Тёмный

Kamran M. YuniS - Mən sənsiz neynəyərəm?.. 

Kamran M. YuniS
Подписаться 41 тыс.
Просмотров 641
50% 1

#kamranmyunis #kamranyunis #eminsabitoğlu #şeirlər
#poeziyateatrı #şiirler #sevgişeirləri #poeziya #cızmaqara
Kamran M. YuniS - Mən sənsiz neynəyərəm?..
Bəstəkar - Emin Sabitoğlu - "Bizi bağışlayın" filmindən musiqi
“Mən sənsiz neynəyərəm,
Necə yaşayaram?, Ana, Ata, Sevdiciyim?”
Bəlkə də bu həyatda
çox insanlara dediyimiz ən böyük yalandı bu.
Amma... yaşadıq., həm də necə?!.
Mən bunu Anamdan, Atamdan bilirəm.
Ağladıq, ağladıq, sonra yavaş-yavaş unutduq,
“Unutmarıq”, dediklərimizi.
Odur ki, mən bu sözü daha demək istəmirəm,
bu sözü deyə biləcəyim, tək sevdiciyimə...
Amma ürəyimdə hərdən deyirəm,
Allah bizi, özümüzə rəva görmədiyimiz,
sınaqlardan uzaq saxlasın...
Bir də unudub, unutmamaq da şərt deyil, inan.
Şərt sevdiklərin sağ ikən onlara yar olmaq,
Ömürlərinə çıraq,
Dodaqlarına təbəssüm,
Yollarına yoldaş,
Gecələrinə sirdaş,
Ürəklərinə sevgi olmaqdır - həyat.
Yaşayarkən yaşamalarına səbəb olmaqdır - həyat.
Bax... belə... bir az asan, bir az çətin...
Amma... amma bax, belə...

Опубликовано:

 

