*Əziz İzləyicilər bu sözlərin çox önəmli olduğunu düşündüm və Məhərrəm ayı ilə sıx əlaqli mövzu olduğu üçün sizlər üçün ərsəyə gətirdik.Bəzi Tarixindən xəbəri olmayanlar getsin yaxşı araşdırsın görsün hara hardan gedib bu Məhəbbət.*
Xetib tv Allah razi olsun bu deyerli sohbetleri bizlerle paylaşdiğiniz uçun.Moizeni bele verdiyiniz zaman ses aydin gelir.Sizden bir xahişim var,canli sohbetleri ceken zaman haciya yaxin oturun,hacinin ne dediyi cetinlikle anlaşilir.Teşekkurler xidmetleriniz ucun.
NE GÖZEL. BUNLARI QEYD ETDIZ.BU WAIR VWAIRENIN YAZDIQI GÖZEL WEIRLER MERSIYELERDIR. BIZI XEBERDAR ETDIZ.ALLAH SUZDEN EBEDI RAZI OLSUN. GÖZEL INSAN. HACI WAHIN. ALLAH SIZI QORUSUN.
Allah razı olsun sizdən şərhimi oxuyub dəyər verdiyiniz üçün təşəkkür edirəm Allah sizi var etsin İlahi Amin! İmam Hüseyin (ə) buyurubdur! "Mənim yolumda və əqidəmdə olan şəxs heç zaman Yezidə və Yezid kimlərdən bey'ət etməz ". 👏👏👏👏👐👐👐👍👍❤
Azərbaycan xalqı həmişə Əhli-beyt imamlarına sevgi və ehtiram bəsləmiş, onlara Peyğəmbərin (s) təlimini yaşadan böyük bir məktəb kimi baxmışdır. Azərbaycan şairlərinin yaradıcılığında Əhli-beyt sevgisi əsas motivlərdən biri kimi diqqəti cəlb edir. Uzun əsrlər boyunca sənətkarlarımız imamları mədh etməyi özlərinə şərəf bilmiş, bu yolda bütün istedad və bacarıqlarını göstərməyə çalışmışlar. Azərbaycan ədəbiyyatında Əhli-beyt sevgisinin güclü olmasının səbəblərindən biri ənənəvi məhərrəmlik mərasimləri ilə bağlıdır. Qədim dövrlərdən etibarən sovet hakimiyyəti qurulana kimi Azərbaycanın əksər bölgələrində əzadarlıq mövsümü böyük təntənə ilə qeyd edilirdi. Küçələrdə şəbih tamaşaları təşkil olunurdu. Şəbihlərin əsas məzmunu Kərbəla faciəsini təsvir edən növhə və mərsiyələrdən ibarət idi. Şairlər hər il məhərrəmlik mövsümünü yeni əsərlərlə qarşılamağa çalışırdılar. Təziyə məclisləri, şəbih tamaşaları həm də Əhli-beyt şairlərinin yarışma və rəqabət meydanı idi. Azərbaycan xalqının Əhli-beytə, o cümlədən, İmam Hüseynə (s) sevgisini ilkin yazılı söz abidəmiz hesab edilən, yaranma tarixi etibarilə türk xalqlarının İslam dini ilə tanışlıq dövrünə uyğun gələn “Kitabi-Dədə Qorqud”da da görürük. Dastanın ilk səhifələrində Qorqud Dədə deyir: Qılınc çaldı, din açdı Şahi-mərdan Əli görkli, Əlinin oğulları, Peyğəmbər nəvalələri, Kərbəla yazısında yezidilərin əlində şəhid oldu Həsən ilə Hüseyn iki qardaş bilə görkli. Azərbaycanın böyük oğlu, Şirvan ədəbi mühitinin yetirməsi, iki dəfə həccdə olmuş, İmam Əlinin (ə) Nəcəfdəki məzarını ziyarət edərək bunu “Töhfət əl-İraqeyn” poemasında nəzmə çəkmiş, Xorasana - İmam Rzanın (ə) ziyarətinə yola düşmüş, amma siyasi səbəblər üzündən geri qayıtmağa məcbur olmuş Xaqani Şirvani (1126-1199) öz zəmanəsinin ədalətsizliklərindən şikayət edərkən, özünü İmam Hüseynə (ə) bənzədir (fars dilindən tərcümə): Mən zamanın Hüseyni, ləyaqətsiz insanlar mənim Yezidim və Şimrimdir, Dövranım bütünlükdə aşuradır, Şirvan isə Kərbəladır. XƏQANİ
onlar ereb olublar . bes ne üçün erebler matem saxlamırlar . ne üçün peygember üçün yas saxlamırsınız . allah isteseydi buna yol vermezdi .allah onları öz dergahına aparıbsa sen yas saxlayıb zencir vurmaqla allaha etiraz ve isyan edirsen . her il zencir vurub qan çıxarmaqdansa ac olanların qarnını doyuzdur . onda allahın da senden xoşu geler ımam hüseynin de .
