Тёмный

Məhəmməd Hüseyn Şəhriyar - Getmə tərsa balası (Tam versiya - Arxiv) 

Bachzadeh
Подписаться 3,9 тыс.
Просмотров 2 тыс.
50% 1

"Bach'zadeh" səhifəsinin bir birindən dəyərli izləyiciləri...
Bu günün paylaşımı Azərbaycanımızın dəyərli şairi, böyük ustad, gözəl insan Məhəmməd Hüseyn Şəhriyarın "Getmə tərsa balası" qəzəlidir...
Belə nəql edilir ki, Şəhriyarın Tehranda tibb kollecində oxuyarkən sevdiyi xristian (farsca: tərsa) qız ölkədəki qeyri-stabil vəziyyətlə əlaqədar olaraq ailəsi ilə birlikdə ölkəni tərk etdiyinə görə, həmin qıza bir qəzəl həsr edir...
Getmə, tərsa balası, mən də Sənə sayə gəlim,
Damənindən yapışım, mən də kəlisaya gəlim...
Ya Sən islamı qəbul eylə mənim dinimə gəl,
Ya da təlim elə mən Məzhəbi-İsayə gəlim...
İzn ver toy gecəsi mən də sənə dayə gəlim,
Əl qatanda Sənə məşşatə təmaşayə gəlim...
Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol,
İzn ver, mən də dalınca sürünüb sayə gəlim...
Mənə də baxdın o şəhla gözlə, mən qaragün..,
Cürətim olmadı bir kəlmə təmənnayə gəlim...
Mən cəhənəmdə də baş yastığa qoysam Sənlə,
Heç ayılmam ki, durub cənnəti-məvayə gəlim...
Nənə qarnında Sənlə əkiz olsaydım mən,
İstəməzdim doğulub birdə bu dünyayə gəlim.
Sən yatıb cənnəti röyadə görəndə gecələr
Mən də cənnətdə quş ollam ki, o röyayə gəlim...
Qıtlıq illər yağışıtək quruyub göz yaşımız,
Kuye-eşqində gərək birdə müsəllayə gəlim...
Sən də səhrayə marallar kimi bir çıx, nə olur ki...
Mən də bir seyrə çıxanlar kimi səhrayə gəlim...
Allahından Sən əgər qorxmayıb olsan tərsa,
Qorxaram mən də dönüb dini məsihayə gəlim...
Şeyx Sənan kimi donquz otarıb illərcə...
Səni bir görmək üçün məbəde - tərsayə gəlim...
Yox sənəm! Anlamadım, anlamadım, haşa mən,
Buraxım məscidimi, Sənlə kelisayə gəlim?!
Gəl çıxaq ture-təcəllayə, sən ol celveye-tur,
Mən də Musa kimi, o turə təcəllayə gəlim...
Şirdir Şəhriyarın şeri, əlində şəmşir,
Kim deyir mən belə sir ilə dəvayə gəlim?
Qəzəldə səslənən bir neçə kəlimənin dilimizdə olan izahını da sizlərlə də paylaşmaq istərdik..
Tərsa - xristian
Sayə - kölgə
Damən - ətək
Kəlisa - kilsə
Məşşatə - qədimdə qızları bəzəyən şəxsə verilən ad.
Məhtab - ay işığı
Cənnəti-məva - cənnət diyarı
Nənə - ana
Kuye-eşq - eşq yolu
Müsəlla - cənazə namazı qılmaq üçün məscidlərdə nəzərdə tutulan yer.
Donquz - donuz
Ture-təcəlla - Tur dağının səthi. Tur dağı dini mənbələrə görə Musanın Tanrı ilə əlaqə saxladığı yerdir.
Şəmşir - qılınc

Опубликовано:

 

27 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 4   
@sirzadhsnov1256
@sirzadhsnov1256 6 месяцев назад
Allah böyük Şairimizə rəhmət eləsin
@fatimallahyarova6201
@fatimallahyarova6201 Год назад
❤❤
@user-fl5tu3vh2e
@user-fl5tu3vh2e 3 месяца назад
Allah rəhmət eləsin.
@user-gh9bh5vk7r
@user-gh9bh5vk7r 5 месяцев назад
❤❤❤❤❤❤❤❤
Далее
Heydar Baba'ya Selam (Şehriyar)
28:02
Просмотров 36 тыс.
Məhəmmədhüseyn Şəhriyar - Gəlmə
7:08
Просмотров 55 тыс.
M.E. Sabir  Neylerdin İlahi...
2:12
Просмотров 58 тыс.
Vəfa Quluzadə sirrləri açır.
28:59
Просмотров 288 тыс.
Şehriyar- Han Nene (Şəhriyar-Xan Nənə)
6:38
Просмотров 46 тыс.
Ustad sehriyar amandi gelme cox tesirli
6:50
Просмотров 614 тыс.
Şehriyar, Hüseyne Yerler Ağlar Göğler Ağlar
7:08