Тёмный

Mömin sevincli olmalıdır, yoxsa kədərli? - Hacı Şahin - Həqiqi mömin necə olmalıdır? 

ISLAM TV Official
Подписаться 244 тыс.
Просмотров 3,3 тыс.
50% 1

Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - bit.ly/2uR7dZv
Mömin insan üçün həqiqi sevinc o zaman meydana gələr ki, bir addım Allaha daha çox yaxınlaşar.
Bəs həqiqi mömin necə olmalıdır?
1. Allaha yada salaraq, həyatında sevinc yaratmalıdır. İslam dininin nəzərinə görə, o həyatda ki, Allah yada salınmaz - həmin həyatın heç bir sevinci və ləzzəti olmaz. Allahı yada salmaqdan uzaq olmaq insan həyatını çətinləşdirər. Əksinə, Allah yada salmaq həyatına sevinc və ləzzət qatar. Ona görə də həqiqi mömin o kəsdir ki, Allahı yada salaraq qəlbi aramlıq tapar və sevinc və şadlıq əldə edər. O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. (Rəd 28).
2. Allaha və Məsumlara (ə) təvəssül etmək. Həqiqi möminin başqa bir xüsusiyyəti - əməllərində Allaha və Məsumlara (ə) təvəssül etməsidir.
3. Allaha təvəkkül etmək. Həqiqi mömin o kəsdir ki, həyatından razıdır və hər bir işində Allaha təvəkkül edər. Allaha təvəkkül etmək həyatını daha xoşbəxt və şad edər. Allaha təvəkkül edərək həyatda müvəffəqiyyət qazanar və çətin həyat yolunu asanlıqla başa vurar. O kəslər ki, Allaha təvəkkül edərlər, çətin və böyük işlərdə ən az təzyiq hiss edərlər. Həyatın ağır küləkləri qarşısında davamlı dağ kimi dayanarlar.
4. Həyatlarından razıdırlar. O kəs ki, imanlıdır, Allahın ona verdiyi nemətlərdən razı olar və ona qane olar. Halbuki, elə insanlar vardır ki, böyük sərvətə malik olmaqlarına baxmayaraq, həyatlarından razı deyildirlər. Ona görə də bu qədər imkanlarının olmasına baxmayaraq, davamlı olaraq şikayət edərlər. İmam Əli (ə) övladlarına belə tövsiyə verir: Sizə iki şeyi tövsiyə edirəm: birinci İlahi təqva və ikincisi isə işlərinizdə nəzmi.
5. Həyatda hədəfə malik olmaq. O kəs ki, bütün işlərini proqram üzərində həyata keçirər və hədəfə malik olar - müvəffəq və xoşbəxt insanlardırlar. Həqiqi möminin sifətlərindən biri də budur ki, həyatda ali hədəflərə malik olsun və işlərini nəzm və proqram üzərində həyata keçirtsin.
6. Sadiq və düzdanışandır. İslam dininin fəzilətli sifətlərindən biri - sədaqətdir. Mömin insan sadiq və düzdanışandır. Bu insan sadiq olduğu üçün bütün çətinliklərdən çıxış yolu tapa bilir. Riya, nifaq, ikiüzlü olmaq mömin insanın sifətlərindən olmamalıdır. Əgər mömin insan öz düşmənlərinə qarşı belə sadiqcəsinə rəftarlar büruzə versə, faydasına sona çatar. Sadiq insana hamı etimad edir və ona görə də ona hamı ehtiram göstərir.
7. Tənbəl deyildir. Tənbəllik bu gün bir cəmiyyət üçün ən böyük problemlərdən biri sayılır. O cəmiyyətdə ki, möminlər yaşayır, orada tənbəllik olmamalıdır. Tədqiqatlar göstərir ki, fəal və məşğul insanlar daha sağlam və daha xoşbəxt həyata malikdirlər.
Abunə ol bit.ly/2uR7dZv
Kanala ABUNƏ ol: bit.ly/HaciShahin
Rəsmi Veb-səhifəsi: www.hacishahin.az/
Rəsmi Facebook səhifəsi: / hacishahinha. .
Mənbə: RU-vid Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
✆Whatsapp +994-070-878-72-62
ISLAM TV Official
Abunə ol bit.ly/2uR7dZv

Опубликовано:

 

2 фев 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 15   
@renamisiriva8798
@renamisiriva8798 4 года назад
Kiminsə ürəyində ALLAH qorxusu varsa Rəbbim onun üzündən sevinci əskik etməsin. Ya Rəbbim bütün müsəlman bacı qardaşlarımızın üzündən sevinc payını əksik etmə. Amin. İnşallah.
@orxan0015
@orxan0015 4 года назад
ALLAH RAZI OLSUN🙏🤲
@ebulfezeliyev4453
@ebulfezeliyev4453 3 года назад
Allah razi olsun. Allah her birumizin uzunden sevincini eskik elemesin Amin
@user-wp4uu8yt2h
@user-wp4uu8yt2h 4 года назад
Инанырам гардаш. АЛЛАХ комайин олсун брат сагол
@gnadjafova166
@gnadjafova166 4 года назад
Kimsə qəlbimizi qırıbsa neyniyək İnsanın özündən asılı deyil ki...
@videotv9335
@videotv9335 4 года назад
Çox şükür məni tanıyanlarda bilir kədərli anlardan tez çıxıb nəsə cüzi 1 şeylə sevinə bilirəm təki hamının qəlbi allah sevgisi ilə dolsun
@renamisiriva8798
@renamisiriva8798 4 года назад
Amin Amin
@baksana2671
@baksana2671 4 года назад
SALAM. ALLAH HƏR BİRİMİZİ HƏR AN SEVİNCLİ VƏ XOŞBƏXT ETSİN. AMİN YA RƏBBİL ALƏMİN AMİN İNŞALLAH
@renamisiriva8798
@renamisiriva8798 4 года назад
Amin Amin Ya Rəbbil aləmin.
@adaletpesinde6258
@adaletpesinde6258 4 года назад
Mutlu olmak istiyorsan zikir et Allaha ulasmayi dile
@seidqahramanov224
@seidqahramanov224 4 года назад
insan sevilməyə layiqdi hər birimizin kədərli günündə olur sevincli də mən çoc kədərliyəm onagörəki xəstə uşağına görə adamın hər şeyi yaxşı olarsa sevincliyə layiqiq
@renamisiriva8798
@renamisiriva8798 4 года назад
Allahım kömək olsun yetər
@seidqahramanov224
@seidqahramanov224 4 года назад
@@renamisiriva8798 aminnn
@resadmemmedov174
@resadmemmedov174 4 года назад
Asan deyil axı ?hər cür problem .xəstəlik olan halda nə cür sevincli ola bilərsən.hər bir insan axı eyni iman tərzində deyil axı.
Далее
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
Best father #shorts by Secret Vlog
00:18
Просмотров 16 млн
Hacı Şahin: Namaz vacibdir
3:18
Просмотров 6 тыс.
Hacı Şahin 2015 - Dərdimiz nədir (yeni)
19:06
Просмотров 122 тыс.