İndiye qeder Korrupsiya ve diger qanunvericilik dersleri ile bagli youtubede butun videolara baxmisam videolarinizin muddeti uzundur deye fikirlesib birtek sizin videolara baxmirdim. Bugun ilk defe idi ki sizin videonuza baxdim ve anladim ki indiyene kimi baxdiqim diger video izahlarla sadece zaman itirmisem. Heqiqeten beynimde olan suallarin qaranliq qalan hisselerin hamsina mukemmel izah verdiniz. Allah sizden razi olsun
Salam. Dünən Vətəndaş müraciətləri ilə bağlı izahdan sonra artıq kanala abunə olub bütün izahları ard arda dinləyirəm. Yenə eyni hisslərlə sizə öz təşəkkürümü bildirirəm. Hər detala toxunduğunuz üçün, ümumilikdə mükəmməl izah üçün bir daha çox sağ olun.
Salam Ramal müəllim, super izah etdiniz sizin vodeolardan dəyərlənmək, faydalanmaq hər bir namizəd üçün lazımlıdır.Hörmətlə Ruslan Fehruzoğlu Yevlax rayonundan
Salam Ramal müəllim. çox gözəl izah edirsiniz təşəkkürümü bildirirəm.Xahiş edirəm özü hazırlaşanar üçün müsahibəyə hazrlaşanlara kömək üçün də videolar paylaşın.Müsahibədə nələrə diqqət edək, necə suallar verilir və s.
Ramal müəllim, izahlarınız əla, mükəmməl!!! Bu danılmazdı!!! Allah sizdən razı olsun!!! Mənim bir sualım var, hər kəsi, hamını ələk vələk etmişəm... bir ətraflı, bir təcrübə sahibindən cavab ala bilmədim təəssuf ki. Müsahibə nəticələrindən şikayət hara, kimə, hansı qaydada verilir, bu proses hansı müddətdə davam edir və yekunlaşır? Və bu ətrafda 1001 sual).
Təşəkkür edirəm. Sualınıza cavab olaraq qeyd edim ki, müsahibə nəticəsindən narazı qalan namizəd 5 iş günü ərzində müsahibənin nəticəsindən inzibati qaydada(müsahibənin keçirildiyi dövlət orqanında yaradılmış Apellyasiya Şurasına), Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasına və məhkəməyə şikayət verə bilər
Salam Ramal müəllim. İlk öncə izahlarınız üçün təşəkkür edirəm. Bir məsələyə toxunmaq istərdim. Sizin qeyd etdiyiniz Korrupsiyaya qarşı mübarizə üzrə Komisiya dövlət orqanı deyil. Deyirsiniz 2-ci kateqoriya dovlət orqanidir. Həmin Komisiyanın katibliyidir dövlət orqanı. Komisiya özü dövlət orqanı deyil.
Öncə diqqətinizə görə təşəkkür edirəm. Əlimdən gəldiyi qədər yardımçı olmağa çalışıram. Amma canlı olduğu üçün bəzən kiçik diqqətsizlik ola bilir. Üzrlü sayın