@@eliyevveli8016 “Rəsulum onlara de ki: Men bu dəvətimə qarşılıq olaraq sizdən bir qarşılıq və ücrət gözləmirəm; sadəcə yaxınlarıma Sevgi göstərmənizi istiyirəm” ayət-i (Şura 23)
@@eliyevveli8016 Nuh (əleyhissəlam)ın Gəmisinin yeriməsi batmaqtan və fəlakətdən qurtulmasının əsil səbəbi mübarək Əhli Beyt (əleyhissəlam)ın hörmətinədir. Allahın Rəsulu belə buyurdu: Allah Təala Nuhun qövmünü həlak etmək istədiğində Ona, Tik ağacını ikiyə bölüb gəmi düzəltməsini vəhyetti. Bu işi etdikdən sonra onları nə edəcəyini bilmədi. Cəbrail gəldi və gəminin şəklini ona göstərdi.Cəbrail özüylə birliktə içində 129 min dənə mismar olan sandıq gətirmişti. Hz. Nuh (ə.s) bütün mismarları taxtalara vurduqdan sonra geriyə beş dənə mismar qaldı.Onlardan birini əlinə aldığında birdən parlamağa ve göydəki parlaq bir ulduz kimi işıq saçmağa başladı. Hz. Nuh (ə.s) buna çox heyrətləndi. Allah o mismarı bir şəkildə danışdırdı Peyğəmbərlərin ən üstünü Muhammədin s.a.a.v.s adı mənim üstümdədir. Cəbrail Nuhun yanına gəldi. Hz. Nuh ona dedi ki Bu necə bir mismardı belə? İndiyə qədər belə bir şey görmədim Cəbrail dedi ki:O mismar Allahın yaratdıqlarının ən üstünü olan Hz. Muhamməd s.a.a.v.s adınadır. Onu gəminin ön sağ tərəfinə vur. Sonra ikinci mismarı aldı əlinə.O da parlayıb işıq saçmağa başladı. Nuh Cəbraildən: Bu nə mismardı?deyə soruşduğunda dedi ki: Onun qardaşı və əmisinin oğlu Əli b. Əbu Talibin (ə.s) adınadır. Onu gəminin ön sol tərəfinə vur. Sonra üçüncü mismarı aldı əlinə. O da parlayıb nur verməyə başladı. Cəbrail dedi ki: Bu mismar Hz. Fatimənin adınadır. Onu atasının adına olan mismarın yanına vur. Dördüncü mismarı əlinə aldığında o da parladı ve işıq saçdı. Cəbrail dedi ki Bu mismar İmam Həsənin adınadır. Onu atasının adına olan mismarın yanına vur. Beşinci mismarı əlinə aldığında da parladı işıq saçdı ve ağladı. Nuh Peyğəmbər soruşdu Bu niyə ağladı ? Cəbrail dedi ki Bu mismar şəhidlərin əfəndisi Hüseyin b. Əlinin adınadır. Onu qardaşının adına olan mismarın yanına vur. Sonra Peyğəmbər s.a.a.v.s Onu şəhadətdən düzəlmiş və mismarlarla bağlanmış bir gəmidə daşıdıq.Ayətini oxudu və belə buyurdu şəhadət gəminin taxtaları, biz isə onun mismarları idik. Biz olmasaydıq gəmi yolçularını aparmayacaqdı. Hz.Nuhun (ə.s) gəmisinin yeriməsi batmaqtan ve həlak olmaqdan qurtulmasının əsil səbəbi mübarək Əhli Beyt Hörmətinədir.
Bu qədər mükəmməl izahdan sonrada bəzilərinin ,Hacını və onun xalqımıza çatdırdığı haqq yolu bəyənməməsi çox təəccüblüdür, ALLAH hidayət etsin bu cür insanları.Amin. Qafar qardaş, ALLAH bu əziyyətinin əvəzini həm bu dünyada həmdə əbədi dünyada öz məqamına layiq versin. Amin. ALLAH xalqımızı qorusun.Amin.
