Тёмный

Mikayıl Müşfiq - Yenə o bağ olaydı - Kamran M. Yunis 

Kamran M. YuniS
Подписаться 40 тыс.
Просмотров 12 тыс.
50% 1

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından.
Qardaşından, bacından
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən, ey əsmər bənizli.
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha məsud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!
Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindən,
Yapışaydım belindən.
Xəyalımız üzəydi sevda dənizlərində,
Ləpələr üzərində.
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.
Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!
Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şerə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bəzən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!
Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.
Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, həyat yeni...
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən.
Azadlıq ölkəsində daha şad olacaqdır, Dünya dad alacaqdır.
Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?

Кино

Опубликовано:

 

1 июл 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 100   
@user-ht5nx2mq9i
@user-ht5nx2mq9i 8 месяцев назад
Her şeye göre sağolun Allah cavan geden sairimizede rəhmət edsin cavan gedsede qəlbi böyük olub var olsun vetenim Azərbaycan.
@renaagabekova1741
@renaagabekova1741 3 года назад
ÇOX SEVIRƏM BU ŞEYRI ƏMINƏ YÜSIF GIZI BU ŞEYRI SÖYLƏYIR .ALLAH XAMINIZI GORUSUN AMIN . VAY O GƏLBƏ KI , BOŞDU!
@rsadmmmdov2102
@rsadmmmdov2102 3 года назад
ALLAH Mikayıl Müşfiqə rəhmət eləsin!
@ValehValeh-ct1wi
@ValehValeh-ct1wi Месяц назад
Allah sənə rəhmət eləsin. Sənin şeirlərindən heç yerdə yoxdu. 👍
@yeganequliyeva664
@yeganequliyeva664 Год назад
Nə gözəldir səhərlər bizim böyük ruhumuz, Aşıb-daşan duyğumuz. 🎧🌹🌹🌹🌹🌹🌹🌹🙏
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Ruhu şad olsun nakam Şairimizin🙏
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 года назад
Kaş, yenə o bağ olaydı.. Qayğısız illəri, küləklər apardığı o bağ.. Kaş, yenə o bağ olaydı, uşaqlığımızı qoyub gəldiyimiz o bağ.. Kaş, yenə o bağ olaydı, özümüzü hamıdan ağıllı sandığımız o yaşdakı biz olaydıq o bağın sakinləri.. Sevdalar ölkəsi, O söyüd kölgəsi...
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Bu nə gözəl şeirdi, bu nə gözəl mənzərə,....❤️
@kamashemsa.8435
@kamashemsa.8435 2 года назад
ALLAH UNUDULMAYAN ŞAİRİMİZƏ RƏHMƏT ELƏSİN! SİZƏ UZUN ÖMÜR VERSİN ƏZİZ SƏNƏTKARIMIZ!
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Duyğular daha incə, fikirlər daha dərin, Ürəklər daha sərin❤️❤️
@mehribanhetemova3273
@mehribanhetemova3273 4 года назад
Ey dahi Muşfiq! Kimlərə qaldı dünya ...Bu misraların sehrində Kamran bəyin ecaskar səsilə ruhum uçur, uçur... Heç dönmək istəmir Haqqınızı halal edin Kamran bəy Sizin ifanıza qulaq asanda uşaqlığımda nağıllara qulaq asanda olduğu başqa aləmə düşürəm ... Problemləri və bu dünyanı az da olsa unuduram...
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Bu nə gözəl şeirdi....bu nə gözəl ifadı....Elə ifa edirsiniz ki,......sizi duyaraq dinləmək özü bir başqa hissdir. Var olun DƏYƏRLİ SƏNƏTKARIMIZ.
@rokkimarcisano9332
@rokkimarcisano9332 Год назад
Bu cur ince qelbli insana nece qiymaq olardi axi.. 😢😢ALLAH REHMET ELESIN
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 года назад
İnsan "yenə o bağ olaydı" deyə köks ötürüb, ötən günlərə peşman olmaq istəmirsə əgər, gərək ki, hər anın qədrini bilsin. Gərək ki, bilsin bir də heç vaxt bu günkü kimi olmayacaq heç nə. Heç kim sabahın olacağını belə bilmir... Sabahlar müəmmadır.. Sabahlar qaranlıq.. Dünənlər bulanıq... Bu gün isə işıqlı.. Aydın.. Gözəl.. Əgər ki, darıxdığınız biri varsa həyatınızda, Əgər ki, əlinizi uzadanda ona çatarsa əliniz, Uzadın əlinizi.. Qorxmadan, çəkinmədən uzadın o əli.. Atın o ilk addımı.. Edin o ilk zəngi.. Yazın o ilk mesajı.. "Bağışla" deyin, günah onda olsa belə... "Bağışlayın" günah sizdə olsa belə... Sabahlar müəmmadır... Sabahlar qaranlıq... Dünənlər bulanıq... Bu gün isə işıqlı.. Bu gün isə günəşli...
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 года назад
@@aghayevnemat9883 Duayn ürəyiniz var olsun. Nə xoş
@validamamedova2237
@validamamedova2237 4 года назад
Salam qızım.Necəsən?Bəli, zamanın qədrini bilmək lazımdır.Unutmamalıyıq ki, saat əqrəbinin hər cüzi tərpənişi onu bizdən ayırır.
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 года назад
@@validamamedova2237 Tam haqlısan əzizim
@kitaplarvmahnilar.6304
@kitaplarvmahnilar.6304 3 года назад
Çox gözəl deyirsiz zamanımızında ətrafındakı sevdiklərimizində qiymətini bilməliyik onlar həyatda bizlərə verilmiş olan ən gözəl hədiyyələrdir. Saatın əqrəbi necə hərəkət edirsə həyatda bu cür hərəkət edir keçən 1saniyənidə geri qaytarmaq mümkün deyil buna görədə əlimizdəkilərin qiymətini əlimizdəyikən bilmək lazımdır .
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 года назад
"Yenə o bağ olaydı..." Ədəbiyyatı mənə sevdirən, şeir yazmaq hissini ilk dəfə ruhuma ilmə - ilmə işləyən, məni ilk həyəcanlandıran, ilk əzbərimi, ilk şeirdən təsirlənmə duyğularımı, ilk təsəvvürümü, bu möhtəşəm ədəbiyyat incisinə borcluyam... Bu gün sözün əsil mənasında "yaza" bilirəmsə əgər, bunu o duyğulara borcluyam. Bəy, həqiqət çoooox bəyəndim. Çooox gözəl işdir. Bilirəm çox əziyyət çəkmisiniz bu şeiri ərsəyə gətirərkən. Ancaq bilin ki, dəyərdi. Və, haqqınızı halal edin böyük insan. Böyük işdir. Tanrı qorusun sizi.
@nicatmursudova5356
@nicatmursudova5356 4 года назад
❤🌹
@qurbanqurbanov1114
@qurbanqurbanov1114 Месяц назад
Allah qəni qəni rəhmət eləsin.Lənət Olsun rusun Ləpirinə!
@rsadmmmdov2102
@rsadmmmdov2102 3 года назад
20-ci əsrin ən gözəl,ən mənalı şerlərindən biri..
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Axşamınız xeyir Ustad🙏
@rizvaneliyev7334
@rizvaneliyev7334 Год назад
Yenə o bağ olaydı. Bu şeiri 2007 ci ilde mən 9 cu sinifdə oxuyurdum ədəbiyyat dərsində hamsini öyrənmişdim lövhədə danışırdım müəllimə yarıda saxladı ki otur öyrənmisən o vaxtdan ürəyimdə qalıb çox pis olmuşdum heç vaxt unutmaram kaş yenə o bağ və o illər olaydı geriyə dönmə şansimiz olaydi
@sevincnovruzova9686
@sevincnovruzova9686 4 года назад
Səni tez tez göreydim,qələmə söz vereydim......Yenə o illər olaydı...Heyf ki,yaşananlar geri dönmür.Bir xatirəyə çevrilib yaddaşın bir küncündə gizlənir.
