Тёмный

Lənkəranda yeni salınan hallabong bağından ilk meyvə yığılacaq 

ARB Cenub
Подписаться 59 тыс.
Просмотров 4,3 тыс.
50% 1

Söhbət sitrusçuluqdan düşmüşkən Lənkəranın sitrus bağlarında ölkəmizdə bir ilk olan yeni meyvə yetişir. Hallabong adlı bu meyvə 3 ildir ki, Lənkəranda təsərrüfatlarda əkilir.
Aqronom Fərman Abdullayev: “Hallabong brendi adı altında tanınan əsl elmi adı sitrus retukulatodu. Bu portağalla naringinin hibrididir. Təbii seleksiya yoluyla alınmış 1972-ci ildə Yaponiyadan alınmış bir sortdur.”
Azərbaycan dünyada bu bitkidən əkən beşinci ölkədir. Çünki bu meyvə həm məhsuldarlığına, inkişaf xüsusiyyətlərinə, həm də bizim təbii iqlim şəraitinə uyğun gəlir.
Aqronom Fərman Abdullayev: “2015-ci ildə 15 hektar ərazidə bağ əkmişdik. Bu illəri daha 75 hektar ərazidə bağ salaraq 80 hektara çatdırılıb. Bu il ərzində 100 hektara çatdırılacaq.”
Normalda bu bitki hər hektarda 35-40 tona qədər məhsul verir. Bu da yerli növlərdən 2-3 dəfə çoxdur. Təsərrüfatçılar yeni bitkinin tam məhsuldarlığa düşənə qədər bar verəcəyini əmindirlər.
Aqronom Fərman Abdullayev: “Biz haradasa 3-5 ton ilkin məhsul gözləyirik. Bu yığım vaxtı özünü daha dəqiq göstərəcək. Amma bizim ümidimiz yüksəkdir. Gələcəkdə qiymətli sitrus məhsulundan ixrac etmək fikrimiz var.”
Bu ağacların qayğısına 300-ə yaxın işçi qalır. Hazırda bağlarda qışa hazırlıq işləri görülür.
Sahə rəhbəri Ziyafət Əliyev: “Üzvü gübrələr verilib, mineral gübrələr verilib. Karkazların təmiri yekunlaşıb. İndi birazdan dib doldurmaq və pelləmə aparılacaq.”
Cavan bağlar keçən il ilk nübarını artıq verib. Bir hallabong meyvəsinin çəkisi orta hesabla 300-350 qrama qədər olur.
Azərbaycanda bir ilk olan - Hallabong meyvəsinin dadına baxmaq üçün noyabrın sonu, dekabrın əvvəllərini gözləməli olacağıq.

Опубликовано:

 

10 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
Далее
Ürəyi Zəif Olanlar Bu Videonu İzləməsin
4:05
Просмотров 1,4 млн
Как подписать? 😂 #shorts
00:10
Просмотров 192 тыс.
Bike vs Super Bike Fast Challenge
00:30
Просмотров 22 млн
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Lənkəranda yeni məktəb binası tikilir
3:21
Просмотров 1,4 тыс.
Bizimləsən / 11.09.2024
1:41:51
Просмотров 10 тыс.
Borneo Death Blow - Full Documentary
52:29
Просмотров 55 млн
Как подписать? 😂 #shorts
00:10
Просмотров 192 тыс.