15 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 24   
@bhruzmmmdov4105
@bhruzmmmdov4105 2 месяца назад
Şeirin hər misrası ürəyimə toxundu. Bunu bizə çatdırdığınız üçün minnətdaram
@YaqutOsmanov
@YaqutOsmanov 2 месяца назад
Unutmaq olmur Kamran bəy.. Sadəcə yaranin üstü qaysaq bağliyir . Zaman zaman o qaysaq qaniyir... Yenə quruyur..və beləcə Biz onlarsiz yaşamağa özümüzü məcbur efitik... Allah dünyasini dəyişən əzızlərimizə rəhmət eləsin.Məkanlari cənnət olsun.
@elmarammmdova882
@elmarammmdova882 2 месяца назад
Hər vaxtınız xeyirli olsun,dəyərli sənətçi.Allah dünyasını dəyişən ata-analarımıza rəhmət eləsin.Məkanları cənnət olsun.Allah sizi qorusun.Var olun,Kamran bəy.
@yeganequliyeva664
@yeganequliyeva664 2 месяца назад
Gecəniz xeyir, Allah dünyasın dəyişən Ata, Analara rəhmət eləsin. Var olun sevimli Sənətkarımız!🤲🤲🤲
@RenaAgabeyova-bc7uz
@RenaAgabeyova-bc7uz 2 месяца назад
Axsaminiz xeyr .Allah bytyn dyniasini deisen valideylerine geni geni rehmet elesi .
@kamashemsa.8435
@kamashemsa.8435 2 месяца назад
HƏR VAXTINIZ XEYİR OLSUN, ƏZİZ SƏNƏTKARIMIZ!
@YaqutOsmanov
@YaqutOsmanov 2 месяца назад
Gecəniz hüzur icində olsun Dəyərli Sənətkar..
@xatirebaxsaliyeva9507
@xatirebaxsaliyeva9507 2 месяца назад
Təşəkkür edirəm dəyərli sənətçi .
@yeganemustafayeva8939
@yeganemustafayeva8939 2 месяца назад
Gözəl, özəl...
@ramilnerimanzade8251
@ramilnerimanzade8251 2 месяца назад
Yaşa sənətkar
@nazime759
@nazime759 2 месяца назад
Səsinizə qüvvət Var olasınız
@Əbülfəzqızı
@Əbülfəzqızı 2 месяца назад
Sözünüzə, səsnizə, ruhunuza sağlıq, dəyərli Ustadımız!
@НематНариманов
@НематНариманов 2 месяца назад
ALLAH SİZİ var eləsin
@shahlaibrahimli5600
@shahlaibrahimli5600 2 месяца назад
🙏🙏
@konulveliyeva4147
@konulveliyeva4147 2 месяца назад
Allah sizə can sağlığı versin böyük sənətkar..❤
@camalmemmedzade9694
@camalmemmedzade9694 2 месяца назад
Səsinizə qüvvət🙏🏻
@sevdababayeva6225
@sevdababayeva6225 2 месяца назад
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@essdova.1
@essdova.1 2 месяца назад
Mən də həmişə deyirdim,atama bir şey olsa yaşaya bilmərəm,amma 3 ildən artıqdır o yoxdur,mənsə yaşamağa davam edirəm...Amma həmişə qəlbimdədir,xatirəyə dönüb atam...Var olun,Kamran bəy!!!
@yeganequliyeva664
@yeganequliyeva664 2 месяца назад
Ruhu şad olsun! Allah səbrinizi versin🤲
@essdova.1
@essdova.1 2 месяца назад
Allah razı olsun
@RenaAgabeyova-bc7uz
@RenaAgabeyova-bc7uz 2 месяца назад
Yreklerine sevgi olmagdi ..Heyat
@behbudovamanzar
@behbudovamanzar 2 месяца назад
Axşamınız xeyirlərə vəsilə olsun!Bu isti yayın ortasında bir gündə 2 video yükləmək?Maşallah olsun!Deyirəm də ə.Butun kamil insanlar öz yaradıcılıq larinin ən məhsuldar dövrünü 50 yaşdan sonra başlayırlar!Siz də də gənclər kimi bitub_ tukənmeyən həyat eşgi var!Yaşayın, yaradın! Sevin,sevilin!Hər zaman işiniz avand olsun!Və... Valideynlərə kaş hamı bizim kimi qulluq edəydi!Məndən sonra mənim iş yoldaşlarım da...mənim yolumu davam etdirdilər!Hər şeyin ilki çox çətin olur!Adam əgər bilsəydi,buna özünü mənəvi cəhətdən hazırlayardi!Anidən qərar qəbul etmək çox çətin idi!Amma?Şərəfli idi!Heyf ki...çəkdiyimiz zəhmət boşuna getdi!Və...biz bu itkilərə heç özümüzu hazır etməmişdik!Ona görə də çox sarsıldiq! Ağladıq, sızladıq,ürəyimizi xəstə saldıq!Onlara biz baxdıq! Bəs bizə kim baxacaq?Heç bir barədə düşünmədik!Yəqin ki,Allah bizi heç kəsə möhtac eləməz!Və...Sevdiyim yoxdur!Olsa da atamdan,anamdan əziz ola bilməzdi!Ancaq?Belə mahnı eşitmişəm:"Atadan anadan yar şirin olur,şirin!"Yavər Kələntərli oxuyub!Bir də:"Atdı,muraddi, Qadasin aldığım arvaddir!"🤣məşəli də eşitmişəm!!! Bilmirəm,başıma gəlməyib!Sizə Allah etdiklərinizin min əvəzini versin! Valideynlərə baxmağın savabı çox böyükdür!Hər adama da qismət olmur,bunu qazanmaq!Nə xoş halımıza! Unutmadıq, unutmarıq!Hər gün yadımızdadır sözləri, şəkilleri divardan baxır,necə unuda bilərik! Yuxularımızdadırlar !Bu şəhər anam yuxumda idi!Və...bütün günüm gözəl,bərəkətli oldu!Onlar bizim qoruyucu meleklerimizdirlər!Allah bütün dünyasını dəyişən valideynlərimizə rəhmət eləsin!Amin! 🤲🤲Təşəkkürlər 🙏🌹!Unudulmağa da qoymursunuz!
@naziranurmammadova1027
@naziranurmammadova1027 2 месяца назад
Allah hər pislikdən özü qorusun sizi
@behbudovamanzar
@behbudovamanzar 2 месяца назад
"Yenə sənsiz bu axşam Yuxu qaçmış gözümdən! Səni deyib, durmuşam,yox xəbərim özümdən! Hardasan,sevgilim hardasan gel!Gözləyirəm yolunu , sal boynuma qolunu!Səmadan qopub düşən bir parlaq ulduzam mən!Sönüb odum, atəşim,tənhayam, yalqızam mən!Hardasan...???"Musiqi də gözəl idi!Səs də...Bircə bu "Sevdiciyim "_ deyilən tez gəlsəydi!Daha dərdim olmazdi!
Далее
ROBLOX TRAND AGAIN. Part 7☠️🗿🙋🏻‍♀️
00:16
Zelimxan Yaqub - Secme Seirler | Yeni
13:05
Просмотров 1,6 млн