Тёмный

Müzəffər Əsgərimiz - Camal İsmayılov 

IreliTV
Подписаться 2,1 тыс.
Просмотров 4,5 тыс.
50% 1

"İrəli" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyilə baş tutan "Müzəffər Əsgərimiz" layihəsinin əsas məqsədi 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini hər zaman yad etməkdir.
Bu filmin qəhrəmanı - Vətən Müharibəsi Qəhrəmanı, baş gizir İsmayılov Camal Vidadi oğlu 1984-cü il 7 iyul Neftçala rayonu, Həsənabad qəsəbəsində anadan olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl, Füzuli və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Hadrut döyüşləri zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin zabitləri ilə birgə Ermənistan ordusunun rabitə qovşağına qoşulmuşdur və erməni hərbçilərinin başqa istiqamətə yönlənməsini təmin etmişdir.
Camal İsmayılovun da daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrdən olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Qeyri-bərabər döyüşlər nəticəsində oktyabrın 19-dan 20-nə keçən gecə Camal İsmayılov və dəstənin bir neçə üzvü şəhid olmuşdur.
2009-cu il təvəllüdlü Əsmət və 2011-ci il təvəllüdlü Əsnad adında qızları olan Camal İsmayılov, hərbi əməliyyatlara yollanmazdan əvvəl oğlunun olacağını öyrənir və övladına Alparslan adını verəcəyini demişdir. 2021-ci il fevralın 12-də onun oğlu dünyaya gəlmişdir və övladına atasının arzusuna uyğun olaraq Alparslan adı verilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. İki qız və bir oğlu yadigar qaldı.
Vətən sağ olsun!
#MüzəffərƏsgərimiz #ireli2022 #AzGF #hərşeyVətənüçün

Опубликовано:

 

