Тёмный

Leysan yağışları şimal-qərb bölcəsində fəsadlar törədib | Kanal S Xəbər 

Kanal S
Подписаться 257 тыс.
Просмотров 16 тыс.
50% 1

Abone OL: goo.gl/W99fFm
Copyright © Kanal S_official
Sayt: kanal-s.az
Facebook: goo.gl/XVhVzG
Gecə saatlarında başlayan leysan yağışlar şimal-qərb bölgəsində bir sıra fəsadlar törədib. Təbii fəlakət nəticəsində həm şəhərlərdə həm də kəndlərdə infrostruktura, kənd təsərrüfatına və bir sıra diğər sahələrə ciddi ziyanlıq dəyib.
Balakəndə güclü külək səbəbindən Heydər Əliyev prospektində beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyünün bir hissəsi uçub. Şəhər ərazisində iki yerdə iri gövdəli ağac aşıb. Rayonun bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilə yaranıb. Eyni zamanda təbii fəlakət nəticəsində Katex kəndinin Kombinat yaşayış massivi ərazisində bir-çox fərdi yaşayış evlərinin dam örtüyü yarasız hala düşüb. Meyvə ağaclarına, bostan-tərəvəzlərinə ciddi ziyan dəyib. Əraziyə adiyyatı qurumların nümayəndələri cəlb edilib. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Təbii fəlakət Zaqatalada da bir sıra fəsadlar törədib. Şəhərlə yanaşı rayonun Yuxarı Tala, Car, Mazıx və Qəbizdərə kəndlərinə də ziyanlıq dəyib. Mazıx və Qəbizdərə kəndlərinə isə yumurta iriliyində dolu yağıb. Nəticədə dolu evlərin dam örtüyünü yararsız hala salıb. Eyni zamanda bir neçə avtomobilə də ziyan dəyib. Meyvə və fındıq ağcları da ciddi ziyan görüb. Şəkidə isə çay daşıb.
Şəkin Baş Göynük kəndi ərazisindən keçən Şin çayında suyun səviyyəsi artıb, çaydan sel keçib. Nəticədə kəndin girişindəki körpünün bir hissəsi sel sularının altında qalıb. Ancaq sel körpüyə ziyan vurmayıb. Eyni zamanda çayın yaxınlığında yerləşən əkin sahələrini də sel suları yararsız vəziyyətə salıb. Əkin sahələri lil, palçıq qatı ilə örtülüb.
Yağış Qəbələ və ətraf kəndlərdə də bir sıra fəsadlar törədib. Rayonun mərkəzində mağaza, eləcədə bəzi anbar kimi istifadə olunan zirzəmiləri su basıb. Mərkəzi bazar adlanan hissədə quraşdırılmış yeraltı keçid də yağışdan nəsibini alıb. Belə ki, sel nəticəsində yeraltı keçid tamamilə su ilə dolub. FHN-nin Şimal Qərb Regional Mərkəzinin qüvvələri tərəfindən sel suları xüsusi qurğular vasiəsi ilə sovrularaq keçid boşaldılıb. Bununla yanaşı rayonun Zarağan, Daşca, Abrığ, Mıxlı qovaq,Tikanlı, Uludaş eləcədə Mirzəbəyli kəndlərində şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Dolu bəzi evləri və dam örtüklərini də yararsız hala salıb. Hazırda dəymiş ziyanın aradan qaldırılması işləri aparılmaqdadır.
İsmayıllı da təbii fəlakətin qurbanına çevrilib. Dağlardan gələn sel suları nəticəsində rayon ərazisindən keçən Girdiman, Göyçay və Cülyan çaylarında su həddindən çox artıb. İsmayıllı-Lahıc yolunun Girdiman çayı üzərindən keçən hissəsindəki avtomobil körpüsü üçün təhlükə yaranıb. Körpünün dayaqları zədələnib, insanlar körpünün dağılma təhlükəsində narahatdı. Sel səbəbindən İsmayıllı-Lahıc avtomobil yolu müvəqqəti bağlanıb. Dağlardan gələn lil qatı və qaya parçaları yolu keçilməz edib, həmçinin, bəzi yerlərdə asfalt qatı yuyulub. Sel səbəbindən rayon ərazisində elektrik və rabitə dirəkləri, həmçinin naqillər qəzalı vəziyyətə düşüb. Səhər saatlarından etibarən fəsadların aradan qaldırılması üçün əraziyə xüsusi briqadalar cəlb edilib. Artıq şəhər mərkəzində elektrik verilişi və rabitə əlaqəsi bərpa edilib, hazırda bu istiqamətdə kəndlərdə işlər davam edir.
Qeyd edək ki, Sentyabrın 12-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
#kanals #xəbər #təbiifəlakət

Опубликовано:

 

28 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 11   
@SamsungAs-ll3sx
@SamsungAs-ll3sx Год назад
Allahın mərhəməti böyükdür!
@mmmdovelsever1935
@mmmdovelsever1935 Год назад
Allahı tanımaq yada salmaq lazımdır. Hər bir şey onun əlindədir o isdəsə hə bir şeyi alt üst edər
@СевильХочберова
DOLU YAGAN KIMI EVIN ILK USAGI TEZ CIXIB DOLUNU DISI ILE KESIB DEMELIDI MEN EVIMIN ILKIYEM AGZI GARA TULKUYEM MEN NEJE KESIREM SENDE ELE KES O DEGIGE DOLU DAYANIR!!
@QalibSabanov-sg9wb
@QalibSabanov-sg9wb Год назад
Caynik boyda lap ag olduda bu
@Yegane52
@Yegane52 Год назад
70-80ilin şiferleridi ne gündedi😂 yaxşı oldu gül kimdi teze şiferler verirler
@hikmetrehimov993
@hikmetrehimov993 Год назад
Xanım burda gülməli nə var. Təbii fəlakətdi.
@Yegane52
@Yegane52 Год назад
@@hikmetrehimov993 estafrullah allahdan gelen felaketdi,amma şükür can telefatı yoxdur.enzaınnan 70illik köhne tikililer yenilenecek onu deyirem
@beautifulgirls2381
@beautifulgirls2381 Год назад
Burda evlər yeniləcək sözü deyilmədi yada təzə şifirlər veriləcək. Gülməli deyil ağlamalidi. İndiyi kimi damda uçub evde ucub hər kəs öz xərci zülm zillətlə edibdi.
@ЭльханНоврузов-ы7л
Gülmə qonşuna gələr başına. Tutalım şifer verdilər bəs evin içi xarab olan divarı döşəməsi evdə olan mebel pastel bunlarıı kim verəcək?
@ТуранаРасулова-ь3ы
Butun mer meyveler toyuq cuce mehv olub evlerin içini su basib buna nece gulmey olar Allah yardimcilari olsun insallah dovletimiz komeylik eder
Далее
Komedixana  390-cı Bölüm 28.09.2024
55:57
Просмотров 45 тыс.
ТАРАКАН
00:38
Просмотров 322 тыс.
Меня Забанили в Steam CS2 / PUBG
19:19
Просмотров 194 тыс.
Çöl Adamı Şəki 17 12 2016
41:23
Просмотров 7 тыс.
Şəki sakinlərinə selin vurduğu ciddi ziyan
1:34
Просмотров 3,8 тыс.
Beş əlamət kimdə varsa Allah onu sevir deməkdir!!!
29:50
ТАРАКАН
00:38
Просмотров 322 тыс.