Тёмный

KQB-nin izlədiyi məşhur yazıçımız - FƏRMAN KƏRİMZADƏ HAQQINDA MARAQLI FAKTLAR 

Kulisaz
Подписаться 25 тыс.
Просмотров 4,3 тыс.
50% 1

Yazıçı Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. 12 yaşı olanda Qərbi Azərbaycandan deportasiya olunublar. Beyləqanda məskunlaşıblar.
Fərmanın anası Qəmər isə təhsilsiz qadın olub. Amma Azərbaycan bayatılarını, mahnılarını, folkloru gözəl bilirmiş. Fərman da, digər övladlar kimi, o nağıllarla və bayatıların avazı ilə böyüyüb.
Deportasiya olunandan sonra ağır günlər yaşayıblar. O, yazılarından birində yazır ki, Beyləqandan ayağımda qaloşla Bakıya üz tutdum, oxumaq üçün.
Orta məktəbdə yaxşı rəssamlıq qabiliyyəti olduğu üçün hamı onun rəssam olacağını zənn edirmiş. Yazıçı Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə qəbul olunub. Rəssamlığı başa vurandan sonra 3 il İsmayıllıda, Beyləqanda orta məktəblərdə dərs deyib.
Həyat yoldaşı Xalidə xanımla Bakıda tanış olublar. Xalidə Tibb Universitetində təhsil alırmış. Fərman Tibb Universitetinə bir kəndçisi, orta məktəb yoldaşı olan qızın ziyarətinə gedib-gəlirmiş. Xalidəni də o zaman görüb. Görən kimi də vurulub. Heç ləngimədən, bir neçə günün içində elçilərini göndərib. Qız evi imkanlı olduğundan Xalidəni kasıb yazıçıya vermək istəməyiblər. Bəhanə gətiriblər ki, yemək bişirə bilmir, hələ uşaqdır. Fərman Kərimzadənin dostu Məmməd Aslan qızın “hə”sini alacağına boyun olsa da, elçilər evdən qovulur. Başqa yolu qalmayan Fərman qızı götürüb qaçırır. Heç bir etiraz etmədən yazıçıya qoşulub qaçan qızın gözlərindən bircə damla yaş axır.
Ssenarisi əsasında çəkilmiş “Axırıncı aşırım” filmi ekranlara çıxandan sonra yazıçı xeyli əziyyət çəkib. Qızı Yeganənin dediyinə görə, atasını öldürməklə hədələyirmişlər. “Bir dəfə bibimgilə getmişdim, bir kişi gəlib dedi ki, o uşaqları niyə bura göndərirlər, indi atalarının heyifini uşaqlarından alaq? Çox qorxdum. Sən demə, Qəmlonun qohumlarından imiş. Onlar deyirdilər, guya Qəmlonu qəsdən mənfi qələmə verib. Atam heç nəyi yalan yazmayıb. Qəmlo həqiqətən elə adam olub”.
Filmdəki Xəlil obrazı Fərman Kərimzadənin doğmaca dayısı oğlu olub. Deyilənə görə yazıçının anası ölənə qədər Xəlil deyə-deyə bayatılar deyirmiş. Abbasqulu bəy isə yazıçının atasının ən yaxın silahdaşı, qohumu, dostu olub. Kərbəlayi İsmayıl da yaxın adamı olub.
Nəsrəddin Tusi haqqında əsər yazıbmış. Yazıb bitirəndən sonra əsər yaşadığı evdən yoxa çıxıb. Andranik haqqında yazdığı əsər də eyni taleyi yaşayıb. Günlərin birində isə gecə hamı yatandan sonra onların evinə naməlum bir qadın gəlir. Onun gəlişini qızından başqa heç kim görmür. Səhəri gün bu əhvalatdan xəbər tutan valideynlər uşağa gülsələr də, bir neçə saatdan sonra məlum olub ki, yazıçının Andranik haqqında yazdığı əsər evdən oğurlanıb. Yuqoslaviya müharibəsi ilə bağlı daha bir roman 1993-cü ildə oğurlanıb. Fərman Kərimzadə sonradan yazıb ki, onların KQB tərəfindən götürüldüyünü öyrənib. Deyilənə görə hər il ad günündə yazıçının qəbri üzərinə kimliyi məlum olmayan adam tərəfindən təzə-tər çiçəklər qoyulurmuş. Bir müddət sonra isə məlum olub ki, bu yazıçının oxucularından biridir.
“Qarlı aşırım” romanı Fərmana çox böyük şöhrət və təbii ki, pul gətirib. Təkcə “Xudafərin körpüsü”nə görə 32 min rubl alıb. Film çəkiləndən sonra ona kinostudiyanın binasından 5 otaqlı ev də veriblər. Həmin vaxt Şahmar Ələkbərovun iki qızı vardı, bölgüdə erməni ilə eyni kommunal mənzilə düşüb. Fərman Adil İsgəndərova deyir ki, mənim evim dörd otaqlı olsun, əvəzində Şahmara ayrıca ev verin. 1989-cu ilin martında Fərman Kərimzadə Tərtərdəki həmyerlilərinə yardım üçün gedəndə oradakı insanların acınacaqlı vəziyyətinə dözə bilməyib yıxılıb. Həkimlər gələndən sonra məlum olub ki, yazıçının beyninə qan sızıb. Elə həmin gün yazıçı dünyasını dəyişib. Qızı müsahibələrinin birində atasının KQB tərəfindən öldürüldüyünü deyir:
#kulis #kulis.az #ferman #fermankerimzade #fərmankərimzadə #fərman #yazıçı #incəsənət #xudafərin #körpü #qəmlo #maraqlıfaktlar #maraqlifaktlar #kqb #edebiyyat #ədəbiyyat

