Тёмный

Mən səni sevirəm, müəllim 

Qadın və Uşaqların Təhsilinə Dəstək İB
Просмотров 1,3 тыс.
50% 1

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə çəkilən "Mən səni sevirəm, müəllim" sənədli filmi dörd nəsildən olan dörd müəllimin hekayəsini dörd məktəbin hekayəsi ilə birləşdirir.
Filmin qəhrəmanları Qobustan rayon Sündü kənd tam orta məktəbinin əməkdaşı olmuş Əməkdar müəllim Əhməd Seyidəhmədov, Akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin müəllimi Kəmalə Hümbətova, Qusar rayon İmamqulu kənd orta məktəbinin müəllimi Suqra Cəfərova və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbinin müəllimi Aysel Babayevadır.
Filmin çəkilişləri dörd fərqli sosioloji seqmentə malik məktəbdə aparılıb və dörd nəsildən olan dörd müəllimdən müsahibələr alınıb. Müsahibələr zamanı müəllimlər təhsilə baxışlarını, cəmiyyətin inkişafında təhsilin oynadığı rolu, təhsilverənlərin hansı maneələr və çətinliklərlə mübarizə apardıqlarını, ötüb-keçən illər ərzində nələrin dəyişdiyini, nələrin dəyişməli olduğunu, bir sözlə, təhsillə bağlı öz xatirə və düşüncələrini bölüşüblər.
Qeyd edək ki, layihənin rəhbəri Sevinc Fədai, sənədli filmin ssenari müəllifi yazıçı-ssenarist Tural Cəfərov, rejissoru Emil Alidir.
Layihənin məqsədi cəmiyyətdə məktəbin, müəllimin nüfuzunu artırmaq prosesinə töhfə verməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün isə müəllimlərin çətin və fədakar əməyi, onların rastlaşdığı maneələr, ötüb keçən onlilliklər ərzində təhsil prosesində nələrin dəyişdiyi, nələrin dəyişəcəyi ilə bağlı təəssüratlar filmdə kino dili ilə təsvir edilib.

Опубликовано:

 

4 окт 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Həyat Varsa - Əsl Sevgi
43:08
Просмотров 339 тыс.
Leyla: Hayat…Aşk…Adalet 1. Bölüm
2:07:38
Просмотров 3,7 млн
Müəllimlər müəllimi Əhməd müəllim
19:39