Тёмный

Mikayıl Müşfiqin bacısı Böyükxanım nə üçün üstünə 3 litr neft töküb yandırdı? 

Rac Story
Подписаться 99 тыс.
Просмотров 22 тыс.
50% 1

Mikayıl Müşfiq və "Yenə o bağ olaydı" şeirini ithaf etdiyi sirli qadının həyat hekayəsi...
Kiçik yaşlarından yaradıcılığa meyl edən Müşfiq körpə çağında anasız qalmanın sıxıntılarını dilə gətirdiyi "Ana" şeiri (1927) onun daxili iztirablarının nə qədər dərin olduğundan xəbər verirdi.
Orta və ali təhsilini tamamladıqdan sonra 1930-cu illərdə həm Azərnəşrdə redaktor vəzifəsində çalışıb, həm də Bakı məktəblərində dərs demişdir. Elə bu illərdə Dilbər xanımla tanış olan şair çox keçmədən onunla ailə qurur. İzdivacdan 1 il sonra oğlunun dünyaya gəlişini sevinclə qarşılayan Müşfiq ona Yalçın adını verir. Amma həyat heç bir şəkildə üzünə gülməyən şairin bu sevinci də çox çəkmir, cəmi 2 ay sonra uşağı xəstələnərək vəfat edir. Şair bundan dərin sarsıntılar keçirir, özünə qapanır. Həmkarlarının dəstəyi ilə özünü toparlamağa çalışır.
Yenə də işləri tam yoluna düşmür. Azərnəşrdə onun haqqında qarayaxma kampaniyaları başlayır, onun bir "kiçik burjua" şairi olduğu iddiaları səslənir. Həmin dövrdə isə bir insana burjua demək onun həyatı üçün böyük təhlükə idi. Əsas məsələ də burjua demək xalqını sevməyən, bütün həyatını öz şəxsi mənfəəti üçün yaşayan insan demək idi, şairi sarsan isə əsas bu idi.
Müşfiqin böyük bacısı 30 yaşlı Böyükxanım bibisi oğlu Zeynalabdinlə ailə həyatı qurmuşdu. Zeynalabdin işdə olarkən Böyükxanımı həbs etmək üçün qara maşın gəlir. Evdə axtarış edərək şəkilləri, kitabları götürürlər. Bu vaxt Böyükxanım paltar dəyişmək bəhanəsiylə yan otağa keçir. Üç litr nefti üstünə töküb həyətə çıxır, özünü odlayır. Çaş-baş qalan həmin adamlar yorğan götürüb alovu söndürməyə çalışırlar. Lakin artıq iş-işdən keçmişdi. Böyükxanım son nəfəsində: "Müşfiqə canım fəda olsun", -deyir.
#MikayılMüşfiq #BalashMirzabey #RacoolStudio #Böyükxanım #Mədəniyyət #Bakı #Azərbaycan #Dilbər #Yenəobağolaydı
Diqqqət! Müəllif hüquqları qorunur! Materialın təkrar paylaşılması yolverilməzdir. Materiala aid hər hansı məlumatdan istifadə etdikdə istinad üçün keçid vermək lazımdır.
#Media24Group-un rəhbəri Dilşad Musa-ya xüsusi təşəkkür edirik.
Müəllif: Balash Mirzabey
Studio: Racool Studio
Reklam üçün əlaqə: (tel/vatsap) 055 309 16 54
Instagram - / racoolstudio

Опубликовано:

 

7 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 68   
Далее
Changing The Flag Of The Countries #countryballs
00:18
Repressiya - Mikayıl Müşfiq
24:15
Просмотров 3,3 тыс.
Mikayıl Müşfiq və onun ailəsinin faciəvi sonu
12:10