Men balaca vaxtimdan Haci Sahine qulaq asiram.ona dua edirem.Cox isteyirem onu.Ozum de bakiliyam,sie namazi qiliram,eza saxlayiram.Ancaq,hemise haqqa haqq nahaqqa nahaq deyirem.Bu hefte Peygemberimizin mubarek dogum heftesidir.dindarlar coxdur kontaktimda.heckim hecne paylasmir heckime dimir,tebrik etmir.hamisi siedir.Haci Sahinden ders alirlar.Mesedidadasa gedirler.Duzdur,dogum gununu qeyd edirler sadece bir gun.ama bele tebrik etmirler birbirlerini.uzlerinde sevgi ve sevinc gormurem.Peygember efendimiz s.a.s de dunyasini deyisib.ona 1 hefte aglayan var? indi hami diyicey hee var beledi heledi.ama goruruk ki ele deyil.O ki Peygemberimizdir..Onu muqayise bele etmek istemirem.Muhammed s.a.s adi yeter
Xətib TV bizdə təşəhəkkür edirik Allah razı olsun sizdən dəyərli kanal hacımızın möizələrini biz Əhli -beyitə sevənlərinə izlətdiyinizə görə Allah sizi var etsin İlahi Amin!!!
ALLAH RAZI OLSUN SİZDƏN HACIMIZ SİZİN SAYƏNİZDƏ ÖYRƏNİRİK BİLMƏDİYİMİZİ ALLAH SİZİ BİZ ƏHLİ -BEYTİ SEVƏNLƏRƏ ÇOX GÖRMƏSİN AMİN!!BİSMİLLAH. DEYİRƏM İLİN 365 GÜNÜNÜ GÜNAH EDİRİK, SYATUSLARDA YÜNGÜL BAYAĞI MAHNILAR, VİDYOLAR QOYURUQ, BƏLKƏ AYILAQ, "MƏHƏRRƏM " AYI GİRİB. " YA HÜSEYN" DEYİRİK, AMMA YEZİDİN VƏ ƏTRAFININ ƏMƏLİNİ EDİRİK. GÜNAH EIƏ HƏMƏN GÜNAHDI, BİR AZ MÜASİR ZƏMANƏDƏ MƏZMUNU DƏYİŞİB. BƏLKƏDƏ GÜNAH ETMƏK VASİTƏLƏRİ ARTIB. EY MÜSƏLMANLAR DİQQƏT ELİYİN, HEÇ OLMASA BU AYIN HÖRMƏTİN SAXLAYIN. BƏZİ RƏZİL GÜNAHLARI EDƏN VƏ İÇKİ İÇƏNLƏR BU AYDA ALLAHDAN UTANIN AXI ALLAH BİZİ İNSAN YARADIB. 😢😢😢🙏🙏☝☝👐👐👐♥♥♥♥♥♥♥
Bu məzəb hardadısa fərqi yoxdu ,hansı ölkədə olur olsun,hansı xalqdan olur olsun, Əhli -beyt (ə)sevgisdi bu qəlbləri bir birinə yaxın edən.Azərbaycanlı oldu,İranlı oldu və yaxud uzaq bir eldə Əhli-beyt(ə)-ə belə hörmət ,sevgi oldusa deməli onun bizimlə qəlbi bir vurur,çünki o qəlbləri bir yerə toplayan məkan belə bilməyən bir Əhli-beyt(ə)sevgisi var,budur bu sevginin sərhəd bilmıyən ilahi gücü.🤲🏴😔
Ehli beyti dunyaya tanidan Azerbaycan turkleri olunki en boyuk numunesi Wah Isayil Xetayidi hettda wiyeliyi irana yayan wexs biz olmuwuq bu gunki wiye olan olkelerin hamisina wah Ismayil yayib bu teriqeti Allah ona rehmet elesin.
Hacıcan çox xahiş edirəm bu günlərdə bu aylarda Əhlibeytə (ə) Aşuraya böyük xidmətlər etmiş Səfəviləri ələxsusda Azərbaycanımızın böyük oğlu Şah İsmayıl Səfəvinidə yad edəsiniz. Çünki bu məktəbi dünyaya tanıtdıran, Əhlibeyt (ə) məktəbinə dövlət, imperiya səviyyəsində dayaq durub rəvac verən Şah İsmayıl Səfəvi atamız olub.
Men milletimi o qeder sevirem ki...Irandan da gelse yenede iran Azerbaycanlilaridi.Cox sevirem seni Azerbaycan.Qelbi gozel olan olan ancaq Ehli beyti seve biler.qelbi gozel olan milletime qurban olum.Azerbaycanlilara Allah en gozel xususiyyetleri verib.Sizi cox sevirem.men Ehli beytime Milletime ve vetenime olan sevgimi hec bir sozle dile getire bilmirem.inanin gozlerimin yasi qurumur.Icdiyim su beh beh olmur mene.olanda da yadima Aqam dusum.boqazimda qalir.
Salam Olsun Bütün Əhli-beyt Müsəlmanlarına! Əhli-beyti Qəbul Etməyənlər Heç Peyğəmbərini də Qəbul etməmişlər! Allah Məhəmməd Peyğəmbər in (s.a.a.s ) Vasitəsilə Dedi Aranızda İki Əmanət Qoyuram Biri Qur'an Kərim Kitabıdı Birdə Əhli-beyti. Ay Bəzi Qanmaz Yolun Azmışlar Allah Sizləri Hidayət Eləsin
allah sizlerden razı olsun çok güzel anlattın süper keşke türkiye de yaşasan biz böyle sohbetlere âciz sayenizde öğreniyoruz öğretiyoruz hakkınızı helal edin kardaşlar allah bizleri ehlibeytin yolunsan ayırmasın âmin .🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷🇦🇿👍👍👍👍😂😂😂😂😂😂😂😂biz iki devlet bir milleyiz ⚘⚘⚘🌷🌷🌷🇹🇷🇦🇿🇹🇷🇦🇿🇹🇷😂😂😂😂😂
قُلْ حَسْبِيَ اللَّهُ ۖ عَلَيْهِ يَتَوَكَّلُ الْمُتَوَكِّلُونَ De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” -Sura Az-Zumar, Ayah 38
Here Bir Quran Ayesi Yazir Bura.Yazinizdan Ele Çixirki Werik Qowuldu.Evvela Hec Kim Ureyi Bilmir.Urekleri Gizlini Awgari Bilen Yalniz ALLAHDI.Ona Gorede Bilmeden Kiminse Haqqina Girmeyin.O Yazida Ele Yazila Biler.Ne Bilirsen Urekde Kim Ne Niyyetle Deyir.
Allah bu ölkəni bu milləti əhli beytin sığınacağı, ƏNSARI qərar verib.Babək ,Şah İsmayıl ,N.Tusi şairlərimiz ,Türkiyəyə(İğdır Qars və onların Avropaya yayılan nəsilləri) MDB-yə yayılıb orda əhli beyti təmsil edirik.Bu millətin dəyəri əhli beytə olan sevgisidir bu yurdu sevmək imandandır
Ей шия ва сани гардашларымыз бирлашин бирлашин она кора км гарабагымызы торпагларымызы ермани душманларимздан ала билак бунун учун ахли бейит ашиглари биза чох лазымдыр бухалгын архасында довлат ва хакимият дурмалыдыр буайын ахыры бутун азари халгы галхмалы гарбагы азадлыгы угрунда нумаиш ва талаб етмалидир яшасын азарбайчан
Mən əzəldən nuri-paki Mustafanı sevmişəm, Şahı mərdan şiri yəzdan Mürtəzani sevmişəm. Yox mənim canımda qorxu atəşi niranidən, Şahi Həsən həm Hüseyni Kərbəlanı sevmişəm. Rəhnümadır cümleyi möminlərə Zeynül İbad, Baqiri, Cəfəri, Musahi, Rizvani sevmişəm. Həm Təqidir, həm Nəqidir, həm imami Əsgəri, Ey Füzuli sidq ilə Sahibi-Zamanı sevmişəm. FÜZULİ
