Тёмный

'MÜHARİBƏ HƏKİMLƏRİ. TRAVMATOLOQ-ORTOPED ƏFQAN CƏFƏROV. WIKIMED.AZ TEGDIM EDIR. DR. AFGAN JAFAROV 

SAGLAM TV
Подписаться 43 тыс.
Просмотров 134
50% 1

Əfqan Cəfərov - Cərrah , Ortoped-travmatoloq.
Cəfərov Əfqan Ayaz oğlu 6 yanvar 1975-ci ildə Lənkəran rayonu Şirinsu kəndində anadan olub.
Əfqan Cəfərov 1992 -ci ildə Boladı kənd orta məktəbini fərqlənməylə bitirdikdən sonra Türkiyənin Adana şəhərində yerləşən Çukurova Universiteti Tibb Fakultəsinə daxil olub. 2000-ci ildə tibb təhsilini başa çatdırdıqdan sonra eyni universitetin Tibb Fakultəsi Ortopediya və Travmatologiya kafedrasında ixtisas təhsilinə başlayıb.
Doktor Əfqan 2007-ci ildə “Tibia plato qırıqlarının cərrahi nəticələri” adlı tezisini müdafiə etdiktən sonra ixtisasını tamamlamışdır. Bu tezis ilk elmi işi olaraq dərc olunub.
Türkiyədə tanınmış ortoped və travmatoloqların qurduğu “Ortopedia qrupu”na qəbul edilərək 2007 - 2009-cu illərdə bu qrupun fəaliyyət göstərdiyi, Adanada yerləşən Xüsusi Ortopedia Xəstəxanasındə mütəxəssis doktor olaraq çalışıb.
Əfqan Cəfərov 2009-cu il iyul ayında “Ortopedia Azərbaycan MMC”ni qurub. Hal hazırda “Ortopedia qrubu”nun Azərbaycan təmsilçisi olaraq İş həyatına davam etməktədir.
Dr. Əfqan Cəfərov Ortopedia və travmatologiya ilə əlaqəli bütün xəstəliklərin diaqnostikası və müalicəsində ixtisaslaşmış olub, bundan başqa Onurğa xəstəlikləri və xarici fiksasiya sahələrində bir neçə elmi tədqiqatlarda iştirak etmiştir.
Dr. Əfqan Cəfərov Türkiyə və Avropanın mötəbər nəşrlərində elmi işləri dərc olunmuşdur. Azərbaycan Travmatoloq və Ortopedlərinin Assosiasiyası İctimai Birliyinin 2008 və 2009-cu illərdə Bakıda keçirdiyi elmi-praktiki konfranslarında travmatologiya və ortopediya müasir texnologiyalar haqqında məruzəçi olmuş və bu konfranslarda elmi problemlərin diskussiyalarında fəal iştirak etmişdir.
Əfqan Cəfərov İki ilə yaxın Xüsusi Ortopedia Xəstəxanasında yaradılan Əl cərrahyyəsi və Mikrocərrahiyyə Şöbəsində çalışıb və bu mövzu ilə əlaqədar özünü təkmilləşdirərək bir çox cərrahi əməliyatlar həyata keçirib.
2006-2007-ci illər arasında eyni zamanda 28 ölkede internet üzerindən təqib edilən Bayer/Record 1 çalışmasının (Bud çanaq oynağı artroplastisi əməliyatını keçirən xəstələrdə dərin ven trombozisi və pulmoner emboli qarşısının alınmasının medikal müalicəsində yeni dərmanın diyərləri ilə qarşılaştırılması ) əsas İştirakçılarından olmuştur.
Əfqan Cəfərov 2013-cü il sentyabr ayında Almaniya Federal Respublikasının Drezden şəhərində Karl Gustov Karus Universiteti tibb fakultəsi, Travmatologiya və Neyrocərrahiyyə kafedrasında təlim keçib.
Dr. Əfgan Cəfərov bir çox beynəlxalq konqres, simpozium və kurslara qatılaraq məsləkdəki təkmilləşdirməsini davam etdirmişdir.Türkiyədə və Avropada bir çox elmi jurnallarda iştirakçısı olduğu tədqiqatları dərc olunmuştur. “Azərbaycan Travmatoloq və Ortopedlərin Assosiasiyası” İctimai Birliyinin 2008-2016-cı illərdə Bakıda keçirilən elmi-praktiki konfranslarda travmatolgiya və otopediyada müasir texnologiyalar haqqında məruzəçi olaraq yer almış və bu konfranslarda mübahisəli məsələlərin diskussiyalarında aktiv olaraq iştirak etmişdir.
Əfqan Cəfərovun vaxtaşırı nüfuzlu yerli və xarici elmi dərgilərdə, ictimai qəzetlərdə və digər nəşriyyat orqanlarında elmi, maarifləndirici tibbi məqalələri dərc olunmuşdur.
Hər il beynəlxalq elmi konfranslarda iştirak edir, elmi məruzlərlə çıxışlar edir.
Doktor Əfqan Cəfərov hal-hazırda Modern Hospital klinikasında həkim cərrah olaraq çalışır. Xəstəxanada ixtisaslaşmış olduğu Ortopediya və Travmatologiya aid bir çox müasir cərrahi əməliyyatları həyata keçirir, eyni zamanda bu sahədə xəstələrə dünya standartlarına uyğun şəkildə xidmət vermək üçün çalışmalarını davam etdirir.
Ölkəmizdə travmatologiya və ortopediya üzrə tanınmış mütəxəssis kimi doktor Əfqan Cəfərov Azərbaycanın taleyüklü məslələlərində öz vətəndaş mövqeyi ilə seçilən həkimlərdən biridir.
2020-ci ilin 27 Sentyabrında başlayan Vətən müharibəsində doktor Əfqan Cəfərov bir an belə düşünmədən könüllü şəkildə cəbhə bölgəsində ordumuza peşəkar həkim olaraq yardım göstərmək üçün müharibə bögəsində yollanmış və orada təşkil olunan hərbi hospitalda sonadək çalışmışdır. Vətən müharibəsində məhs onun kimi əməyi keçən çoxsaylı həkimlərimizin səyi, operativ cərrahi müdaxilələri nəticəsində yüzlərlə yaralı əsgərimizin həyatı xilas edilmişdir.
Hazırda doktor Əfqan Cəfərov travmatologiya və ortopediyada xəstələrin müalicəsi ilə yanaşı yeni nəsil həkimlərə tibbi bilik və bacarıqların öyrədilməsi, başqa sözlə pedaqoji fəaliyyət və habelə elmi tədqiqatların aparılması ilə məğuldur.
Doktor Əfqan Cəfərovla əlaqə telefonu:
050-307-76-66,
(050) 427 03 03;
(055) 220 7178,
(+99412) 949,
(+99412) 570-03-03,
(+99412) 570-20-20
E-mail: eceferov@yahoo.com / info@drefqan.com

Опубликовано:

 

7 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
BU QİDALAR görmə qabiliyyətini gücləndirir
5:44
Hamiləliyin 9 və 10-cu həftəsi
2:20
Просмотров 18 тыс.