6 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 43   
@filaraismayilova3079
@filaraismayilova3079 2 года назад
Cennet meleyim.Cennetine anan qurban.
@TurkAz44days
@TurkAz44days Год назад
Ana, sənə qurban olum. Səninlə ya da dayı ilə danışmaq istəyirəm telefonda. Zəhmət olmasa mənə cavab verərdiz. Çox xahiş edirəm. Sizin qarşınızda baş əyirəm ana.
@ЭльнараМагеррамова-г8з
YAŞAMAQIMADA UTANIRAM KAŞ MƏN ÖLÜYDİM BU OĞULLAR QARDAŞLLAR İGİTLƏR YAŞAYAYDI DÜŞMƏN CƏPƏRLƏRİMİZ MƏNİM CANIM FƏDA OLAYDI SİZLƏR YAŞAYAYDIZ İGİD QƏHRAMAN QARDAŞLLAR 😢😢😢😢😢😢
@cevahirtalibova4022
@cevahirtalibova4022 2 года назад
Sən Türk dünyasının qəhrəmanısan,Hadrut fatehi
@selale5334
@selale5334 2 месяца назад
Allahim cəmi səhidlərimizə rəhmət ersin Qmin
@azerbaijan9221
@azerbaijan9221 Год назад
Allah rəhmət eləsin butun şəhidlərimizə
@ferqaneeliyeva4001
@ferqaneeliyeva4001 Год назад
Ruhun şad olsun allah valdeyinlərə ailənə səbir versin
@sportage9934
@sportage9934 Год назад
Allah ruhunu şad etsin bütün Şəhidlərimizin amin
@salamsalam716
@salamsalam716 Год назад
Hem qehreman hem gozel aule bascisi
@xiaomibaku2298
@xiaomibaku2298 2 года назад
Allah rəhmət eləsin SƏHİDİMİZƏ.Ovladlarina uqurlar arzulayiram
@qarabag3123
@qarabag3123 6 месяцев назад
Allah rehmet eləsin bütün şəhidlərimizə ruhlari wad olsun mekanları cennet olsun
@RaminMustafayev-b3s
@RaminMustafayev-b3s Год назад
Allah rəhmət eləsin şəhid qardasim
@elmarsadiq8095
@elmarsadiq8095 2 года назад
#HADRUTFATEHİ bütün Azərbaycan xalqı səninlə Fəxr və Qürur duyur
@aygundadasova2728
@aygundadasova2728 10 месяцев назад
Can Flara bacı Allah sebr versin.🤲
@ayarabbasov6666
@ayarabbasov6666 2 года назад
Qehrama qardasim senin hakinda ne qeder danisaq azdi allahdan ailene sebir dileyirem cox cetin olsada evladlarin ailen dik dayanib seninle her birmiz fexir edirik uzmanim menim 😔😔
@cevahirtalibova4022
@cevahirtalibova4022 2 года назад
Allah Səni də var eləsin ki,Camalı yaşadırsan, canlı qəhrəman
@ayarabbasov6666
@ayarabbasov6666 2 года назад
Sagolun borcmuzdu
@HAbdullayeva-nh2mf
@HAbdullayeva-nh2mf 9 месяцев назад
RUHUN ŞAD OLSUN QƏHRƏMAN.
@gulnarammmdova5243
@gulnarammmdova5243 2 года назад
Can Filarə bacım,Vidadi qardaşlm😥😥allah bizlərə güc versin,yaramız sagalmaz yaradı,ancaq bizim balalarımız ən uca,ən ali,ən müqəddəs yerdədi.Bəli onlar bizim qəhraman balalarımızdı.
@azizaxmedov3300
@azizaxmedov3300 2 года назад
Yaxinsiniz?
@СананНаджафов-щ8с
@СананНаджафов-щ8с 2 года назад
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun🙏🏻🇦🇿
@leylasukurova9165
@leylasukurova9165 Год назад
Can qurban olum size.Kaş goreydiz indi men ne gundeyem ay Ana..
@valehsuleymanov7460
@valehsuleymanov7460 5 месяцев назад
Allah Cəmi Şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.Ana sən tək Camal Qardaşımızın Anası yox Bütün Azərbaycanın Anasısan.Qəm yemə Ana Camalın yüksəldiyi zirvəyə hər kəs yüksələ bilmir.Şəhid Ailələri bizim başımızın tacısız.
@HAbdullayeva-nh2mf
@HAbdullayeva-nh2mf 9 месяцев назад
QEYRƏTİNƏ QURBAN OLUM VƏTƏN OĞLU.
@sadtbagrova1211
@sadtbagrova1211 2 года назад
Cann ana😥
@elmanesgerov7001
@elmanesgerov7001 2 года назад
Allah bütün şəhidlərimizə rəhmət etsin!🇦🇿
@elekbernovruzov1036
@elekbernovruzov1036 Год назад
Allah rehmet elesin
@mhstisuleymanova5981
@mhstisuleymanova5981 10 месяцев назад
Can Filarə anamız
@gulbnizjfrzade9760
@gulbnizjfrzade9760 2 года назад
ƏFSƏNƏVİ TABORUN CƏNQAVƏRİ😞🥀ALLAH DAİM RUHUNU ŞAD ETSİN İQİD OĞUL ASLAN OĞUL 🤲🤲🤲😭😭😭💔💔💔🥀🥀🥀🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
@ferqaneeliyeva4001
@ferqaneeliyeva4001 2 года назад
Allah sebir versin ruhu wad olsun can wehidim nece aile canll nece qabliyetli bala heyif cavan balalardan
@aminmmmdli5241
@aminmmmdli5241 2 года назад
Allah rəhmət eləsin Məkanın cənnət olsun nur içində yatsın ruhu şad olsun 😭😭
@allahixatirla4584
@allahixatirla4584 5 месяцев назад
Ana sən yaşamalısan sən tək Camalın deyil Azərbaycanın bütün qeyrətli oğullarının Anasısan
@RaminMustafayev-b3s
@RaminMustafayev-b3s Год назад
Allah şəhidlərimizə rəhmət eləsin
@qwertyasdfgh7675
@qwertyasdfgh7675 8 месяцев назад
Can ay bacı, bir tək özün bilirsən ki, nələr çəkirsən. Camal səni Cənnətdə gözləyəcək.
@Самайя-х2е
@Самайя-х2е 2 года назад
😥😥😥😥
@meleknazhuseynova9026
@meleknazhuseynova9026 2 года назад
Hadrut fatehi
@ilgarakhundov1
@ilgarakhundov1 2 года назад
Allah rəhmət eləsin!
@mhstisuleymanova5981
@mhstisuleymanova5981 10 месяцев назад
Səssizlikləri apardı ,əsl hərbiçi xarakteri, məqamın uca olsun vətən oğlu!
@SamsungJ-jl3kh
@SamsungJ-jl3kh Год назад
😢😢😢😢😢
@rnakamilhmidlilr3337
@rnakamilhmidlilr3337 2 года назад
Allah rəhmət eləsin
@arzumemmedova2381
@arzumemmedova2381 2 года назад
Cannn
@Alpaslan_70
@Alpaslan_70 Год назад
Əfsanələr unudulmur
@islamrasulov6017
@islamrasulov6017 6 месяцев назад
Ruhun qarshisinda bash eyirem😢
Далее
Find The Real MrBeast, Win $10,000
00:37
Просмотров 34 млн
Women’s Celebrations + Men’s 😮‍💨
00:20
Müzəffər Əsgərimiz - Fərid Əliyev
14:55
Просмотров 2,6 тыс.
Sevgisizlər | 1 - ci bölüm
32:43
Просмотров 833 тыс.
Find The Real MrBeast, Win $10,000
00:37
Просмотров 34 млн