlısı da odur ki ABŞ hansı araşdırmanı aparıb ki nəticədə sanksiya tətbiq etmək qərarına gəlib? başına dubinka ilə vurulsa o ağrıdan zərbələri saymaq heç adamın ağlına gəlməz. görünür məsələni böyütməyə çalışırlar.
@МириАбдулла
@МириАбдулла Год назад
Сани ай ганчыг гайырмаг да ....санин кими малунлар инсанлыга лакадир....
@МириАбдулла
@МириАбдулла Год назад
Бу чындыр копак огланлары халга зулм етмакдан хазз алыр.
@ayaz4556
@ayaz4556 Год назад
ALLAH ZALLIMLLARA NEHLLET ELƏSİNN
@hmdcavad9830
@hmdcavad9830 Год назад
OĞRAŞ HAKİM AİLƏ SÖYÜLMƏYİ HAQQ EDİR
@NoName-dc3sz
@NoName-dc3sz Год назад
Siz təsəvvür edin ki sabah bunlar gorbagor oldular bir adam rəhmət deməyəcək
@Одисей64
@Одисей64 Год назад
Bu alcagi nije tutmurrar?
@fredkasta1367
@fredkasta1367 Год назад
GÜYA İNDİ YOXDUR BU İŞGƏNCƏLƏR. BƏXTİYAR HACİYEVİN BAŞINA NƏLƏR GƏTİRDİLƏR.
@arastunibrahimov6426
@arastunibrahimov6426 Год назад
Киши олсунлар? гедиб гисасдарыны алсынлар чыхыб ефирде агламагданса?
Далее
pumpkins #shorts
00:39
Просмотров 19 млн
КАК БОМЖУ ЗАРАБОТАТЬ НА ТАЧКУ
1:36:32
“Əlillik satmaq üçün biznes qurublar”
2:41
Просмотров 1,9 тыс.