Тёмный

Məni tərk etsən 

Miraz
Подписаться 9 тыс.
Просмотров 301
50% 1

Cəlil Cavanşir
sən elə bilirsən,
məni tərk etsən
göy üzü çökəcək, ulduz axacaq
gecə düşməyəcək,
gün doğmayacaq?
gör kimlər tərk edib, unudub, atıb
eh, hardan biləsən səndən öncə də
bunu yaşamışam
bir az darıxıb
sonra alışmışam bu get-gəllərə.
bilirsən,
əvvəl də gedən çox olub
gör kimlər ağladıb,
kimlər ovudub.
sonra peşman olub geri dönənlər
arxamca qan-qarğış edən də olub
ürək üzü bərkdir, çoxdan unudub...
çoxdan unudulub
çıxıb gedənlər...
sən də hamı kimi çıxıb gedirsən
nə fərqi
kimsə var,
ya kimsə yoxdu.
bizdə qadın çoxdu kişi sayından
bir də nə fərqi var sevənim çoxdu?
Vallah, vicdan haqqı
inan sözümə
hələ ki, yerinə namizəd yoxdu...
gedirsən,
bu qədər kandarda durma
qapını tez bağla
hava soyuqdu...
məndən gedənlərdən xəbər al,
soruş.
yaman laqeyidəm
etibarsızam.
“yaman unutqanam,
ürəyi daşam.”
sənə deyəcəklər necə adamam.
sənə deyəcəklər necə “oğraşam”.
mən yorğun adamam, bağışla, çıx get
çıx get,
nə qədər ki, ağlamamışam.
sən elə bilirsən bütün şairlər
içir,
tənha qalır,
sonra ağlayır?
sən elə bilirsən tərk edilənlər
dəbdən yox,
dərdindən saqqal saxlayır?
sən elə bilirsən,
həzin mahnılar
sənin boşluğunu doldurmayacaq?
elə bilirsən ki, daha bu evdə
heç kəsə şeirlər oxunmayacaq?
vallah,
vicdan haqqı,
narahat olma.
vallah düz sözümdü, çıx get, yubanma
məni xoşbəxt etmir birlikdə olmaq
mənim ki yalqızlıq,
təklikdi ancaq.
bir də qadan alım
açarı qoy get,
qapını bağlama,
gələn olacaq...

Опубликовано:

 

15 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 6   
@aykam-va8838
@aykam-va8838 Год назад
Geden gedər, getdiyi gün bitər. Mən gedəni yox, gedən məni itirər. ☝🏻
@khanturebs
@khanturebs Год назад
Giden gitdi, gitdigi gün bitdi. Men gideni däl, giden meni ýitirdi 🇹🇲. ❤🇦🇿❤🇹🇲❤🇹🇷❤
@aykam-va8838
@aykam-va8838 Год назад
@@khanturebs 🙏🏻
@ВагифАхмедов-п8х
İlk
@abolfazlsaeedi9235
@abolfazlsaeedi9235 Год назад
Xahis edirem mesedibaba aydamirovun kitabinin pdf in yukliyesiz sayta🙏🏼🤍
@SWAT155
@SWAT155 Год назад
KİMİN ŞİİRİ BU
Далее
Zəlimxan Yaqub - Seçmə Şeirləri
19:15
Просмотров 103 тыс.
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 46 тыс.
САМАЯ ТУПАЯ СМЕРТЬ / ЧЕРНЕЦ
1:04:43
XƏZƏR SÜLEYMANLIDAN 5 GÖZƏL ŞEİR
8:52
Просмотров 246 тыс.
Musa Yaqub "Sənin günahındır" / Huzur
4:26
İlhamə Quliyeva - Popuri (canlı ifa)
10:03
Просмотров 329 тыс.