Тёмный

Məni çağırdın gəldim Allahım - Hacı Şahin - Səndən başqa kimə üz tutum?! Bağışla ALLAHım.. 

ISLAM TV Official
Подписаться 244 тыс.
Просмотров 28 тыс.
50% 1

Daha çox moizələr dinləmək üçün abunə olun və bizi izləyin - bit.ly/2uR7dZv
Quranda tövbə sözü həm Allaha və həm də bəndələrə nisbət verilmişdir.
Bəndənin tövbəsi odur ki, günahdan savaba tərəf qayıdar.
Allahın bəndəsinə qarşı tövbəsi isə odur ki, rəhmətini onun üçün açar.
Tövbənin həqiqi mənası budur ki, insan Allaha tərəf hərəkət etsin.
Bütün xata və büdrəmələrindən peşman olub, Allahın rəhmətinə qovuşsun.
Allah-taala Quranda 91 dəfə” Ğəfur” (çox bağışlayan) və 5 dəfə Ğəffar (çox bəxş edən) adlandırılmışdır.
Quranın ayələrinin çoxunda Allah Öz bəndələrini tövbə və istiğfar etməyə dəvət etmişdir.
Təxminən 80-a yaxın ayədə tövbə haqqında söhbət açılmışdır. Tövbələrin qəbul olacağı haqqında danışılmışdır.
Bu ayələrin bəzilərinə nəzər salaq:
1. “Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər?”. (“Ali-İmran” 135).
2. “Hər kim pis bir iş görsə, yaxud özünə zülm etsə (özünə və ya başqasına zülm etsə, yaxud etiqad və ya əməldə günah etsə), sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər”. (“Nisa” 110).
3. “Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir”. (“Maidə” 9).
4. “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. (“Zumər” 53).
5. “Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur”. (“Şura” 25).
6. “(Ya Peyğəmbər!) Mənim bəndələrimə xəbər ver ki, şübhəsiz, çox bağışlayan və mehriban Mənəm!”. (“Hicr” 49).
7. “Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız”. (“Nur” 31).
8. “Ey iman gətirənlər, Allaha - xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil etsin.
Elə bir gündə Allah, Peyğəmbəri və onunla birgə (Allaha) iman gətirənləri xar etməz. Onların nuru (dirilmək məkanı olan) qəbirdən (haqq-hesab mərkəzinə qədər) önlərində və sağ tərəflərində hərəkət etməkdədir.
Deyərlər: «Ey Rəbbimiz, bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Sən hər şeyə qadirsən!»”. (“Təhrim” 8).
9. “Bəs nə üçün onlar, Allah çox bağışlayan və mehriban olduğu halda, Allaha tərəf qayıtmır və Ondan bağışlanmaq diləmirlər?”. (“Maidə” 74).
Ey Allah bəndəsi! Bunu nəzərə al ki, Allah rəhim və bağışlayandır.
Hər nə qədər xata etsən də, Onu incidəcək günahlar etsən də, O, sənə qarşı mehriban və şəfqətlidir.
Çünki bağışlayan və rəhimdir. Ona tərəf qayıdıb, xatalarından peşman olsan, bil ki, Allah səni məyus qoymayacaq və rəhmətini sənə nazil edəcəkdir.
Çünki Quranın tövbə barəsində gələn ayələrinin çox hissəsi bu vədəni təsdiq edir.
Abunə ol bit.ly/2uR7dZv
Kanala ABUNƏ ol: bit.ly/HaciShahin
Rəsmi Veb-səhifəsi: www.hacishahin.az/
Rəsmi Facebook səhifəsi: / hacishahinha. .
Mənbə: RU-vid Hacı Şahin Həsənli Abunə ol - bit.ly/2LnaLx0
Dəyərli izləyicilər əgər videolar xoşunuza gəlsə bəyənin Kanala Abunə olun və şərhlərinizi əlavə edin.Dəstəyiniz üçün hər birinizə ayrı-ayrı minnətdaram
● Videoları paylaşmağa izin verdiyi üçün Hacı Şahinə təşəkkür edirəm.
✆Whatsapp +994-070-878-72-62
ISLAM TV Official
Abunə ol bit.ly/2uR7dZv

Опубликовано:

 

11 фев 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 65   
@imanova16imanova79
@imanova16imanova79 Год назад
YA ALLAHIM🤲🤲🤲🤲HƏMD olsun sənə ALƏMLƏRİN RƏBBİ ALLAHIM🤲🤲🤲
@namazelizade6285
@namazelizade6285 2 года назад
Allahım bizi səndən başqasına möhtac eləmə yarabim
@mehdiagazade4669
@mehdiagazade4669 Год назад
Amin
@namazelizade6285
@namazelizade6285 2 года назад
Allahim hər zaman sənə ehtiyacımız var nə olar bizə kömək et
@semedmahmudov788
@semedmahmudov788 4 года назад
ELHAMDULİLLAH YA REBBİM BİLİB BİLMEDEN ELEDİYİMİZ GÜNAHLARIMIZI BAĞIŞDAA AMMİNN 🤲🤲🤲🤲
@user-77777AZE
@user-77777AZE Год назад
100 ilin ishin, 48 ile gőren Insana Allah Rehmet elesin Amin...
@renamisiriva8798
@renamisiriva8798 4 года назад
Ey Rəhimlilərin Rəhimlinin olan Rəbbim tək inandığım tək güvəndiyini tək qapısına gedib əl açdıgın bizləri qoru bizləri arzularına çatdır. Ümid yerimiz güvən yerimiz olan Rəbbim Rəhimlilərin Rəhimlisi günahı olanların günahından keç bizləri haqqın yoluna qayıttarmaga kömək et AMİN Ilahi bizi özündən başqa kiməsə möhtac etmə Amin
@aynurkerimova7698
@aynurkerimova7698 3 года назад
SALAM ALLAHİM
@aynurkerimova7698
@aynurkerimova7698 3 года назад
Sevuirem
@aynurkerimova7698
@aynurkerimova7698 3 года назад
SEVİREM COOOOX. UREY AYNUR30HEEEE
@aynurkerimova7698
@aynurkerimova7698 3 года назад
Bir bavab noldu
@aynurkerimova7698
@aynurkerimova7698 3 года назад
Noldu
@user-cd9mf7mu1d
@user-cd9mf7mu1d Год назад
BİSMiLLAH : ALLAH ☝️ HƏR ŞEYƏ QADİRDİR . HƏMİN O ALLAHDIR ☝️ ATASIZ USAĞ DÜNYA GƏTİRDİ HZ . İSANI (Ə) ❤️ . HƏMİN O ALLAHDIR ☝️ HZ . İBRAHİMİ (Ə) ❤️ NƏMRUDUN ODUNDAN XİLAS ETDİ . HZ .YUSİFİ (Ə) ❤️ QUYUDAN ÇIXARDI .
@siagayeva4899
@siagayeva4899 4 года назад
Allahim sene canim feda. Ne gözəl Allahımız var Şükür sənə Ya Rəbbəl Aləmin. bizləri bir göz kırpımında belə öz başımıza buraxma.
@gilanzenalovski9428
@gilanzenalovski9428 4 года назад
Ü
@teletezimov6181
@teletezimov6181 3 года назад
Sukur allaha gozel allahimiz var
@mehdiagazade4669
@mehdiagazade4669 Год назад
Rəbbimiz Sizi qorusun Hacı.. Amin.. İnşAllah
@ceyhunallahverdiyev9198
@ceyhunallahverdiyev9198 Год назад
😢😢😢😢😢heri Heci heri Allah bacaran Allahdır....
@samirmurslov
@samirmurslov 10 месяцев назад
Musəlmanlar ALLAHİN YOLU İLƏ ÇETSEYDİLER DUNYA MUSƏLMAN DUNYASİ OLARDİ HAYF COX HAYİF 😢
@sureadgozelova4701
@sureadgozelova4701 4 года назад
Allahim sen ne boyuk qudret sahibisen Menim senden basqa heckimim yoxdu Ilahi etdiyimiz pis emellerimize sehflerimize günahlarımıza gore bağışla bizleri 😥 Haci Allah sizi qorusun cox qulaq asiram size bizleri mariflendrdiyinize gore cox saolun 😔
@seyranquliyev505
@seyranquliyev505 3 года назад
Nə olar Allahim köməyinə ehtiyacım var nə olar köməy ol çətinliydəyəm
@narisamamedov7097
@narisamamedov7097 2 года назад
ALLAH razi olsum inanin en cetin vaxda ozumu bu sozlerle toparliyiram
@MustafaMustafa-hp8st
@MustafaMustafa-hp8st 2 года назад
Nə gözəl danisirsiz.Adamin əsəbləri sakitləsdirirsiz.Allah sizi qorusun.❤️
@semedmahmudov788
@semedmahmudov788 4 года назад
ELHAMDULİLLAH YA REBBİM BİLİB BİLMEDEN ELEDİYMİZ GÜNAHLARIMIZI BAĞIŞDA AMMİNN 🤲🤲🤲
@seidqahramanov224
@seidqahramanov224 4 года назад
aminnn
@fatimeabdullayev4214
@fatimeabdullayev4214 4 года назад
Amin🤲🤲🤲
@sabisab1778
@sabisab1778 3 года назад
Haci Allah sizi bizlere cox gormesin
@seidqahramanov224
@seidqahramanov224 4 года назад
ALLAHIM məhrəmət sahibisən lütf sahibisən səni çağlarında dualarımı məni eşit mənim səndən başqasına tutacağım üzem əlim yoxdu ALLAH köməyimz olsun
@aynuribrahimli6769
@aynuribrahimli6769 4 года назад
AMİN.
