Тёмный

Lənkəranın bu kəndlərinə yol çəkilməsə, buradan sakinlər köç edəcək 

ARB Cenub
Подписаться 59 тыс.
Просмотров 11 тыс.
50% 1

Şəfalı təbiəti, gözəl havası, göz oxşayan mənzərələri olsa da insanlar burada yaşamaq istəmir. Sakinlərin bir çoxu bu mənzərəyə üz çevirib köçüb gediblər. Əksər sakinlər isə yaşlı insanlardan ibarətdir. Söhbət Lənkəranın ucqar 4 dağ kəndindən gedir.
Elvin Səmədov 7 ildir ki, Lənkəranın Alazəpin kənd məktəbində Azərbaycan dili və ədəbiyyat fənini tədris edir. Gənc müəllim öz istəyi ilə kənd həyatını seçib. Ucqar kənddə işləməsinə baxmayaraq, Elvin dövlət tərəfindən gənc müəllimlərə yaradılan şəraitdən razı qalsa da işlədiyi məktəbə gedən yolun bərbad vəziyyətdə olmasından gileylidir.
Elvin Səmədov - müəllim
“Ancaq “UAZ” markalı avtomobillərlə gəlirik. O da yolda xarab olur. Elə vaxt olur gələ bilmirik.”
Bu problem təkcə Elvinin deyil, Biləsər, Alazəpin, Seliqavla və Vıy kənd sakinlərinin də ən böyük çətinliyidir. Bu kəndləri rayon mərkəzindən təxminən 35-40 kilometr yol ayırır. Bu məsafəni isə yalnız elə bu kimi yollar üçün nəzərdə tutulan avtomobillər qət edə bilir. Bütün çətinliklərə sinə gələrək həftədə bir dəfə bu kənddə gələn maşınlar isə dərələrin keçilməzliyindən dağılıb sıradan çıxır.
Şıxməmməd Piriyev -kənd sakini
“Yolarımız bərbaddı. Hər gedib gələndə avtomobilləri təmirə aparırıq.”
Sinxron: Şahmal Şıxıyev -kənd sakini
“Avtomobillər dağılır.”
Sinxron: İlham İbrahimov -kənd sakini
“Xəstə olanda təcili yardım avtomobili gələ bilmir. Xəstə də yolda keçinir.”
Sözügedən səbəbdən gözəl təbiəti, meşələri bulaqları ilə zəngin olan bu ərazi ətraf aləmdən təcrid olunmuş vəziyyətədir. Ümumilikdə isə 4 kəndi əhatə edən Biləsər icra nümayəndəliyində 1800 nəfər sakin qeydiyyatda olsa da onların çoxu artıq şəraitsizlik ucbatından buradan köçüblər.
Əliabbas Nəzərov - kən sakini
“5 oğlumun dördü köçüb, biri qalıb burada.”
Qış aylarında, yağışlı -qarlı günlərdə bu kəndlərə gedən yol demək olar ki tamamilə kəsilir. Gediş-gəlişin olmaması, texnikanın gəlib çıxa bilməməsi səbəbindən torpaqlar da əkilmir. Bu da təbii ki, insanların yaşayış səviyyəsinə öz təsirini göstərir. Bu yolların aqibəti ilə bağlı Biləsər bələdiyyəsinin sədri Azad Hüseynov bildirdi ki, gələcəkdə bu kəndlərə yolun çəkilməsi planlaşdırılır. Lakin yolun hələ ki, yalnız layihəsi hazırdır. Qarşıdakı günlərdə isə yalnız mövcud imkanlar hesabına yolun qismən hamarlanması işləri görüləcək
Azad Hüseynov - Biləsər bələdiyyəsinin sədri
“Bizə texnika, qreyder və yük maşınları söz veriblər. Əsas yolu korlayan sudu. Kanallar çəkəcəyik ki, su axsın. Əhalinin gediş-gəlişi yaxşı olsun.”
Görünən odur ki, Elvin Səmədov və onun müəllim yoldaşları hələ bir müddət də böyük çətinlik bahasına, hər gün bir neçə avtomobil dəyişərək Alazəpin kənd məktəbinə gəlib qayıtmalı olacaqlar. Bu kəndlərin sakinlərinə isə yol çəkilənə qədər onların da bir çoxunun buradan köçüb getməməsi üçün səbr diləyirik.

Опубликовано:

 

11 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 5   
@azarali5250
@azarali5250 3 года назад
Eşq olsun Elvin müəllim,fəxrimizsən!
@samirbabazade8566
@samirbabazade8566 8 лет назад
İNŞALLAH DUZƏLƏR YOLLARİMİZ. ƏZİZ KƏNDİM BİLƏSƏR.
@fridncfov7208
@fridncfov7208 6 лет назад
Samir Babazade .
@ceramicagunayhome3242
@ceramicagunayhome3242 Год назад
İcra hara baxır?? Qözləri kordu
@mahir7076
@mahir7076 3 года назад
BU GÜNƏ KİMİ HECNƏ DƏYİŞMƏYİB.BİLƏSƏRDƏN SONRA DƏYİŞILİK YOXDU.MƏN BALACA İKƏN NECƏ İDİSƏ ALAZƏPİN 50 İL ÖNCƏ ELƏ DƏ QALIB.İNANMIRAM .DÜZƏLƏN DEİL.HEYİF.
Далее
Lerikin bərbad kənd yolları bu videoda
2:22
Просмотров 29 тыс.
iPhone 16 для НИЩЕБРОДОВ!
00:51
Просмотров 1,3 млн
Standoff 2 is a true horror! #standoff #horror #meme
00:13
Lerikde analoqu olmayan xestexana-klub-pocht.
3:48
Просмотров 17 тыс.
Şovu-Təngivan (Lankon/Lənkəran)
4:54
Просмотров 3,2 тыс.
Çay qırağı (Ланкон/Lənkəran/Lankaran)
3:00