Тёмный

Leyla Əliyeva - Mən sənə ilk baxışdan aşiq oldum! 

AVRASİYA - ONE - STAR
Подписаться 30 тыс.
Просмотров 8 тыс.
50% 1

Mən sənə ilk baxışdan aşiq oldum!
Mahir Qabiloğlunun
tərcüməsində.
Mən sənə ilk baxışdan
aşiq oldum, ay sənəm.
Saçların, dodaqların,
baxışların bir aləm.
Mən sənə ilk baxışdan
vuruldum...
İnan ki, sən,
Bir başqa cür vurulmaq
mümkün deyil, biləsən.
Mən sənə bərk vuruldum..!
“Nə üçün, nəyə görə?” -
bu cür yersiz suallar
qoy gəlməsin dilinə...
Mən sənə aşiq oldum
ilk baxış, ilk görüşdən.
Bəlkə ilk baxışlardır,
İstəyirsən, sus, dayan
ya da bağır -
duymaram.
Bircə, dodaqlarının
tərpənişi görünər...
Özümü səndən ayrı
təsəvvür eləmərəm...
Sevgiyə də Tanrıtək
inanan bir bəndəyəm...
Olsun ki, öncələr də
vurulmuşam. - Nə olsun?
İndi aşiq olmuşam,
dərd‑qəmi unutmuşam,
Günün günorta çağı
Ayın əsarətindən
qurtulan Gün olmuşam...
İstərsən ağla‑sızla,
mən də sənlə ağlaram.
Gülmək istəsən əgər
yalnız və yalnız mənlə
şənlənib, gülməlisən..!
Mən sevgi şərabını
içib xumar olmuşam.
Qaranlıqdan həzz alan
Ay təki parlayıram.
Sənin incə əllərin... -
bütün bu Yer üzünün
ən gözəl əlləridir...
O əllər bir əlacdır
darıxanda, qəlbimə.
Divara çökən kölgən,
sanki bir ikonadır -
Baxıram, hey baxıram,
doymuram itaətdən...
Tanrıdan tək istəyim
bircə bilsəydin nədir? -
Deyirəm, qüvvət versin,
səni heç itirməyim!
Ruhum sevgi doludur -
nəfəs alır, yaşayır...
Ürək təlaşa gəlir, -
Yenə, yenə də sevda
qəzatək başa gəlir...
Mən sənə vurulmuşam
sən ki, bunu bilirsən...
Amma sən bilməyirsən
gücünü bu sevginin...
Məni gündə yüz kərə
öldürüb, dirildirsən.
Yalnız sənin yanında
acizləşir ölüm də...
Ölərəmsə, qoy ölüm -
dizlərinin üstündə..!
Yalnızca bu cür ölüm -
diləyirəm özümə!..
Qanımla yazacağam
bunları divarlara,
Yanında olmayanda,
oxuyasan tək‑tənha...
Mən sənə ilk baxışdan
vuruldum, aşiq oldum..!
Elə o an kor oldum,
həmişəlik - ömürlük..!
Əgər istəyirsənsə
yaşa mənsiz, nə deyim?..
Amma ki, o dünyada,
Dön yanıma, mələyim.
Təkcə budur istəyim,
yalnız budur ümidim...
İfa Şamilə Şamilqızı
видео - композиции подготовил:
Пашаев Шакир
Город Гянджа
Video - kompozisiyanı hazırladı:
Paşayev Şakir
"Avrasiya - ONE - Star"

Опубликовано:

 

21 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии