Тёмный

LEYLA ƏLIYEVA - «GIZLI SEVGI BƏSLƏMƏK» adlı şeiri! 

AVRASİYA - ONE - STAR
Подписаться 30 тыс.
Просмотров 252
50% 1

GIZLI SEVGI BƏSLƏMƏK
Bir quş gördüm qəfəsdə,
kədərli gözlərində
həyat donub elə bil...
Yatanda yuxusuna
əngin səmalar girir.
Hey süzür, qanad çalır
buludlara qarışır...
...amma o qəfəsdədir,
Azad olmaq istəyir.
Kainata atılıb,
qanad çalmaq istəyir.
Qəm‑kədəri qovaraq
dağı, coşğun çayları
süzmək... dalmaq istəyir.
Əzablar yaşatmayan
duyğular arzulayır.
Ağrını, əzabları
birdəfəlik unudub,
Sevginin dünyasına
qanadlanmaq istəyir.
O sevgi dünyasında
ovsunlanmaq istəyir...
Hər bir ağac, hər budaq,
özündə bir dünyadır...
Dünyaya məhəbbətin
özü də bir dünyadır...
Bütün bunlara baxıb
qəlbimdə heyrət daşır. -
Bəlkə məkrli qəfəs
həyatdakı hər şeyə
məhəbbət aşılayır?!.
Anlamaz insanlarsa
ora‑bura gedirlər.
Baxırsan ki, hər zaman,
harasa tələsirlər...
Heç bilmirlər ki, Günəş
hardan çıxıb, batacaq..?
Həzz almırlar dənizdən,
Dalğaların səsindən,
Həzin ləpədöyəndən...
Anlamaz insanların
Düşüncəsi kor qalır...
Qayğılar çoxdur, lap çox,
Dərd gedir, kədər qalır...
Ömrü elə‑beləcə
verirlər gedir bada.
Düşünürlər ki, zaman
uçmur, durub qapıda...
Quş qəfəsə salınıb,
cəftəni aça bilməz...
Bəlkə biz də bir anlıq,
qəfəsə qonaq gedək.?!
Bu həyata boylanaq,
çabalayaq, çarpışaq?
Bizə verilən ömrü
dərindən dərin duyaq...
Qiymətini anlayaq...

Опубликовано:

 

25 мар 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Human vs Jet Engine
00:19
Просмотров 117 млн
Xəyanət (2-ci mövsüm 216-cı Seriya)
57:07
Просмотров 10 тыс.
şeir - QADIN
2:00
Просмотров 57 тыс.