Тёмный

MİRZƏ ƏLƏKBƏR SABİR. ŞEİRLƏR: "ÖLÜBƏ", "NEYLƏRDİN İLAHİ?", "DOĞRU" 

QorqudFilm
Подписаться 8 тыс.
Просмотров 23 тыс.
50% 1

​‪@QorqudFilm‬ Sizə Azərbaycan satirik şeirinin nəhəngi, dahi şairimiz Mirzə Ələkbər Sabirin üç əsərini - "Ölübə", "Neylərdin ilahi?" və "Doğru" şeirlərini yeni ifada təqdim edir.
İfa edir: Adilə Abdullayeva
Mirzə Ələkbər Sabirin səsləndirilən şeirləri:
PA ATONNAN, NƏ AĞIR YATDI BU OĞLAN, ÖLÜBƏ?
Pa atonnan, nə ağır yatdı bu oğlan, ölübə!
Nə də tərpənməyir üstündəki yorğan, ölübə!
Bu qədər qışqırığa durdu qonum-qonşu təmam,
Dəbərişməz də, veribdir, deyəsən, can, ölübə!
Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,
Ölülər yatmağıdır, yox buna payan, ölübə!
Çox sovuqdur çıxan ahəstəcə tək-tək nəfəsi,
Bədənində donuşub, laxtalanıb qan, ölübə!
Cumuxub canına bitlər, birələr, hiss edəmir,
Çalsa əqrəb də hənuz eyləməz amman, ölübə!
Hansı bir doktora ərz etdim onun illətini,
Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölübə!
Nə masaj ilə, nə məsnui-tənəffüslə bunun
Və nə dağ ilə olur dərdinə dərman, ölübə!
Bunu hətta düşünüb cümlə müsəlman uşağı
Нər vilayətdə deyirlər: pa atonnan, ölübə!
Məzəli lap bu ki, bir parə urus damaları
Qoşulub bunlara derlər ki: müsəlman ölübə!
Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,
Tapmasan çarəsini sən də de ordan: ölübə!
DAŞ QƏLBLİ İNSANLARI NEYLƏRDİN, İLAHİ?
Daş qəlbli insanları neylərdin, ilahi?!
Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!
Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, --
Bilməm belə dövranları neylərdin, ilahi!
Məzlumların göz yaşı dərya olacaqmış, --
Dəryaları, ümmanları neylərdin, ilahi?
Səyyadi-cəfakardə rəhm olmayacaqmış, --
Ahuləri, ceyranları neylərdin, ilahi?!
Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, --
Toxm əkməyə dehqanları neylərdin, ilahi?!
İş rəncbərin, güc öküzün, yer özününkü, --
Bəyzadələri, xanları neylərdin, ilahi?!
Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, --
Dildadeyi-irfanları neylərdin, ilahi?!
Surtuqlu müsəlmanları təkfirə qoyan bu
Döşdüklü müsəlmanları neylərdin, ilahi?!
Yaxud buların bunca nüfuzu olacaqmış, --
Beş-üç bu süxəndanları neylərdin, ilahi?!
Qeyrətli danosbazlarımız iş bacarırkən, --
Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!
Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, --
Evlərdəki nisvanları neylərdin, ilahi?!
Tacirlərimiz Sonyalara bənd olacaqmış,
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!
Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!
Baxdıqca bu hikmətlərə heyran oluram həp!
DOĞRU
Doğru deyən olsaydı yalançı usanardı,
Avarə qalanlar dəxi bir söz də qanardı!
Sabitqədəm olsaydı əgər yar vəfadə,
Aşiq dəxi qaçmazdı bəladən, dayanardı!
Əqval ilə ə’mal bir olsaydı, yəqinən,
Bunca denilən sözlərə məxluq inanardı!
Münsif həqə həq, batilə batil söləsəydi,
Əlbəttə ki, nahəq söləyən şəxs utanardı!
Şəxsiyyə qərəz, yatmışa laylay deməsəydi,
Qəflətlə yatan gözlərimiz bir oyanardı!
Gər ağzı küləkli kişilər püfləməsəydi,
Bir şəm’ ki, asudə yanır, həm də yanardı!
Həq söyləyənin küfrünə hökm eyləməsəydik,
Həqgu məgər öz fikrini gizlərdi, danardı?!
#MirzeElekberSabir #Qezel #Seslikitab

Развлечения

Опубликовано:

 

9 июл 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 54   
@QorqudFilm
@QorqudFilm Год назад
Mirzə Ələkbər Sabir bədii varlığı ilə həmişə diridir!
@Gunel-vj7fe
@Gunel-vj7fe 4 месяца назад
Dahi saire Allah rehmet elesin
@QorqudFilm
@QorqudFilm 2 месяца назад
Amin
@ilhammovsumov8969
@ilhammovsumov8969 4 дня назад
Allah sənə qəni-qəni rəhmət eləsin ay Sabir.Səndən daha gəlməz.❤❤❤❤❤❤❤
@QorqudFilm
@QorqudFilm 3 дня назад
Təşəkkür edirik
@ayka6549
@ayka6549 Год назад
ALLAH BÖYÜK ŞAİRİMUZƏ QƏNİ QƏNİ RƏHMƏT ELƏSİN MƏKANI CƏNNƏT OLSUN AMİN
@QorqudFilm
@QorqudFilm Год назад
Allah rəhmət eləsin. Sizsə, var olun!
@vuqarquliyev7809
@vuqarquliyev7809 9 дней назад
ALLAH SEE REHMET ELESİN DAHİ ŞAİR
@QorqudFilm
@QorqudFilm 3 дня назад
Çox sağ olun
@xaveralekberova4002
@xaveralekberova4002 День назад
Allah böyük şairimizə rəhmət eləsin
@resmiyyemelikova4241
@resmiyyemelikova4241 5 дней назад
Allah köməyiniz olsun, Allah dahi mütəfəkkir şairimiz Mirzə Ələkbər Sabirə və bütün Şəhidlərimizə rəhmət eləsin məkanları cənnətlərdə olsun inşa Allah. 😢😢😢
@QorqudFilm
@QorqudFilm 3 дня назад
Çox sağ olun
@fillayvovich4085
@fillayvovich4085 10 дней назад
Этта индики заманчун дэ нэ гэдэр актуалдыр❤ Бу ганунсузлуг, озбашналыг, рушвэхорлуг… бутун мэнфи вэ миллэтэ зидд , гочулуг,- Бакыдан гэлмирми?? 100% Район мэмурларыны муаличэ етмэк олар, бакы гулдурларыны,- инанмырам!
@Ravid_Yehyayev
@Ravid_Yehyayev 4 месяца назад
Bedbextciliyimizde odurda Şair! Herkes biz muselmanlari olü gordu başimiza oturdu
@QorqudFilm
@QorqudFilm 4 месяца назад
Dinlədiyiniz üçün təşəkkür edirik
@user-zg5gb8wm1j
@user-zg5gb8wm1j 7 месяцев назад
Аллаh сизэ рэhмэт елэсин, Олулэр.
@QorqudFilm
@QorqudFilm 7 месяцев назад
Amin. Dinlədiyiniz üçün çox sağ olun
@sayadmamedov9877
@sayadmamedov9877 2 дня назад
🤲🤲Аллаh раhмат елесин
@aslanalekberov3870
@aslanalekberov3870 7 месяцев назад
Allah rəhmət eləsin
@QorqudFilm
@QorqudFilm 7 месяцев назад
Amin. Dinlədiyiniz üçün çox sağ olun.
@user-wc6dy3ic7g
@user-wc6dy3ic7g 5 дней назад
Аминь
@QorqudFilm
@QorqudFilm 3 дня назад
Təşəkkürlər
@vuqarhuseynov4857
@vuqarhuseynov4857 4 дня назад
Chox minnetdaram.ardi gelsin
@QorqudFilm
@QorqudFilm 3 дня назад
Təşəkkür edirik
@AsifEhmedov-f5e
@AsifEhmedov-f5e 4 дня назад
😢Allah sənə gəni Qəni rəhmət eləsin.Mirzə,elə bil sağsan.Bu zamanəni görürsən.
@QorqudFilm
@QorqudFilm 3 дня назад
Təşəkkür edirik
@sekinetahmezova7567
@sekinetahmezova7567 7 месяцев назад
Harınlamış kişilər baboşları, bayramları sevecekse, evdə qalıb qarımış qızları NEYLƏRDIN, İLAHİ.
@QorqudFilm
@QorqudFilm 7 месяцев назад
👍
@ayka6549
@ayka6549 Год назад
👍👍👍
@QorqudFilm
@QorqudFilm Год назад
Çox sağ olun!