İmam Hüseynin (ə) türbətinə hörmətsizliyin cavabı "Vəsailüş-şiə” kitabının müəllifi Şeyx Hürr Amili "İsbatül-huda” adlı digər bir kitabında belə nəql etmişdir: "Məşhur məsihi təbibi Yuhənna deyirdi: Musa ibn İsanın sarayında olduğumuz vaxt müsəlman sərkərdələrdən biri Kərbəla türbəti ilə sağalan xəstələrdən söz açdı. Bəni-Haşim qəbiləsindən olan bir nəfər onun sözünə əlavə edərək dedi: "Biz əlacı olmayan xəstələrimizi onunla (Kərbəla türbəti) müalicə edirik. Musa ibn İsa Əhli-beytin (ə) qatı düşmənlərindən biri idi. O, İmam Hüseyni (ə) və məclisdəkiləri ələ salmaq niyyəti ilə əyləşdiyi yerə bir az Kərbəla türbətindən tökməyi əmr etdi. Oturmağıyla "yandım, yandım”-qışqırığının ərşə qalxması bir olur. Bu vəziyyətdə məsihi təbiibn də əlindən bir iş gəlmir. Onun ciyərləri parça-parça olub ləyənə tökülür. Sonralar həmin təbib məsihi olmasına baxmayaraq Kərbəlaya, İmam Hüseynin (ə) ziyarətinə gedir və müsəlman olur. Bir dəfə Şah Abbasın sarayında şahın xüsusi qonaqlarından olan bir məsihi alimi belə deyirdi: "İnsanların batinini görməyi bacarıram.” Elə bu vaxt məclisdə oturan Şeyx Bəhai üzünü həmin alimə tutub deyir: Mənim ovcumdakının nə olduğunu deyə bilərsənmi? Həmin alim bir az fikrə getdikdən sonra- "Nə olduğunu bilirəm. Amma sənin ovcuna nə cür sığışdığından təəccüb edirəm. Çünki sənin ovcundakı Cənnətin bir hissəsidir”- deyə cavab verir. Şeyx Bəhai deyir: "Bəli, mənim ovcumdakı İmam Hüseynin (ə) türbətidir. ÝA HÜSƏYN,YA HÜSƏYN ,YA HÜSƏYN. SƏNƏ CANLAR FƏDA. Kərbəla matəmi Bütün peyğəmbərlər İmam Hüseynə (ə) ağlayıblar. İmam Hüseynə beş cür (beş formada) əza saxlayıblar. Tarixdə on beş mümunə vardır ki, Həzrəti Adəm (ə) yarandıqdan sonra, İmam Hüseyn (ə) dünyaya gəlmədən öncə Peyğəmbərlər ona əza saxlayaraq ağlayıblar. İmam Hüseyn (ə) özü dünyaya gəldikdən sonra Peyğəmbər (s), Əli (ə) Fatimə (s), Ummu Sələmə, İmam Həsən (ə), hamısı Hüseynə əza saxlayıblar. Onların da tarixi bizim əlimizdədir. Peyğəmbərlərin də əza saxlaması haqqında külli-miqdarda hədislər var. İbrahim (ə), Nuh (ə), İsa (ə), Zəkəriyya (ə) da ağlayıblar. Zəkəriyya peyğəmbər qocalmışdı. Amma evladı yox idi. Bir gün Beytül-müqəddəsdə ikən buyurdu: İlahi müqəddəs olan adları mənə söylə. Allah müqəddəs olan adları ona buyurdu. Gəlib Mühəmməd (s), Əli (ə), Fatimə (s) və Həsən (ə) -a çatdı. Bu adları dedikdən sonra Zəkəriyya (ə) buyurdu ki, bütün qəmlərim çəkildi və yüngülləşdim. Elə bil ki, dünyaya sanki, yenidən gəldim. Bundan sonra isə İmam Hüseyn (ə)- ın adı çəkildi. Hüseynin adı deyilərkən halım dəyişdi, boğazım qəhərləndi, məni ağlamaq tutdu. Dedim, İlahi bunlar kimilərin adlarıdır ki, hər birinin adı gələndə bir hala düşürəm. Hüseynin adına çatdıqda isə mənim vəziyyətim dəyişdi. Allah bu adlar haqqında bir-bir məlumat verir. Kərbəla hadisəsini Allah Zəkəriyaya bəyan etdikcə oda ağlayırdı. Sonra isə Zəkəriyya (ə) elə orada Allahdan xahiş edərək buyurur: -«İlahi, mənə də bir oğlan ver və o, böyüdükdən sonra onu mənim əlimdən al! O da şəhid olsun və mənim də ürəyim Mühəmməd (s) -ın ürəyi kimi qəmlənsin.» -Allah Zəkəriyyaya Yəhya adlı bir oğul verdi. Yəhya peyğəmbər (s) cavan ikən başı nizəyə vuruldu. Başı nizəyə vurulan iki insan vardır. Biri İmam Hüseyn (ə), ikincisi isə Yəhya (ə). Yəhya da altı aylıq dünyaya gəlib, İmam