Тёмный

Kasıblığa aparan yol: 10 yol || YOXSULLUQDAN NECƏ AZAD OLUM? 

Rafael Mirzaev || BB Production
Подписаться 21 тыс.
Просмотров 405
50% 1

Salam əziz izləyicilər. Etdiyimiz işi bəyənirsinizsə, şərh yazın, dostlarınızla paylaşın və kanalımıza abunə olun !
Hörmətlə Black Box Production
Kasıblığa aparan 10 yol
Dahilərdən biri deyib: «Kasıblıq insan beynini uşaqlıqdan məhv etdiyi üçün insan məhv olmuş beyinlə kasıblıqdan çıxa bilmir. Nəticədə kasıblıq nəsildən-nəslə ötürülür».
Kasıblığı bədbəxtliyə çevirən, ondan xilas olmağa çalışmayan insanlardakı kasıblığa aparan 10 yolla tanış olaq:
1. Özünə yazığı gəlmə hissi - belə insanların özünə yazığı gəlir və əlindən gələni edir ki, ətrafdakılar da ona acısın. Bu hiss əsasən qadınlarda güclü olur. Fikirləşirlər ki, «Mən kişi olsaydım, qarşımda geniş imkanlar olardı, mən onlardan istifadə edərdim». Düşünün, əgər insanın özünə yazığı gəlirsə, onda ətrafdakılardan nə gözləmək olar? İstər-istəməz bu cür tiplər hər kəsin gözündə "şikəst" olur və mənəvi şikəstlik onların məhvinə yol açır.
Özünə yazığı gəlmək insanı inkişafdan saxlayan və kasıblığa aparan bir nömrəli yoldur.
2. Xəsislik - bu, hər zaman alış-veriş mərkəzlərində, ərzaq mağazalarında ucuz qiymət axtaran insanlara aiddir. Bu ona gətirib çıxarır ki, insan uşağının təhsilinə belə xəsislik edir. Səhv düşüncəyə düşüb lazımlı olana xəsislik edən bu cür tiplərin sonu kasıblığa gətirib çıxarır.
3. Sevmədiyin peşə ilə məşğul olmaq - bu cür insanlar sevmədiyi peşədən gələn gəliri heç də xoş qarşılamır, bəzən nifrətlə xərcləyir. Ən yaxşı üsul budur ki, özünüzü rahat, xoşbəxt hiss edəcəyiniz işlə məşgul olun ki, əlinizə keçəni havaya sovurmayasınız, inkişaf edib yüksələsiniz.
4. Pulu uğurla səhv salmaq - bu cür tiplər xoşbəxtlik və uğuru pulda görənlərdir. Gözəl geyimlər, brend kosmetik vasitələr, əyləncə və əşyalara, bahalı səyahətlərə pul xərcləyən bu cür insanlar pulun dəyərini yalnız bitdikdən sonra anlayır.
5. Həddən çox xərcləmək - bu cür insanlar da az deyil. Onlar kreditlə yaşamağı sevənlərdir. Gələn gəliri düşünmədən, hesablamadan hər istədiyini kreditlə alır və təbii ki, aldıqlarını satmaqla sonlarını gətirirlər.
6. Ani faydaları seçmək - insan bəzən istədiyini kiçik bir şirkətdə işləməklə almaq iqtidarında olmadığını anlamır. Həmişə ən bahalıya sahib olmaq üçün ani gələn gəlirdən faydalanmaq istəyi ilə əlindəkini də itirir. Düşünmək lazımdır ki, hər ani gələn gəliri xərcləmək yox üst-üstə yığmaq lazımdır.
7. Sızıldamaq - Həyat çətindirmi? Dözülməzdirmi? Uğura gedən yol bağlıdırmı? Cinayətlər çoxalıbmı? Bu cür suallar hər birimizin beynində var və bu suallar var deyə yaşamayaqmı? Ağıllı insan yolunu gedər, cığırını açar. Sızıldayıb əl çəkmək, yaşamamaq öz günahımızdır.
8. Özünü başqasıyla müqayisə etmək - biri rəfiqəsinin ailəsinə, digəri dostunun bahalı maşınına, o birisi qohumunun villasına həsəd aparıb yerində oturmaqla məşğuldur. Özünü müqayisə etməyi buraxıb ayağa durun, dünya sizindir. İstifadə etməyi bacarın. İnsan istəsə, hər şey edər. Bu istəyi özünüzdə tapın.
9. Sərvət, pul ölçüsü - əsl sərvət qazanan gəliri xərcləməklə yığılmır. İnsan qazandıqlarını mənasız xərcləməyi, onu saymağı deyil, işlətməyi öyrənməlidir. İnsanlıq qızıl dolu kisə ilə ölçülmür. Sərvəti saymaqla keçən vaxtını ətrafdakılara sərf et. Sayma, ölçmə, kömək et - gələcəyini düşün. Kimsə kasıblıqdan sığortalanmayıb. Heç nə və heç kim əbədi deyil.
10. Özünü ailədən təcrid etmək - ən böyük uğursuzluq ailədən uzaq düşməklə gəlir. Ailəni unutmamaq, ona diqqət yetirmək, əl tutmaq, borc vermək, mənəvi dayaq - bunların nəyi pisdir ki? Bir gün itirdiyin sərvət üçün ağlayanda yalnız sevdiklərinin sevgisi səni qaldıracaq. Heç bir ümidin olmayanda səni əhatə edən, sənə qayıdan o sevgi ən böyük sərvətin olacaq. Bunu onda anlamamaq üçün indidən ətrafına nəzər et.
Hər nə olur-olsun, mənəviyyatımız kasıb olmasın, insanlığımızı, simamızı itirməyək.
Dəstək olmaq üçün: kofe.al/@blackboxproduction
@mail : black1boxx@gmail.com
İnstagram Black Box Production: / black_box_pro
İnstagram Rafael: / mirzaevrafael
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
(Nizami Gəncəvi)
#pulqazanmaq #kasıbçılıq #vardövlət #varlıkasıb #pulqazan #imkanlıolmaq #azərbaycan #necevarlanmaqolar