Опубликовано:

 

27 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 14   
@lacn7172
@lacn7172 2 года назад
Allah rəhmət eləsin, Qəbri nurla dolsun. Cox Təsirli Taleyi olub. Böyük insan.
@cavidmemmedov4424
@cavidmemmedov4424 Год назад
Allah rəhmət eləsin Amin
@Yasmin_Lena_Cetinkaya
@Yasmin_Lena_Cetinkaya Год назад
Allah rəhmət eləsin
@milagad5171
@milagad5171 6 месяцев назад
Allah rəhmət eləsin , Fərman Kərimzadə gözəl əsərlər goyub getdi, daha doğrusu goymadılar yaşasın və həgigətləri bizə catdırsın əsərlərində. Ruhu yaşadığı və deportasiya olunduğu kəndinə gayıdanda sakitləşər inşallah .
@user-dr8qf7vl3f
@user-dr8qf7vl3f 8 месяцев назад
Allah rəhmət eləsin, böyuk yazıcımızı. Qarlı aşırım romanı sadəcə möhtəşəmdir
@cosgunrustmov7467
@cosgunrustmov7467 10 месяцев назад
Ümumiyyətlə menim fikrimcə bizi keçmiş şairlərimizin əksəriyyəti qeyri-adi tamamilə fərqli insanlar olub
@IntiqamZamani-u3s
@IntiqamZamani-u3s Год назад
Ferman Kerimzade 1989 cu ilde Irevandan qovulan azerbaycanlilarla göruş zamani, ermenilerin onlarin başina getirdikleri müsübetleri dinleyerken üreyi dözmedi ve iclas masasi arxasinda üreyi partladi ve dünyasini deyişdi.
@Кадуци
@Кадуци 6 месяцев назад
Веди кишилери гонгпервер ве инпнджлы инсанрды горшкларым онлар иди яхшы инсанларды Питерден
@resadmemmedov6703
@resadmemmedov6703 Год назад
1937 de Ermenistan var idi ? Vedi rayonu .
@Ruslan..
@Ruslan.. 10 месяцев назад
Var idi, Ermənistan 1918-ci ildə bizim torpaqlar üzərində ruslar tərəfindən yarandı.
@Кечибей
@Кечибей 2 месяца назад
КГБ дейенде Хейдер Алийевин адини чекин.
@QabilSəmədov
@QabilSəmədov 2 месяца назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.fərman.muəlim..kişi.adam.olub.fərman.muəlim.mənim.atamin.dostu.olub.❤❤❤❤həm,də.montində.bizim.gonsu.olub.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@necefeliyev477
@necefeliyev477 3 месяца назад
Allah rəhmət eləsin
@ГатамАгаев-и7й
@ГатамАгаев-и7й 10 месяцев назад
Allah rəhmət eləsin🥀🤲 Azərbaycan ziyalılarının çoxunu KQB ya da NKVD qətlə yetirilmişdir.
Далее
Meni yerga urdingda
00:20
Просмотров 326 тыс.
Almaniyada Qızlar Bu Mahnıyla Rəqs Etdiler.
3:22
MİR MÖVSÜM AĞA.OLMUŞ HADİSƏ.
3:04
Просмотров 52 тыс.
KEÇMİŞ TOYLARIMIZ
2:27
Просмотров 22 тыс.