Тёмный

Məşhurlardan Tolikin sərt sözlərinə cavab... - “Səni deyirlər” qalmaqalı 

Yeni Kanal
Подписаться 234 тыс.
Просмотров 107 тыс.
50% 1

Son günlər Cənubi Azərbaycandan olan müğənni İbrahim Əlizadənin ifa etdiyi "Səni deyirlər" mahnısı Quzey Azərbaycanda da populyar olub. Toylarda, ad günü tədbirlərində, küçədə, meydanlarda azərbaycanlılar bu mahnıya oynayıb, sosial şəbəkələrdə paylaşırlar. İnstaqram və facebook Güneyli-Quzeyli azərbaycanlıların "Səni deyirlər" mahnısına etdikləri rəqslə "partlayır". Deyilənə görə, bu mahnı Urmiya gölünün qurudulmasına etiraz kimi ortaya çıxıb.
Musavat.com xəbər verir ki, mahnını yenidən ifa edən və onu populyarlaşdıran müğənni İbrahim Əlizadə "ATV Xəbər"ə deyib ki, bu mahnını bir toy mərasimində ifa edib. O, deyib ki, mahnını oxuyarkən sevinmək, şad olmaq istəməyib. Müğənninin bildirdiyinə görə, mahnının sözləri də siyasi deyil. Sadəcə Urmiya gölünün qurudulmasına biganə qalınmamasını istəyib. Amma Bakıda bu mahnıya rəqs edənlərə münasibət birmənalı deyil. Getdikcə, "Səni deyirlər"ə rəqs edənlərin ünvanına sərt tənqid də gəlməyə başlayıb. Bu tənqidləri siyasətçilərdən də eşitmək olur, sənətçilərdən də, sıravi vətəndaşlardan da.
Musavat.com xəbər verir ki, növbəti belə tənqidi aparıcı Tarix Əliyev (Tolik) səsləndirib. O, mahnıya rəqs edib, sosial şəbəkələrdə paylaşan şou-biznes nümayəndələrinin ünvanına ağır sözlər işlədib. Tolik bu trendə qoşulanlara “zövqünüzə oppanım” deyib. Sonra isə bu mahnıyla toy tutmaq istəyən müğənniləri nəzərdə tutaraq onlara dirsəyini göstərərk, onları təhqir edib.
Bəs, məşhur fləşmoba qoşulanlar Tolik və digərlərinin onlar haqqında səsləndirdiyi təhqir və tənqidlər haqqında nə düşünür?
Musavat.com tanınmışlar arasında sorğu keçirib və haqlarında səsləndirilən ittihamlara münasibət öyrənib. Müğənni Zenfira İbrahimova deyib ki, onun musiqi zövqünə şübhə edənlər 15 illik təhsilinə baxsın: “Mənim 15 illik musiqi təhsilim var. Səhnəyə gələn gündən özümü inkişaf etdirirəm. Mən necə zövqsüz, musiqidən anlamayan biri ola bilərəm? Birincisi bu flaşmob cənubdakı soydaşlarımza dəstək üçün çəkilib. İkincisi isə sümüyə düşən musiqidir, oğlumla oynadıq, şənləndik. Burada zövqsüzlükdən, savadsızlıqdan söhbət gedə bilməz. Kim deyir ki, “Səni deyirlər” sənət əsəridir? Sadəcə insana xoş gələn musiqidir. Burada qəbahət görmürəm, tənqidlər və təhqirlər yersizdir”.
Müğənni Günay İbrahimli isə bildirib ki, mahiyyətini bilmədən fləşmoba qoşulanları o da qınayır: "Düşünürəm ki, hər şey yerində olsa, daha gözəl olar. Əksər insanlar bu flaşmobun mahiyyətini bilmirlər. Sırf əyləncəyə bağlayırlar, rəqs edirlər. Amma deyim ki, güneyli soydaşlarımız bu axına onlara qoyulan qadağalara görə qoşulublar. Mən də bu flaşmoba qoşuldum, bir layihə idi. Ancaq qoşulmamışdan qabaq məqsəd, mahiyyət - hər bir şeyi ilə maraqlanmışdım. Bir neçə həmkarlarımla dadı-duzu yerində rəqs etdik, kənara çəkildik. İndi mənasını bilən-bilməyən rəqs edir. Düşünürəm ki, etiraz edənlər də sırf buna görə edirlər ki, ay incəsənət üzvləri, mahiyyətini bilin, sonra rəqs edin. Etiraz edənlərin çoxu heç bu flaşmobun nə məqsədlə edildiyini də bilmir. Məncə kim tənqid edirsə, kim rəqs edirsə, məlumatlı bir şəkildə etsin. Hamıya uğurlar arzulayıram”.
Öz verilişində rəqs edərək fləşmoba qoşulan aparıcı Elçin Əlibəyli isə tənqid və təhqirlərdən xəbərdar olduğunu, məsələyə ancaq “El bizim, sir bizim” proqramında münasibət bildirəcəyini vurğulayıb.
Rəqqasə Renka deyib ki, cənubi azərbaycanlılara dəstək üçün fləşmoba qoşulub: “Bir layihə idi, qoşulduq. Öncədən mahiyyətini öyrəndik ki, cənubi Azərbaycanda yaşayan soydaşılarımız onlara qoyulan qadağalara etiraz olaraq bu fləşmoba qoşulublar. Biz də onlara dəstək olduq. Sonra mahnı populyarlaşdı, hər kəs oynamağa başladı. Məncə, tənqid edilənlər mahiyyətini bilib-bilmədən “Səni deyirlər”ə oynayanlardır. Təhqir və tənqidləri öz üzərimə götürmürəm. Çünki bilincli şəkildə bir aksiyaya qoşulmuşam”.
Könül,
Musavat.com
#senideyirler