@arzuzeynalova6315
@arzuzeynalova6315 2 года назад
Amin
@kaancankaran9331
@kaancankaran9331 Месяц назад
Rabbim rahmet eylesin mekanı cennet olsun. Dinlediğimde yüreğime inşirah iniyor.
@arzuzeynalova6315
@arzuzeynalova6315 2 года назад
Allahin her seye gucu catar
@xlilaslanov6708
@xlilaslanov6708 Год назад
ALLAHIMA QURBAN OLUM
@ozdunyam1096
@ozdunyam1096 4 года назад
Subhenallah Elhemdillilah Allahu Ekber Ya Resulullah bizi özünden basqasina mohtac etme ya Rehman Allah 🤲🙏 Amin 🤲 Hacı qardas Allah'ım sizleri qorusun Amin 🤲🙏 Amin
@renamisiriva8798
@renamisiriva8798 4 года назад
Amin
@qaribankul6076
@qaribankul6076 4 года назад
ALLAHIN SALAMI OLSUN. ALLAH RAZI OLSUN HASBİYALLAHU LA İLAHE İLLALLAHU ALEYHİ TƏVƏKKƏLTÜ VƏ HÜVE REBBİL ERŞİL EZİM. ALLAHU EKBER
@asiftelekom6652
@asiftelekom6652 2 года назад
Allahim menim boyuk Allahim bizē yardim et insallah menim sennen basqa heckimim yoxdu
@idrakbagiszade
@idrakbagiszade 3 года назад
Ya ALLAHİM MİN ŞUKUR
@teletezimov6181
@teletezimov6181 3 года назад
Bismilahi rehmani rehim Merhemetli ve Allahin adi ile
@hesenagayev5621
@hesenagayev5621 4 года назад
Rebbim ellerim sene acilib. Tut ellerimden qaldir en uca zirvene. Ora o qeder gozel yerdi ki, ruhum o zaman rahatliq tapar. Meni sene qovusdur. Hec bir bendeni bu gozel hissden mehrum etme. Amin 🙏
@xeyaleorucova3823
@xeyaleorucova3823 4 года назад
,çox şükürlər olsun allaha qurban olum
@elmanruhibexs2796
@elmanruhibexs2796 3 года назад
Ya ALLAH tek Ümidim sensen senden başqa heçbirkesim yoxdur Anladım bunu. kömək ol mene Ya Rebbim yalvarıram 😔
@hesensahibov7766
@hesensahibov7766 4 года назад
SƏN BİZİ BAĞIŞLA YA RƏBİM.🤲🤲🤲🤲🤲🤲🤲🤲🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@tbitasiqi8641
@tbitasiqi8641 3 года назад
Allah səni qorusun Hacı əmi🤲🤲🤲🤲🤲
@samxalteymurzade6593
@samxalteymurzade6593 4 года назад
Allah sizdən razı olsun o qədər gözəl danışırsızki.İnsanların ümüdi artır.öz əməllərini düzəltməyə çalışır.
@adamadamli9602
@adamadamli9602 4 года назад
Ya Allah komey ol
@user-gk4bp1ji6e
@user-gk4bp1ji6e 4 года назад
Eyy gozel allahim axiretmizi xeyir et. dunya ve axiretimizcun xeyirli olani ver amin
@csurqehremanl4340
@csurqehremanl4340 3 года назад
ALLAH TALAYA YALVARIRAM SIĞINIRAM😢
@valehebilov2245
@valehebilov2245 3 года назад
Dəyərli insan ,var ol.