Опубликовано:

 

20 фев 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 12   
@BlackBoxProductionn
@BlackBoxProductionn 4 месяца назад
Dəstək olmaq üçün: kofe.al/@blackboxproduction
@BlackBoxProductionn
@BlackBoxProductionn 4 месяца назад
Salam əziz izləyicilər. Etdiyimiz işi bəyənirsinizsə, şərh yazın, dostlarınızla paylaşın və kanalımıza abunə olun ! Hörmətlə Black Box Production
@mirzadanishir949
@mirzadanishir949 4 месяца назад
Davam edin. Əladır 👍
@aresck1892
@aresck1892 4 месяца назад
👍👍👍
@BlackBoxProductionn
@BlackBoxProductionn 4 месяца назад
🙏
@futboldinio
@futboldinio 4 месяца назад
Möhtəşəm irəliləyiş var👍
@BlackBoxProductionn
@BlackBoxProductionn 4 месяца назад
🙏🙏
@senene850
@senene850 Месяц назад
🎉
@sky_art9955
@sky_art9955 4 месяца назад
Oo çox gözəl videodur. Çox bəyəndim 👏👏
@BlackBoxProductionn
@BlackBoxProductionn 4 месяца назад
Təşəkkür edirəm 🙏
@senene850
@senene850 4 месяца назад
Ugurlariniz bol olsun😊😊😊
@BlackBoxProductionn
@BlackBoxProductionn 4 месяца назад
Təşəkkür edirəm 🙏🙏🙏
Далее
ПОЮ ЛЕТНИЕ ПЕСНИ🌞
3:16:55
Просмотров 1,7 млн
ПОЮ ЛЕТНИЕ ПЕСНИ🌞
3:16:55
Просмотров 1,7 млн