Тёмный

Masazırda camaat niyə hoppana-hoppana gəzir? - REPORTAJ 

APA TV
Подписаться 350 тыс.
Просмотров 2,7 тыс.
50% 1

#APATV #Masazır #kənd #asfalt #göl #palçıq #yollar #zibillik
Bu kənd hansısa ucqar rayonumuzda yerləşmir. Bakıdan azca uzaqlıqda yerləşir. Ərazidə yaşayan vətəndaşlar deyir ki, mütəmadi olaraq buradan keçirik və hava azca yağıntılı olan kimi yollar bərbad vəziyyətə düşür. Asfalt deyilən şey yoxdur. Buradakı çınqılları belə sakinlər öz ciblərindən pul xərcləyərək töküblər. Və bu ərazidə yerləşən kanalizasiya xətti gəlib bu yaşıllığa tökülür. Ki, bu kanalizasiya xəttini belə vətəndaşlar öz xərcləri hesabına hazırlatdırıblar.
Doğrusu, materialın girişini təkcə yolsuzluq mövzusu ilə başlamaq istəməzdik. Çünki Masazır qəsəbəsinin az qalsın, hər tin-bucağında min bir problemlə rastlaşdıq. Yarıbayarı asfaltlanmış küçələr, palçıq gölməçəsinə çevrilmiş çınqıl örtüyü, xəttsiz qalmış kanalizasiya boruları və daha nələr-nələr... Bir sözlə, Masazır camaatı varlıq içində yoxluq yaşayır.
Kənd sakini Pənah Mürşüdov deyir ki, uşaqlar məktəbə gedə bilmir: “Təcili yardım gələ bilmir. Özümüz bir yana çıxa bilmirik. Yaşlı adamlarıq. Aidiyyatı qurumlardan əncam çəkmələrini istəyirik. Ki, yolumuza asvalt çəksinlər”.
Pənah dayının çəkdiyi cəhənnəm əzabı təkcə İsmayıl Şıxlı küçəsinin əzabkeş sakinlərinə yox, bütün Masazır əhlinə doğmadır. Məsələn, əlimizdəki mikrofonu görən kimi bizə yaxınlaşan Həsənağa Qasımov da köhnə kişilərdəndir. Deyir, Masazır bir yandan qəm dəryasına batıbsa, o biri yandan da kanalizasiya gölündə boğulur. Hətta kənd camaatı qalstuklu bəylərin faydasız gediş-gəlişindən o qədər təngə gəlib ki, axırda özləri qollarını və ciblərini çirmələyib təzə metodlara başlayıblar.
Kənd sakini Həsənağa Qasımov isə deyir ki, heç zibil yeşiyi də yoxdur: “Bir dənə zibil yeşiyi o kəllədə var. Divarlara mıx vururlar ki, zibili as ora. Görürsən, səhər itlər gəlib dağıdıb, töküb ora. Bələdiyyə işçiləri də gəlib deyirlər, “3 manat ver, 5 manat ver”, güya zibil aparırlar. Aparırlar e, ayda bir dəfə gəlir maşın. Zibil hara atılmalıdır?”
Təfsilatları öyrəndikcə məlum oldu ki, bayaqdan üzərində gəzişdiyimiz asfalt qırıntıları da bəzi sakinlərin geniş ürəyi hesabına ərsəyə gəlib. Onlar gah maşını 200 manatdan torpaq yolu çınqılla döşəyir, gah təkər tapıb üstündə “klass-klass” oynayırlar...
Hazırda üzərində dayandığım bu təkər vətəndaşların xilaskarıdır. Çünki hava azca yağışlı olan kimi, sakinlər məcburiyyət qarşısında qalıb bu təkərlərdən istifadə edir. Onların üzərindən hoppanaraq özlərini getmək istədikləri ünvana çatdırırlar.
Ancaq problemlərin sayı 1 deyil, 2 deyil. Zibillik və asfaltsızlıqla yanaşı, yenə kənd camaatının öz maddiyyatı hesabına inşa olunan bir balaca kanalizasiyayabənzər boru var ki, deyirlər, onun da bir ucundan hazıra nazirlər xoşməramlı sular axıdır.
Pənah Mürşüdovun sözlərinə görə, yaxınlıqdakı binaların çirkab suları onların çəkdiyi xəttə axır: Bax, o hündür binalar var e. Onun xəttini gətirib bizim düzəltdiyimiz kanalizasiya sisteminə qoşublar. Hava yağışlı olanda da su daşır. Həyətlərimizi basır”.
Həsənağa Qasımov isə mövzunu daha da konkretləşdirməyin tərəfdarıdır: “Adı nə idi o binanın? Xəzər idi? Yox, Xəzri İnşaat. Gətirib kanalizasiyan qoşublar bizim xəttə. Nə bir adam gəlib, nə də bir şey. Deyiblər, düzəldəcəyik. Heç nə eləməyiblər. Hansı problemi həll ediblər ki, bunu da eləsinlər?”
Kanalizasiya problemi azmış kimi, camaat bu tərəflərdə Allahın xudmani bir avtobus dayanacağına da həsrət qalıb. Azca bədiiləşdirməyə çalışsaq, sakinlər marşruta minmək üçün gərək əvvəlcə, xəyali dayanacaqda dayanıb gözləsin və nəhayət, magistral boyu göz incidən divardakı yazıları görməzlikdən gəlsin.
Tanış olun, daha bir vətəndaş yaradıcılıq nümunəsi. Bura zibil atanın ölüsünə də, dirisinə də can sağlığı arzu edirlər. İş orasındadır, mənim durduğum yer avtobus dayanacağıdır və dayanacaqla üzbəüzdə zibillərin atıldığını görürük.
Müsahibəyə təqdimatsız keçmək istəməzdik. Ancaq əvvəlcə bu çıxışı dinləməniz lazımdır ki, növbəti açıqlamaları eşidəndə Masazır bələdiyyəsini günah keçisinə çevirməyəsiniz. Deməli, topladığımız bütün şikayətlərlə birgə müraciət etdiyimiz ilk qurum kənd bələdiyyəsidir. Sədrin özü müsait olmadığı üçün bizə açıqlamanı şöbə müdiri Ceyhun İsmayılov verir. Daha çox bəraətə oxşayan müsahibə zamanı öyrənirik ki, nə yol çəkilişi, nə kanalizasiya xətti, nə də digər məsələlərlə bağlı Bələdiyyə heç bir məsuliyyət daşımır. Geriyə qalır ərazidəki təmizlik işləri ki, bu presudurun niyə ləngidiyini də az öncə eşitdiniz.
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TEKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Опубликовано:

 

28 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 11   
@user-kb9gg4vz6i
@user-kb9gg4vz6i Год назад
😭😰canım masazırım çınqıl tökmək dən yorulmuşuq kamazlar qəlib dağıdılar😖
@mircingizagazad8516
@mircingizagazad8516 2 года назад
Çəkilişdən gələndən sonra yarım saat şalvarın ətəyini təmizləmişəm. :(
@matanhacimmemedova5858
@matanhacimmemedova5858 2 года назад
Gör indi biz ne cekiriy
@siyazansiyazan6370
@siyazansiyazan6370 8 месяцев назад
Xarabalıqdıda . Heç yaşanası yer deyil.
@darkin644
@darkin644 Год назад
Men masazirda yaşayıram 3 mertebe terefde bank respublika arenanın yaninds (sabahın stadionu) bizim terefler yaxşıdı emelli başlı komplex tikibler amma evlerimizde bina evidi amma biraz o terefe geden kimi həryer palçıx olur
@ElsevenElseven
@ElsevenElseven Год назад
Burda biz hec zibil maşınıda tapa bilmirik.
@matanhacimmemedova5858
@matanhacimmemedova5858 2 года назад
Berbad i masazir
@mircingizagazad8516
@mircingizagazad8516 2 года назад
Orası elədir. Gedib şəxsən şahidi oldum.
@matanhacimmemedova5858
@matanhacimmemedova5858 2 года назад
He yeni görduzde Allah kömeyin olsun
@reshadcelilabad9529
@reshadcelilabad9529 11 месяцев назад
Vallah masazirda qir golu denilen erazide kanazalsiya sistemi berbat gundedi baxan yoxdu yolar berbad gundedi baxan yoxdu yalanan dediler amma emel eden yoxdur Vallah
Далее
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Просмотров 195 тыс.
Ocaq - Masazır kəndi  01.06.2019
24:47
Просмотров 6 тыс.
Məşhur Biləcəri bazarı niyə boşaldılır?
5:50
Masazırda yol problemi sakinləri təngə gətirib
2:02