Тёмный

Mənə ağlı başında olan bir adam göstər - Karl Qustav Yunq 

Rafael Mirzaev || BB Production
Подписаться 21 тыс.
Просмотров 565
50% 1

Salam əziz izləyicilər. Etdiyimiz işi bəyənirsinizsə, şərh yazın, dostlarınızla paylaşın və kanalımıza abunə olun !
Hörmətlə Black Box Production
Dəstək olmaq üçün: kofe.al/@blackboxproduction
Karl Qustav Yunq (26 iyul 1875, Kesvil, Turgau, İsveçrə - 6 iyun 1961, Küsnaxt[d], Sürix kantonu, İsveçrə) - İsveçrə psixoloqu, mədəniyyət fəlsəfəsinə dair bir sıra əsərlərin müəllifi, dərin psixologiyanın banisi. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Karl Qustav Yunq psixologiya elminin öndə gedən dünyada ən tanınmış və bir o qədər də dəyərli elm adamlarından biridir. 26 iyun 1875-ci ildə İsveçrənin Konstans gölü yaxınlığında yerləşən kiçik bir qəsəbə olan Kessvilldə anadan olmuşdur. Atası protestant bir rahib olan Yunqun kiçik yaşlarda özünə qapalı bir uşaq olduğu, xəyallarla dolu bir uşaqlıq keçirdiyi söylənilir.
Ailə keçmişində çoxlu sayda sayda din adamı olan Yunq əvvəlcə din adamı olmağa qərar versə də, sonra Bazel ve Zurix universitetlərinə girdi. 1902-ci ildə universiteti qurtarıb həkim oldu. Bu vaxtı şüuraltı komplekslərə xitab edən sözlü çağrışım testi ilə bir anda tibb dünyasının marağına səbəb oldu. Çağrışım testinə görə terapevt daha öncə hazırladığı bir siyahıdan sözləri oxuyur və xəstədən sözləri eşitdiyi zaman ağlına gələn ilk şeyi söyləməsini istəyirdi. Bu sözlərdən xəstə üçün əhəmiyətli olan önəm daşıyanları şüuraltı kompleksləri hərəkətə gətirərək şüur axımında durğunluq yaradır və saniyəölçən ilə ölçülən çağrışım vaxtı artır.
Yunq 1907-ci ildə Vyanaya gedərək Freydlə ilk dəfə görüşmə fürsəti tapdı. Həyəcanla bir-birlərinə fikirlərini dedikləri aralıqsız 12 saat davam edən bu görüşmədən sonra dostluqları və yaxınlıqları artaraq davam etdi. Yunq Freydi bir ata kimi, Freyd də Yunqu bir oğul kimi sevməyə başladı.
Freyd öz əsəri olan psixoanalizi gələcək nəsillərə çatdırmaq üçün özünün varisi kimi gördüyü Yunqa əmanət etməyə hazırlaşırdı. 1909-cu ildə psixoanalizi tanıtmaq üçün dəvət edildikləri Amerikaya getdilər. Bu vaxt bir-birlərinin düşüncələrini analiz edib, bəzi məsələləri müzakirə edərək bütün vaxtlarını bərabər keçirirdilər. Müəyyən vaxtdan sonra aralarında fikir ayrılıqları yaranmağa başladı. 1912-ci ildə Yunq "Şüuraltının psixologiyası" kitabını çap etdirdikdən sonra Freydlə münasibəti sona çatdı. Çünki Yunq Freydin libidonun sadəcə cinsi meyldən gələn bir enerji olaraq dəyərləndirildiyi teorisini dar görüşlü və insana aid bütün gerçəkliyi və zənginliyi əks etdirməkdən uzaq olan bir fikir kimi dəyərləndirdi.
1911 və 1914-cü illər arasında Beynəlxalq Psixoanaliz Dərnəyinin sədrliyindən istefa verəndən sonra analitik psixoloji nəzəriyələrin əsasını qoydu. 1921-ci ildə çap etdirdiyi "Psixoloji tiplər" adlı əsərində şüurun başlıca 4 əsas fərqli modelini və daxilə dönən xaricə dönən şəklində fərqliləşən davranış modellərinin olduğunu bildirdi. Daha sonrakı illərdə şüuraltının fərdi və kollektiv şüuraltı olaraq 2 növünün olduğunu iddia edirdi. O, şəxsiyyəti kişidə qadın ruhunu əks etdirən anima, qadında isə kişi ruhunu əks etdirən animus kompleksləri şəklində 2 növə ayırdı. Kollektiv şüuraltı arxetiplər adlandırdığı insan irqinin varolduğu dövr ərzində yaşadığı təcrübələrin bir varisi olaraq doğuşdan əmələ gələn enerji ilə yüklü obyektlərdən ibarət idi.
@mail : black1boxx@gmail.com
İnstagram Black Box Production: / black_box_pro
İnstagram Rafael: / mirzaevrafael
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
(Nizami Gəncəvi)

Опубликовано:

 

20 дек 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 11   
@BlackBoxProductionn
@BlackBoxProductionn 6 месяцев назад
Kanalımıza abunə olmağı unutmayın ❤
@aresck1892
@aresck1892 6 месяцев назад
👍👍👍
@BlackBoxProductionn
@BlackBoxProductionn 6 месяцев назад
🙏
@sky_art9955
@sky_art9955 6 месяцев назад
👍🏻👍🏻👍🏻 çox gözəl fikirkərdir
@aguamareo
@aguamareo 6 месяцев назад
Əhsən👏🏼👍🏼
@BlackBoxProductionn
@BlackBoxProductionn 6 месяцев назад
Təşəkkür edirəm 🙏
@VVideo_BloGG
@VVideo_BloGG 6 месяцев назад
Əla iş,uğurlar arzu edirəm,
@BlackBoxProductionn
@BlackBoxProductionn 6 месяцев назад
Təşəkkür edirəm sizə 🙏
@gulsaraumarova9510
@gulsaraumarova9510 6 месяцев назад
Çox əla
@BlackBoxProductionn
@BlackBoxProductionn 6 месяцев назад
Təşəkkür edirəm
@senene850
@senene850 6 месяцев назад
🤔🤔🤔🤔
Далее
ДВЕ МЕДИЦИНЫ В ОДНОЙ СТРАНЕ
43:03
Uğurlu SAAT : Zamanın İdarə Olunması
51:55
Просмотров 8 тыс.
Bir Sualim Var! Kamran Ağabalayev
32:22
Просмотров 7 тыс.
HİKÂYELER (20.Bölüm )| İbrahim Soydan Erden
20:51
Просмотров 474 тыс.