Kenan Berdeli Mehebbet 2022 Super Mahnı
Söz:Kenan Berdeli
Mus:Yulduz Usmonova
Aranjiman:Murad Elizade
Cover Video:Azer Fotoqraf
Sözlər
Bu sevən gözlər tək səni gözlər hardasan.
Tükənir taqət bükülür dizlər hardasan.
Sənsiz yaşamaq haramdır mənə dünyada.
Uzanan əllər əlini özlər hardasan.
Mənlə bərabər qocalır sevgim ay ömrüm.
Göylərə yönəlir ucalır sevgim ay ömrüm.
Tut əllərimdən bax gözlərimə darıxmışam.
Baxışlarından güc alır sevgim ay ömrüm.
Nəqarət
Aç qollarını təbəssüm eylə gəlməyimə gəlməyimə.
Sən səbəb oldun xoşbəxtliyimə gülməyimə gülməyimə.
Ehtiyacım var dərdimi səndən bölməyimə bölməyimə.
Dünyada ən gözəl hisdir məhəbbət.
Nazına qurban yerişinə qurban xoş gəldin.
Qöncə dodağlım gülüşünə qurban xoş gəldin.
Sən nəfəsimsən sən mələyimsən sevdamsan.
Mübarək olsun gəlişinə qurban xoş gəldin.
Sevdiyim insan tək mənə bəssən dünyada.
Qəlbimə aram gətirən səssən dünyada.
Səni bu həyatda özgə bir insan əvəz etməz.
Sən məni xoşbəxt eliyən kəssən dünyada.
Nəqarət.
Aç qollarını təbəssüm eylə gəlməyimə gəlməyimə.
Sən səbəb oldun xoşbəxtliyimə gülməyimə gülməyimə.
Ehtiyacım var dərdimi səndən bölməyimə bölməyimə.
Dünyada ən gözəl hisdir məhəbbət
31 мар 2022