@nurcahan6353
@nurcahan6353 4 года назад
Mikayıl Müşfiq-Ruhunun Şah əsəri 🌹
@yeganequliyeva664
@yeganequliyeva664 3 года назад
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham! ❤️❤️Dinlədikcə insanın ruhu dincəlir! 💖💖💖
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 года назад
Axşamınız xeyr olsun deyerli insan. Yeni şeir yazırdım, bildirim gəldi... Uçdu getdi fikirlər... Başqa diyarlara.. O bağa.. Əsmər bənizli...
@validamamedova2237
@validamamedova2237 4 года назад
Sabahlarımız xeyirliyə doğru.İnşallah.Səsinizə qüvvət, canınıza sağlıq.Çox möhtəşəm.Ən çox sevdiyim şeirlərdən.Çox sağ olun ki iki xəstəyə baxa-baxa bizləri yaddan çıxartmırsınız.Necə vərdiş yaranıbsa hər gün şeirlərinizi dinlənilməsə, rahatlıq qaçaq düşür.
@gunsxudiyeva6515
@gunsxudiyeva6515 4 года назад
Əsrarəngiz şeir...... Möhtəşəm ifa.....
@sevincabbasova7122
@sevincabbasova7122 4 года назад
Çox sağ olun, var olun sənətkar. Təşəkkürlər👍👍👍👍👍
@cickyags4191
@cickyags4191 3 года назад
Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə. ❤️❤️❤️
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
❤️3❤️
@mubarizehmedov939
@mubarizehmedov939 4 года назад
Sizin ifada dinləmək çox xoş oldu
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Bəh-bəhh! ❤️
@paradiseflower5015
@paradiseflower5015 4 года назад
Dahiyanə, mükəmməl, möhtəşəm!!! 👏👏👏👏👏👏👏👏👏👏👏
@ulviyyehacili6232
@ulviyyehacili6232 4 года назад
Allah rəhmət eləsin sevimli nakam şairimizə
@amalyamehdiyeva3691
@amalyamehdiyeva3691 4 года назад
Çox gözel 👍👍
@sadatmursudovamks2691
@sadatmursudovamks2691 4 года назад
❤❤❤❤❤
@kitaplarvmahnilar.6304
@kitaplarvmahnilar.6304 3 года назад
İnsanın ruhunu oxşayır . Allah rəhmət etsin Azərbaycan şairi
@baxsaliyevaxatire2715
@baxsaliyevaxatire2715 4 года назад
Vay , o qəlbə ki boşdur .... Təşəkkürlər
@rufatmammadov5112
@rufatmammadov5112 4 года назад
❤👍43👍❤📝🎼👏... Yene o Bag olaydi .... Nakam MÜŞFIQ Allah sene mim min rehmet elesin 🙏 heyifff senden coooox heyiff ... 🙏❤..Size min min can Sagligi eziz MAESTRO 🙏👏❤
@konulbayramova6840
@konulbayramova6840 4 года назад
O qədər çox sevirəm ki bu şeiri.Coxlarinin ifasında dinləmiş.Sizin ifa terziniz bam başqadır USTAD.VAR OLUN.SİZ ZIRVESINIZ.Tanri qorusun sizi dəyərli sənətkar.
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Ürəyinizə sağlıq Ustad!❤️ Yazın, yaradın, var olun🙏❤️
@nergizefendiyeva3106
@nergizefendiyeva3106 4 года назад
Allah cavan dünyasını dəyişmiş şairimızə rəhmət eylısin.Sizədə can sağlığı.Təşəkkür.🙏🙏🙏🙏
@aidanmirza5008
@aidanmirza5008 4 года назад
Nə yaxşı ki varsınız! İnsanın ďünyadan küsdüyü bu günlərdə, ümidsiz anlarımızda bizi səsinizin sehri ilə həyata yenidən bağlayırsınız. Kamran bəy, gözəl insan kaş yenə o bağ olaydı. Kaş o bağa siz öz sevənlərinizi, yəni bizi yığıb"Yenə o bağ olaydı" deyəydiniz.