@fury_ibo3145
@fury_ibo3145 4 года назад
Salam Hacı Adəm Peğənbərdən ətraflı danış çünki hərə bir cür danışır düzünü bilmək istəsirəm Adəm torpağdan yaranıb allahın ruhndan da yaranıb
@elibeyjilayev3792
@elibeyjilayev3792 4 года назад
Haci sahin dediy duani kim duz yaza biler menli heyruk 😔😔
@nazliesger967
@nazliesger967 2 года назад
Menli Ğeyruk
@elibeyjilayev3792
@elibeyjilayev3792 2 года назад
@@nazliesger967ALLAH RAZI OLSUN
@ilhamememmedova6999
@ilhamememmedova6999 3 года назад
na olar hocam yalvareram siza mede xercangiyem mene dua edin cavanam na olar hoca allah sizi qorusun
@nuraysems919
@nuraysems919 2 года назад
Menede dua edin neolar.caresizem🙌
@agamlihbibli4248
@agamlihbibli4248 2 года назад
Allah sizə tezliklə kömək olsun, Əhli-Beytin xatirinə. Amin
@nuraysems919
@nuraysems919 2 года назад
@@agamlihbibli4248 Allah razi olsun.cox sag olun
@agamlihbibli4248
@agamlihbibli4248 2 года назад
@@nuraysems919 Allah cümləmizdən razı olsun. İnşAllah
@nuraysems919
@nuraysems919 2 года назад
@@agamlihbibli4248 Amin
@uviyysuleymanova4357
@uviyysuleymanova4357 Год назад
Salam Aleykum bu hansı moizesidir? Xahiş edirəm mənə yazında. Necə ildə, və ayın tarixini hamsina qulaq asmaq istəyirəm xahiş edirəm.
@ZeynebAgayeva-rx3th
@ZeynebAgayeva-rx3th Месяц назад
Allahım! Səndən, ömrümün keçən günlərində məni lütflərinlə sevindirdiyin kimi, qalan günlərində də sevindirməyini niyaz edirəm. Allahım! Təkliyin, ucalığın, böyüklüyün, kamalın, əzəmətin, nurun, rəfət və rəhmətin, ululuğun, sonsuz gözəlliyin, camal və cəlalın, səltənətin, qüdrətin, ehsanların, lütflərin xətrinə; peyğəmbərin və həbibin həzrət Muhamməd və pak Əhli-beyti hörmətinə məni nemətlərindən, fəzlindən, camal və kərəm təcəllilərindən məhrum etmə! Sən bəndələrinə həmişə səxavətli davranır və hər zaman çox lütf edirsən. Zatən Sənin şəninə ancaq comərdlik yaraşar. Bəxş etdiyin nemətlərə qarşı biz tənbəllik edib həmd və şükrü az eləsək də Sən ehsan çeşmənin suyunu azaltmazsan. Zatən nə qədər çox nemət bəxş eləsən də Sənin xəzinələrindən heç nə azalmaz. Sən Malikül-mülksən, hər şeyin sahibi Sənsən. Allahım! Səndən heybətin qarşısında hər zaman xuşu və xüdu ilə döyünən, yalvarıb-yaxaran bir qəlb, hər əzası ilə səbir edən bir bədən, tam inanaraq, həmişə zikir və həmd edən dil; gözəl, halal və bol ruzi; faydalı elm; saleh əməllərlə dolu, xeyirli, uzun ömür istəyirəm. Ya Rəbb! Heç bir zaman bəraət fərmanını alan biri kimi mənə arxayınçılığa düşməyə fürsət vermə! Könlümə və dilimə zikrini unutdurma! İnayət qalxanını üzərimdən götürmə! Rəhmətinin kəsiləcəyi ilə əlaqəli ümidsizliyə düçar etmə! Nəzarətindən kənar qoyma və yaxınlığından məhrum eyləmə! Gözlənilmədən gələn əzabından, gəlib çatan qəzəbindən Sənə sığınıram; nə olar, məni bunlardan qoru. Həyatımın bütün anlarında, ümidsizlik girdabına düşməməyim üçün həmişə rəhmətin və şəfqətinlə əlimdən tut! Tut əlimdən Allahım, tut ki, Sənsiz heç nə edə bilmərəm! Uca Allahım! Arxa-dayağım Sən ol və mənə yalnızlıq hissi yaşatma, məni bütün qorxulardan əmin eylə! Bəlalardan, afətlərdən, həlak edə biləcək yollardan qoru. Dünyada və axirətdə qəm, kədər, hüzn, iztiraba səbəb ola biləcək bütün əngəllərdən mühafizə eylə. Rəbbim, Sən əsla sözündən dönməz, vəd elədiyinə tərs düşən bir iş görməzsən; nə olar, bizə olan vədlərini də həyata keçir! Rəhməti, mərhəməti, rəfət və şəfqəti sonsuz Allahım! Dərgahındakı yerimi ucalt, dərəcəmi artır və məni əsfəli-safilinə düşən bədbəxtlər kimi olmaqdan qoru! Lütf və nemətlərindən məhrum etmədən, eniş-çıxış yaşamadan həmişə qulluqda bir mərtəbə yüksələn, dərəcələrini artırdığın, əzabınla yox, mərhəmətinlə yanaşdığın, nüsrətinlə dəstəklədiyin, gördükləri işlərdə müvəffəq etdiyin, arxa-dayaq olduğun, təkbaşına buraxmadığın, xəta, qüsur və günahlarını örtdüyün, xəcalət hissi yaşatmadığın, hifz və yardım etdiyin, itkilər yaşamasına fürsət vermədiyin bəxtiyar bəndələrindən eylə! Uca Mövlam! Bütün bunları sadəcə və sadəcə Səndən niyaz edir, istəyirəm. Zira Sən gücü hər şeyə çatan mütləq qüdrət sahibisən! Ey göyləri və yeri idarə edən, yerin üstünə düşməsin deyə göyü yuxarıda saxlayan, “Ol!” fərmanı ilə hər şey anında əmələ gələn, hər şeyə ancaq Özü hökm edən, əskiklərdən uzaq Allahım! Haqqımda təqdir etdiyin və inayətinlə başlama imkanı tapdığım xeyirli işləri ən gözəl, ən uyğun və ən doğru şəkildə tamamlamama yardım et! Sən buna qadirsən və ricam odur ki, dualarıma cavab verəsən. Salət və salam olsun Həzrət Muhammədə, onun pak Əhli-beytinə və əshabına. Həmd olsun aləmlərin rəbbi Allaha. (Həzrət Əlinin (radiyallahu anh) Hizbus-seyf duasından bir hissədir.) Ərzi-hal Allahım! Seçilmiş bəndələrinin sirr kimi saxlayıb, öz dərdlərini Sənə açarkən istifadə etdiyi və Sənin də onların duasına cavab verdiyin gözəl adların xatirinə “imdad eylə” deyərək; yardım gözləyən şəxslərin çağırışına qarşılıq verdiyin isimlərin hörmətinə bizim də dualarımıza cavab ver, arzularımızı həyata keçir. Acizlik və fərqli-fərqli ehtiyaclar içərisində döyünən ürəklərimizi Sənə qovuşmaq arzusu ilə rahatlat, bizi Öz yaxınlığınla sükunətə qovuşdur. Səndən imtahan vəsiləsi olaraq gələn sıxıntı və çətinliklərə qarşı səbirli, haqqımızda verdiyin hökmlərdən razı, təqdir etdiyin nemətlərə qane olub, şükürlə cavab verən, Sənə qovuşmaq üçün can atan qullarından eylə. Ey günahkarlardan belə rəhmət və şəfqətini əsirgəməyən, girdiyi günahlar üzündən büdrəyib yolda qalanlara təkrar ayağa qalxmağa fürsət verən, səmimi istəkləri yerinə yetirən Rəbbimiz! Ey kömək üçün əl açılanların ən xeyirlisi, ən mərhəmətlisi! Edilən şikayətlərə ancaq Sən adil hökm verirsən, sadəcə Səndən istənilən tələblər tam qarışlanır. Hər şeyin sahibi Sənsən. Sənsən əl açıb hər şey istədiyimiz! Qapına ümidlə qaçdığımız və ümidlərimizi də boşa çıxarmayan! Umduğumuzu bizə verən, həqiqi dost, arxa-dayağımız. Nə olar dualarımızı qəbul eylə, günahlarımızı bağışla, əfv eylə! Düşmənlərimizə fürsət vermə, onlara qarşı bizə yardım eylə! Görünən- görünməyən, bilinən-bilinməyən hər cür təhlükədən bizi qoru! Ölkəmizi, dövlətimizi, xalqımızı Sən hifz eylə! Bayrağımızı həmişə ucalt! Düşmən qarşısında bizlərə zəfər nəsib eylə! Allahım! Dünyanın hər cür bəla və müsibətinə qarşı bizə afiyət ver! Olmasına