Тёмный

Mədinə Gülgün - Bir damlayam 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 93
50% 1

Şeir: Mədinə Gülgün - Bir damlayam
Səsləndirmə: Roza Tağıyeva
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
MƏDİNƏ GÜLGÜN - BİR DAMLAYAM
Mənim azadlığım dumansız səma,
Təzə dənə dolmuş tər sünbüllərdir.
Mənim səadətim bu el, bu oba,
Bir də şəfəq içən körpə güllərdir.
Mənim arzularım min-min gəncliyin
Həyat yollarında addım səsidir.
Mənim ümidlərim neçə körpənin
Beşik-beşik qalxan qəhqəhəsidir.
Mənim hünərim də, mənim gücüm də
Birlikdir, birliyin öz səsiyəm mən.
Bu birlik eşqiylə hey zaman-zaman
Bəxtəvər-bəxtəvər ötəsiyəm mən...
Mənim nəğmələrim ana laylası,
Ana nəfəsindən almışdır qida.
Şeirim müjdə verən qaranquşlar tək
Yenə qanadlanıb uçur havada...
Mənim dəyanətim Tomris nənəmin
Düşmənə bac verməz vüqarındandır.
Mənim məhəbbətim elin, elatın
Pozulmaz andından, ilqarındandır.
Bir zərrə varlığam, bir damlayam mən,
Bu dərin dənizdə, coşqun sularda.
Sənə minnətdaram, Vətən, ay Vətən,
Yaşasam da harda, olsam da harda.
1971
“Roza Murtuza qızı Tağıyeva 1942-ci ildə Ağcabədi rayonunda anadan olub. 1949-cu ildə Tərtər rayonunda orta məktəbin birinci sinfinə gedib, orta təhsilini 1959-cu ildə tamamlayıb. Elə həmin il Azərbaycan Dövlət Xarici Dillər Universitetinin “Rus dili” fakültəsinə daxil olur. Ancaq orta məktəb illərindən həmişə tədbirlərdə bədii qiraətlə çıxış etməsi, natiqlik qabiliyyəti gənc Rozanın həyat fəaliyyətini başqa səmtə yönəldir.
1962-ci ildə Azərbaycan Dövlət Teleradio Şirkəti tərəfindən keçirilən diktor müsabiqəsində Roza Tağıyeva uğur qazanır. Ona görə də, üçüncü kursdan diktor kimi Dövlət Televiziya və Radio Komitəsində işə qəbul olunur. Həmin vaxtdan bu vaxta kimi Roza Tağıyeva yenə də Azərbaycan Dövlət Teleradio Şirkəti ilə əməkdaşlıq edir.
Roza Tağıyeva iki dəfə ailə həyatı qurub. Birinci evliliyi uğursuz olan diktor ikinci dəfə televiziyaya işıqçı kimi işə düzələn, sonralar isə məşhur diktora çevrilən Rafiq Hüseynovla ailə qurub. Rafiq Hüseynov ilk dəfə efirə Roza Tağıyeva ilə birgə çıxıb.
Onların bu evlilikdən Rövşən adlı oğlu dünyaya gəlib. Ancaq tale elə gətirib ki, Rövşən 1984-cü ildə, 17 yaşında qətlə yetirilir. Bu itki onların arasına soyuqluq salır. Bir müddət sonra onlar ayrılmaq qərarına gəlir. Rafiq Hüseynov sonralar ailə həyatı qursa da, Roza xanım növbəti dəfə həyatını heç kimlə birləşdirmir.
Məşhur diktorlar ailə həyatlarını bitirsələr də, dost qalmağı bacarıblar. Hər zaman bir-birləri ilə əlaqə saxlayıblar. Rafiq Hüseynov dünyasını dəyişəndə Roza xanım keçmiş həyat yoldaşı və həmkarını son mənzilə yola salmışdır.
Diktorluq illərinin ilk dövrlərində Roza xanım haqqında dəhşətli şayiələr yayılmağa başlayır. O zamanlar Bakıda uşaqların oğurlanması barədə söz-söhbət yayılır. Moskvada çəkilişlərdə olan Roza xanımın da oğrular tərəfindən oğurlanması deyilir. Təcili Bakıya çağırılan diktor aeroporta çatanda gözlərinə inanmır. Hər kəs ona ölüb-dirilmiş, xortlamış adam kimi baxır.
Hazırda AzTv-də fəaliyyət göstərən Roza Tağıyeva 1980-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1991-ci ildə isə Xalq artisti fəxri adına layiq görülür”.
#mədinəgülgün #birdamlayam #rozatağıyeva #medinegulgun #şeir #şair #poeziya #ədəbiyyat #biraddimla #biraddimlayol

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
OYUNCAK DİREKSİYON İLE ARABAYI SÜRDÜ 😱
00:16
Просмотров 2,1 млн
# Rural Funny Life Wang Ge
00:18
Просмотров 750 тыс.
pumpkins #shorts
00:39
Просмотров 30 млн
Komedixana  390-cı Bölüm 28.09.2024
55:57
Просмотров 440 тыс.