söz: Fikrət Qoca
musiqi: Tofiq Quliyev
mahnının sözləri
Mehribanlıq səadətdir,
Səadəti yaşadağın.
Ömrün şövqü məhəbbətdir,
Məhəbbəti yaşadağın.
Üstümüzdən keçdi külək,
Şən zarafat, şirin kələk.
Biz mehriban ailəyik,
Gəlin dostlar, deyək-gülək.
Hər bir evə nur yağdıran
Mehribanlıq işığıdır.
Məhəbbətlə yanan çıraq
Ürəklərdə işıqlıdır.
3 ноя 2019