@sevincabbasova7122
@sevincabbasova7122 4 года назад
Çox çox sevirəm bu seri. Sizin ifanızda tək kəlmə ilə, MÖHTƏŞƏM
@_mlyim_1605
@_mlyim_1605 4 года назад
💐
@shidlrolmzvtnbolunmz8609
@shidlrolmzvtnbolunmz8609 4 года назад
Super 👍🏻
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 года назад
Bəy, İlahiii nə gözəl səslənmədir, nə gözəl ruh vermisiniz. Çox gözəl, çox incə, çox duyğulu.. Həqiqətən. Möhtəşəm. Maşallah olsun. Ruhunuz yorulmasın heç vaxt USTAD
@smahsnova8787
@smahsnova8787 4 года назад
Ən sevdiyim şeirdir...
@habilyasharyazar2024
@habilyasharyazar2024 4 года назад
Mükəmməl!
@nahidmmmdli3920
@nahidmmmdli3920 4 года назад
Möhtəşəmsiz...❤
@gulyakocharli164
@gulyakocharli164 4 года назад
😬çox təsirləndim❤😧təşəkkür edirəm, çox gözəl səsləndirdiz,səsinixə qüvbət 👏👍🙏
@sevincnovruzova9686
@sevincnovruzova9686 4 года назад
Sevdiyim şair,sevdiyim şeir və sevdiyim səs👍👍👍👍Siz bu şeiri bir neçə il öncə də səsləndirmisiniz.İlk dəfə bu şeiri sizin ifanlzda dinləyəndə elə indiki kimj buzovnada dəniz kənarında bağda dinləmişdim,lap yerinə düşmüşdü.İndi də tam tamına yerinə düşən bir şeir.Çox duyğulandım,dincəldim.Çox sağ olun!
@nartavantagiyeva1535
@nartavantagiyeva1535 4 года назад
Coox isterdim cox 💔😔🌹🌹🌹Can Var Olun 🙏⭐❤️🌹🌹🌹💋
@gulbaharr
@gulbaharr 4 года назад
Yenə o bağ olaydı...😪😪😪 Məni ən çox ağladan şeirdi..sözlər o qədər duyğulu, kədərli və təsirlidir ki.. bütün duyğularınzla şairin hisslərini çatdırmısız, bu şeiri çoxları deyib,amma sizin ifanızda bir başqa gözəl alınıb,möhürü vurulmuş bir şeirdi..siz də öz möhürünüzü vurdunuz özünəməxsus,mükəmməl ifanızla..necə kədərli səs tonunuz var..Allah sizə can sağlığı versin,Var olun!🙏🙏👍👍👏👏👏😍
@userzemfira8022
@userzemfira8022 4 года назад
10 👍👐
@rsadmmmdov2102
@rsadmmmdov2102 3 года назад
Çıxalım Buzovnada kiçik qayalıqlara..
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Möhtəşəm!
@smahsnova8787
@smahsnova8787 4 года назад
Kamran bəy siz həm vicdan haqqında həm yuxu kimi də həm də şairlikdə peşəkarsınız bilirsiz mən indiyədək çox seriala baxmışam ancaq vicdan haqqı və yuxu kimi qədər gözəl həqiqi serial görmədim bilirsinizmi niyə çünki o serialları Rövşən isax çəkib düzdür vicdan haqqı serialı çoxdan bitib ancaq mən o serialdan ayrlıa bilmirəm inşallah virus gedər yuxu kimi serialına qaldığınız yerdən davam edərsiniz Mənim adımdan Rövşən bəyə salamlarımı çatdırarsınız öncədən təşəkkürlər...
@sebrsebr9683
@sebrsebr9683 2 года назад
Daha ne o bag qalib ne o insanlar😔😔
@subhanallahverdiyev7701
@subhanallahverdiyev7701 Год назад
👍
@nahidmmmdli3920
@nahidmmmdli3920 4 года назад
Mikayıl Müşfiq bu gözəl əsəri Ənvər Məmmədxanlının bacısı Arifə xanıma yazmışdı. Bəlkədə gizlətdiyi bir nakam məhəbbət alovlanırdı qəlbində....