@surayyaosmanova6129
@surayyaosmanova6129 День назад
Deyirlər zəmanə dəyişir. Zəmanə deyil, dövran dəyişir. Hər dəfə Sabirin şeirlərinə qulaq asanda heyrətə gəlirəm. Dövrünün çöx savadlı, geniş dünyagörüşlü adamı olub. Sovet quruluşunu bəyənmirik, amma o dövrdə fəhlə-kəndli sinfi ön plana çəkildiyinə görə Sabirin əsərləri itib-batmadı. Məktəbdə təblig olundu. İndi də belə kanallarda qulaq asırıq.
@user-sj4ho4pf5z
@user-sj4ho4pf5z 3 дня назад
Allah rəhmət eyləsin dahi şairimizə
@QorqudFilm
@QorqudFilm 2 дня назад
Amin
@SemkirSemkir-pv8xi
@SemkirSemkir-pv8xi 3 дня назад
Çox gözəl qiraət❤
@QorqudFilm
@QorqudFilm 2 дня назад
Təşəkkür edirik
@user-qq9js5ov9g
@user-qq9js5ov9g 3 дня назад
Salamlar .abune oldum .
@QorqudFilm
@QorqudFilm 2 дня назад
Var olun!
@tiava2319
@tiava2319 Год назад
👏👏👏
@QorqudFilm
@QorqudFilm Год назад
👏👏👏
@vusal8339
@vusal8339 3 дня назад
Hər şairin hünəri deyil hər devrə ait şeir yaza bilsin MİRZƏ ƏLƏKBƏR SABİR imiz kimi
@QorqudFilm
@QorqudFilm 2 дня назад
Çox sağ olun
@raufabasov4880
@raufabasov4880 2 дня назад
Cox üzr istəyirəm. 1.19 da masaj sözü var. Məncə o vaxt hec masaj olmayıb. Zəhmətiniz əvəzsizdi. Allah dahi şairə rəhmət eləsin.
@vugarkhalilov8365
@vugarkhalilov8365 День назад
Səhv edirsiniz. Nəinki, 20- ci əsrin əvvəllərində, hətta 19-cu əsrdə, masaj da var idi, məsnui- tənəffüs ( süni nəfəs) də.
@raufabasov4880
@raufabasov4880 20 часов назад
@@vugarkhalilov8365 bağışlayın ki bu barədə danişiram. Elə masaj da deyilirdi?
@РвовоаооаОкоаопопо-ъ7ы
😂😂👍
@QorqudFilm
@QorqudFilm 3 дня назад
👍
@user-qo4lk7qi8i
@user-qo4lk7qi8i 4 дня назад
Bəzi yerlərdə təsadüf olunur aşa-ətə Müftə ğörcək tuturam kəndimi bozbaşa-ətə Xoşlanıram tüstüsü çıxcaq kababın Ac pişik tək cumuram şövq ilə birbaşa ətə. Necə də bu ğün üçün aktual səslənir.
@QorqudFilm
@QorqudFilm 3 дня назад
Çox sağ olun
@user-fl7pn9mm7x
@user-fl7pn9mm7x 4 дня назад
Аллах рехмет елесин сене гонщу
@QorqudFilm
@QorqudFilm 3 дня назад
Çox sağ olun
@blackdanger1770
@blackdanger1770 День назад
Allah rehmet elesin sene Sabir .irgendjemand müselmanlardan .Belvedere Mehemmed Peygenberin getirdiyi din bele olmayib .
@afetceferova1409
@afetceferova1409 7 месяцев назад
Allah raxmet etsin boyuk shaire.
@QorqudFilm
@QorqudFilm 7 месяцев назад
Amin. Dinlədiyiniz üçün çox sağ olun
Далее
Mirzə Ələkbər Sabirin ilk və yeganə müsahibəsi
6:24
Dünya Bir Pəncərədir- Mirzə Ələkbər Sabir
53:34
Harda müsəlman görürəm qorxuram.(M.Ə.Sabir)
1:45
Muxtarın övladlarının başına nə gəldi?
6:24
Просмотров 31 тыс.
Опасный момент
0:23
Просмотров 3,7 млн
Медвежий папа
1:00
Просмотров 5 млн
Ах как прекрасно
0:17
Просмотров 29 млн
Это реально работает?!
0:33
Просмотров 3 млн