Тёмный

Məhəmməd Hüseyn Şəhriyar. "Türkün dili" 

Kafkas Türkü
Подписаться 172
Просмотров 4,5 тыс.
50% 1

Məhəmməd Hüseyn Şəhriyar. "Türkün dili"
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.
Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri eşidənlər, oxuyanlar kəsil olmaz.
Pişmiş kimi, şerin də gərək dad-duzu olsun,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.
Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.
Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarı köynək qızıl olmaz.
Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.
İnsan odu tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsən, belə insan zəlil olmaz.
Hərçənd Sərabın südü çox, yağ-balı çoxdur
Baş ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.
Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.
Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.
Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.
Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.
Azər qoşunu qeysəri-Rumi əsir etmiş,
Kəsra sözüdü, bir belə tarix nağıl olmaz.
Bu Şəhriyarın təbi kimi çimməli çeşmə,
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.
1969

Опубликовано:

 

6 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 7   
@gunelmemmedova1874
@gunelmemmedova1874 6 месяцев назад
Qezellerini severek ve duyaraq dinleyirem ❤
@osmanvyev1475
@osmanvyev1475 Месяц назад
ALLAH RƏHMƏT ELƏSİN AMİN
@SadiqBayramov-tp1vp
@SadiqBayramov-tp1vp 4 месяца назад
Allah rehmet etsin
@babekalkhasov6729
@babekalkhasov6729 Год назад
Allah sənə rəhmət etsin bòyùk sòz ustadl ! Sən həqiqətən sərqin son 100 ildə yetirdiyi ən nəhəg sòz ustadlsan. Səhriyarln dilində, serində turk dili daha da şirinləşir.
@bilgturksoy3296
@bilgturksoy3296 Год назад
@gurkan6962
@gurkan6962 2 года назад
Oxuyan kimdir?
Далее
when you have plan B 😂
00:11
Просмотров 12 млн
СЕКТАТА БЪЛГАРИЯ!
25:46
Просмотров 70 тыс.
Локбатан
14:55
Просмотров 34 тыс.