Salam hələb keçisinin qiyməti 200 ilə 600 manat arasında dəyişir. Keçinin balalı və balasız olmağına, yaşına, süd veriminə bütün bu məsələlər qiymətə təsir edir.
Salam siz cox geniw melumat veresiniz xaiş edirəm yerli keçi hakda daniwasiniz 15 anaw yerli keçim olsa il ərzində təxmini ne qədər qazanc əldə etmək olar xahiş edirəm məlumat vererdiniz
Qardaş mənə maraqlı sən dediyin qırmızı hələb yerli qarışığ olandı o keci bala verib ? Südünə görə maraqlı gəldi və inşafı iriliyi necədi.mənnormal yeli keci 10 ədəd almağ istəyirəm 1 dənədə hələb təkə.mənə olların verdiyi bala həm iqlimə uyğun həmdə verim almağ ücün maraqlıdı. Ətraflı məlumatın varsa vidio cəkərdin zəhmət olmasa
Salam Əleykum, bəli bala verdi südü də normaldı balası da maşallah artıq gələndən çox az fərqlənir, düzdü özü ilk balasını çəpişliyinə vermişdi deyə boyu balaca qaldı amma balası böyük oldu. Hələb ilə yerli keçiləri mələz edəndə alınan balalar çox yaxşı olur iqlimə də yaxşı uyğunlaşır, həm süd olaraq həmdə ət olaraq məhsuldarlıq yerli keiçilərdən daha yaxşı olur. Balasının videosu. Hələb və saneen mələzi çəplər videosunda 7:33 saniyədə var ordan baxa bilərsiz. Həmin videoda digər hələb dönməsi keçilərin də balalarını görə bilərsiz. İnşallah yerli keçi ilə hələb qarışığı təzə doğulmuş çəpişlər var onlar da biraz böyüsün videosunu çəkib məlumat verərəm. Çalışın yerli keçi alanda yaxşı keçi alın ki hələb ilə mələzləyəndə alınan balalar daha da yaxşı olsun, hə birdə aldığınız təkə də yaxşı məhsuldar soydan olsun, ata anasını görüb alama imkanınız olsa daha yaxşı olar. İnşallah Allah xeyir və bərəkət versin.