hökm etdiyin şeylərin şərindən bizi qoru. Önümüzdən yaxud arxamızdan gələ biləcək təhlükələrdən bizləri mühafizə eylə. Dünyada və axirətdə üzümüzü utandıracaq hallardan bizi qoru. Bizləri olmalı olduğu yerdə olmayan, durması lazım olan yerdə durmayan, vəzifəsinin haqqını verməyib geri çəkilən bədbəxtlərdən eyləmə! Birlik və bərabərliyimizi qoru. Aramızda əmələ gələn fərqliliklərə görə tənqid və düşmənçilik girdabına düşməkdən bizi hifz eylə! Onları alternativ yollar və yeniliklər kimi görməyi nəsib et! Qəlblərimizi bir-birinə isinişdir, ülfətlə doldur ki, bir-birimizi sevək. Uca Kitabında buyurursan ki: “Allah onların qəlblərini bir-birlərinə qarşı sevgi və dostluqda birləşdirdi. Sən yer üzündə olan hər şeyi versəydin belə, yenə onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Şübhəsiz ki, O qüdrətlidir, hikmət sahibidir.” Bizim buna imanımız tamdır. Könüllərimizi imana və Qurana aç. Aramızda iman qardaşlığı təsis olsun. Allahım, məni, atamı-anamı, yaxınlarımı, üzərimizdə haqqı olan böyüklərimi, iman və Quran xidmətində çalışan qardaş və bacılarımı, bütün möminləri bağışla. Amin! Salavat اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيم إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ۞ اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيم إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ۞ “Allahumma salli alə Muhammədin və alə ali Muhamməd. Kəmə salləytə alə İbrahimə və alə ali İbrahim. İnnəkə həmidun məcid.” (10 dəfə) “Allahumma bərik alə Muhammədin və alə ali Muhamməd. Kəmə bərəktə alə İbrahimə və alə ali İbrahim. İnnəkə həmidun məcid.” (10 dəfə) Tərcüməsi: Allahım! Həzrət Muhəmmədə və Əhli-beytinə, ümmətinə rəhmət eylə; şərəfini ucalt, bərəkətini artır, İbrahimə və İbrahimin ümmətinə rəhmət edib bərəkətləndirdiyin kimi. Şübhəsiz tərifə layiq ancaq Sənsən. Dua nədir? “Qullarım Məni səndən soruşsalar, de ki: “Mən onlara yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər” (Bəqərə, 1/186) Dua, aciz, ehtiyacları çox, hər yönü ilə möhtac və öz gücünün çatmadığının şüurunda olan insanın; təzarru, təzəllül və alçaq könüllülüklə Sonsuz Rəhmət sahibənə üz tutub, halını Ona ərz edərək istədiyini Ondan istəməsidir. Bu da insanın Rəbbinə iman, güvən və etimadının hər şey də Onun tək olduğu (tövhid) həqiqətinin nəticəsidir. Dua, həm imdada çağırış, həm yalvarışdır. Həm də kiçikdən böyüyə, aşağıdan yuxarıya, ərzdən, ərzlilərdən səmaların da irəlisinə yönəliş, tələb, istək və dərdini tökməkdir. Dua edən şəxs, özünün kiçik, yönəldiyi qapının böyüklüyünün şüurunda olaraq əl açıb yalvaranda bir anlıq ülviləşər, səsi mələklərin səslərinə qarışar. Belə bir yönəlişliklə o, arzu etdiklərini əldə edəcəyi ümid edir, digər tərəfdən də qorxduğu və əndişə etdiyi şeylərə qarşı sarsılmaz bir qalaya sığındığını da anlayır.
@ssssnsjsj4761
@ssssnsjsj4761 3 года назад
bos sey di namsz qilram xeyri yox fu is derim duzlmir namaz qabul olmur ki
@samxalteymurzade6593
@samxalteymurzade6593 4 года назад
Allah sizdən razı olsun o qədər gözəl danışırsızki.İnsanların ümüdi artır.öz əməllərini düzəltməyə çalışır.
Далее