Hüseyn (ə)- da. Kitablarda da qeyd edilib ki, onların oxşarlıqları çoxdur. İmam Həsən (ə) dünyadan köçərkən Hüseyn (ə)- ı bağrına basaraq ağladı. Buyurdu: Ya Hüseyn (ə), Kərbəlada sənin başına gətiriləcək müsibətlər gözümün qabağından keçir. Sonra ağlaya-ağlaya buyurdu: Ya Əba Əbdillah, heç kəs sənin dadına çatmayacaq. İmam Həsən (ə) Hüseynin rövzəsini deyə-deyə dünyadan köçdü. Bunlar hamısı baş verib. Allah bir rövzəni də qiyamətə saxlayıb. O rövzə qiyamət günü oxunacaq. Onun isə nə zaman olacağını Peyğəmbər (s) bizə buyurdu: «Fatimə (s) bir neçə xanımla məhşərə gəldikdə, ona deyiləcək ki, buyur Cənnətə daxil ol! Fatimə (s) buyuracaq yox getmərəm. Bilmək istəyirəm ki, məndən sonra oğlum Hüseynin başına hansı müsibətlər gətirilmişdir. Həzrəti Zeynəb Şamda olarkən Yəzidə: «Yəzid, qiyamət günü qurulacaq məhkəmədən qorx! Allah orada hakim olacaq. Fatimə (ə) qarşında dayanacaq. Yerin üzərindən, göyün altından hara qaçacaqsan!?»- deyə söyləmişdi. İndi ki, Cənnətə daxil olmursan və bilmək istəyirsən, onda bax Hüseyninə! Rəvayətlərdə var ki, Zəhra (s) məhşərə əlində Hüseynin (ə) qanlı köynəyini tutmuş halda gələcək və məhşər səhnəsində imam Hüseynin əzası qurulacaq. Həmin gün biz hamımız orada bu hadisəni görəcəyik. Orada Fatimə (s)-ə xitab olunacaq ki, ya Fatimə bax Hüseyninə! Xanım görəcək Hüseyn (ə) camaatın arasında dayanıb, amma başı bədənində yoxdur. Peyğəmbər (s) buyurur: «Qızım fatimə həmin gün o qədər ağlayacaq ki, mən də ona qoşulacam, mələklər də peyğəmbərlər də ona qoşulacaqlar. Hüseynin rövzəsi oxunduqdan sonra xanım Cənnətə daxil olacaq.»
salam haci hec ne tesadufu deyil seni allah bexs eleyib belkede sen senin kimier olmasaydi buda beleke elimizde olan cox seyi itirerdik.alalh seni saxlasin
Eger sizin dediyiniz kimidirse,men inaniram ki, sizin dediyiniz kimidir-onda niyye mezheb ayriliqina son qoymuruq,niye hamimiz bir olmuruq.Niye butun dunyaya beyan etmirik ki ,biz ne shiye ,ne de suniyik- biz sadece olaraq muselmaniq.Bayraqimizdaki muselmanciliqi bildiren reng- ele muselman dovletinin remzidir.
*Sünnü Şiə qardaşdı,Orjinal Sünnülük və orjinal Şiəlik hər zaman vəhdət olublar və İmam Hüseynə birlikdə əzadarlıq ediblər tarix boyu. Amma son illər bir qondarma təriqət çıxdı özünü sünnü adlandırdı və sünnülüyə aid olmayan fikirləri öz üzərinə götürdü böyük fitnələr salıb qardaşlığı və vəhdəti pozmağa çalışdılar yad təsirlərin köməyi ilə. Amma şükür ki hər iki tərəfdən də ağıllı düşüncəli ruhanilərimiz var və bu vəhdəti qorumaq üçün əllərindən gələni edirlər Allah onları qorusun*
@@Xetib_Tv hansi sunni ezadarliq edib?? Goster hele birin Allah dan qorx yalan daniwma niye bohtan atirsan Allahsiz Allahsiz daniwma sunni ezadarliq edib yox bir
@@namiqisgenderov1504 Bax busan ey Allah ası dusursen sən bilmirsen ki Allahslz yaradıq yoxdu hər yaradilisda Allah var niye Allahsız deyirsen sən sunnu yox vehabisen