@validamamedova2237
@validamamedova2237 4 года назад
Elədir hə.Mən də oxumuşam bu haqqda.Yəqin ilk məhəbbəti olub.İlk məhəbbət heç vaxt unudulmur axı...
@nezaketletifova1118
@nezaketletifova1118 2 года назад
Çox kövrelmişem öten günleri yada salib.🥺
@eminhuseynov5708
@eminhuseynov5708 4 года назад
🌹🌹🌹🌹🌹
@mliklimalik8121
@mliklimalik8121 8 месяцев назад
çox gözəl
@fatimefatime8870
@fatimefatime8870 4 года назад
🎧 49👍 👏
@nezaketletifova1118
@nezaketletifova1118 2 года назад
🎧👍👍👍
@ayazzeynalov387
@ayazzeynalov387 2 года назад
Var ol
@giftedtadpolebee742
@giftedtadpolebee742 4 года назад
@elnarmirzezade6573
@elnarmirzezade6573 4 года назад
Allah Mikayil Musfiqe rehmet elesin Cox sag olun Kamran bey var olun
@reyhanhesenova6827
@reyhanhesenova6827 4 года назад
Yene o bag olaydl
@seidaquliyeva4029
@seidaquliyeva4029 4 года назад
Ruhumuz dinceldi
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
🌹🌹🌹🌹🌹💕
@yeganequliyeva664
@yeganequliyeva664 2 года назад
Bu yaz, bir başqa yazdır!💐
@user-lc9fg2zq8i
@user-lc9fg2zq8i Год назад
Allah sene rehmet elesin sair. Lenet olsun staline ve sovet rejimine
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Yenə o bağ olaydı....
@yeganequliyeva664
@yeganequliyeva664 Год назад
🎧🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏
@nurlanamammedova8026
@nurlanamammedova8026 4 года назад
Yenə o bag olaydı..
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Arzuya bax, sevgilim,...tellərindən incəmi? Söylə, ürəyincəmi?
@esmirakrimova1315
@esmirakrimova1315 4 года назад
10🌹❤🌹menen
@sarabagirova3606
@sarabagirova3606 4 года назад
😍😍
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 года назад
Əsmər bənizli...
@cickyags4191
@cickyags4191 3 года назад
❤️174❤️
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 года назад
İlk
@kamranmyunis
@kamranmyunis 4 года назад
.........İLK....
@aygunaygun8263
@aygunaygun8263 4 года назад
Həəə...Əsmərim..Yene o bağ olaydi... Nese bu şer məni ağladir. Çox istiyerdim ki Yene o bağ oleydi...💕😘😔
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 года назад
@@kamranmyunis Xoşbəxtliyin digər adı. Var olun.
@smrhuseynxan5468
@smrhuseynxan5468 4 года назад
@@aygunaygun8263 kaş ki.. Deməkdən başqa əlimdən hrç nə gəlmir...
@esmirakrimova1315
@esmirakrimova1315 4 года назад
Tebrikler🌹
@payatonna
@payatonna 2 года назад
Kompozisiyanın adı nədi?
@kamranmyunis
@kamranmyunis 2 года назад
Ad günü film musiqisi
@subhanallahverdiyev7701
@subhanallahverdiyev7701 Год назад
👍
@nazehajiyeva9971
@nazehajiyeva9971 4 года назад
💐
Далее
Mikayil Musfiq - Yene o bag olaydi | Yeni ifa
10:00
Просмотров 6 тыс.
Dilbər Axundzadə Mikayıl Müşfiq haqqında
11:46
Просмотров 108 тыс.
Ahmed Arif ile 60 Dakika Şiir
59:14
Просмотров 145 тыс.
Mikayıl Müşfiq və onun ailəsinin faciəvi sonu
12:10
XƏZƏR SÜLEYMANLIDAN 5 GÖZƏL ŞEİR
8:52
Просмотров 218 тыс.
Rüfət Rafaeloğlu-"Rəssam" (Mikayıl Müşviq)
1:33