Опубликовано:

 

9 сен 2018

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 319   
@azerbaycan3809
@azerbaycan3809 5 лет назад
Ay Huseyn Belə bir söz var Deyir dostunu mənə göstər Deyim sən kimsən
@xzr.2937
@xzr.2937 5 лет назад
Ay millet bu cındırları toyunuza çağırıb 10 min pulu qabaxlarına tökende be bilmirsiz quduracaxlar 1 gün??
@zamanzaman1131
@zamanzaman1131 5 лет назад
Ayyy cındırlar xüsusən Torik.....
@esmasamadli5404
@esmasamadli5404 5 лет назад
Ay tolik sen haranin tulasisanki kimese irad tutasan sen get arada vaxtin olanda qeyret ve weref sozunun azerbaycanca menasin oyren, cunki bu sozler sene yaddir
@cavidmammedov8316
@cavidmammedov8316 5 лет назад
Бу тарих кимди хара калди бурнун сохурсан?кет ишинла машгул ол бамбулу?ачаб едирлар сиза на
@anarmustafayev2524
@anarmustafayev2524 5 лет назад
Tolik camaat sene oppanir sen kime oppanirsan? 😂😂😂😂
@duzdueldo1613
@duzdueldo1613 5 лет назад
Tolik sən nəsən ki?Özünü nə hiss edirsən?Kişidən kişi deyil,qadından qadın.Camaat sənə nə qədər təhqir,tənqid yağdırır.
@muradmustafayev5839
@muradmustafayev5839 5 лет назад
Tolik sende başini hara geldi soxursan
@iradehuseyinova6719
@iradehuseyinova6719 5 лет назад
Cox guzeldu oznuzu yormayln superdi rtmikdi
@samirvahabov1307
@samirvahabov1307 5 лет назад
GANIM QANIM MİLLETİM MEKSED CƏNUBDAKI AZERBAYCANLILARA DESTEKDİR MAHNI SÖZLERİ MUSİQİSİ FERK ETMEZ O GÜN OLSUN CENUBLA ŞİMAL BİRLEŞSİN İNŞALLAH BÜTÖV BÖYÜK AZERBAYCAN OLSUN AMİN...
@rzayevfaqet9652
@rzayevfaqet9652 5 лет назад
Mən manıya cənubi Azərbaycana təsdəy,
@samirvahabov1307
@samirvahabov1307 5 лет назад
BU MAHNI CENUBI AZERBAGANLI BACI VE QARDAŞLARIMIZA HEMREYLİK DESTEK OLMAQDIR ...YAŞASIN BÜTÖV AZERBAYCAN TÜRKİYE ........
@qoshqaraliyev541
@qoshqaraliyev541 5 лет назад
Tarix boyu Azərbaycanın milli məfkurəsinə, milli düşüncəsinə,ərazi bütövlüyünə,ermənilərlə yanaşı sapı özümüzdən olan baltalar xəyanət ediblər.
@beyimmammadov3730
@beyimmammadov3730 5 лет назад
Tolki adam yerine qoyanlar geç özleri ¿¿??
@monitortvaz
@monitortvaz 5 лет назад
Tolik kimi savadsız bir insan digər insanlara ağıl öyrədir. Dünyanın sonu gəlib
@user-fu3jm1xs4n
@user-fu3jm1xs4n 5 лет назад
Bu şəkildə yəni yersiz hərəkətlərlə qoyulan hansısa qadağaya etiraz edəndə elə belə də başa düşülərsiz. Çox yersiz hərəkətdir. Dünyada bu qədər düşüncəsiz insanın olması ço, kədərlidir. Qadağalara hoppanıb tullanmaqla və ya əxlaqsızcasına özünü sirkələməklə deyil, adam kimi , hxmının başa dsşəcəyi şəkildə etiraz etmək olar. Baxan hardan bilsin ki, hoppanıb düşmək Urmiya gölünün qurudulması klə sən demə əlaqəli imiş🤔
@lacinehmedov1866
@lacinehmedov1866 5 лет назад
Gezene bir soz villasl olana bir soz oxuyana bir soz ogruya bir soz ersizlere bir soz indide oynuyanlara min soz neylesin bu millet oynamaglda bir birinize cox gorursuz eyer bir insanln ureyi acllrsa Allahada xowdu iwinizde olun oxuyun oynayln bow verin
@user-my9tl1wf5u
@user-my9tl1wf5u 5 лет назад
Tolik özünə elə bil ər axtarır
@FaticiciFaticici
@FaticiciFaticici 5 лет назад
Indide hansi mahniya oynuyacagimiza qarisin ! Hami bu mahninin mahiyyetini cox yaxsi basa dusur. Tolik getsin oz isinnen mesgul olsun
@salehquliyev1430
@salehquliyev1430 5 лет назад
Bizim bəzi müğənnilərin elə mahnıları var ki eşidəndə qarnım ağrıyır nə olub ki o taylı qardaşlarımızın oxuduğu bir mahnı bu qədər qinaqa çevrilir
Далее
Dənizdə 3 yeniyetmə batdı
2:49
Просмотров 16 тыс.
100❤️
00:18
Просмотров 1,2 млн
Tek    olanda    qorxma    -     11   seriya      ( H D )
36:10
Просмотров 78 тыс.