Тёмный

Milli qəhrəman məsələsində səhv - Bu adda milki qəhrəmanımız yoxdur - Rembo müəmması 

SerdArt
Подписаться 4,1 тыс.
Просмотров 66
50% 1

Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində bir bulaq yaradılıb, üzərində isə bu sözlər qeyd olunub:
“Rembo ləqəbli Azərbaycanın Milli Qəhrəmanı Qasımov Adil Calal oğlu”.
“Qafqazinfo” xəbər verir ki, lövhənin yanında isə onun atası Calal kişiyə həsr olunmuş lövhə də var - şəhid atası kimi.
Yolum buradan düşəndə mənzərəni gördüm və belə bir Milli Qəhrəmanımızın mövcudluğundan xəbərsiz olduğum üçün özümü qınadım. Ardınca Adil Qasımovun adını “Google”a yazaraq axtarış verdim.
Nəticə məni heyrətləndirdi: Bu adda nəinki Milli Qəhrəmanımız yoxdur, hətta həmin adda şəhidimizin olması barədə də heç bir məlumat mövcud deyil.
Situasiya məni üç istiqamətdən narahat etdi:
1) Belə bir Milli Qəhrəmanımız varsa, onun adı niyə heç bir mənbədə qeyd olunmayıb?
2) Milli Qəhrəman olmasa belə, bu adda şəhidimiz varsa, niyə onun haqqında heç yerdə məlumat yoxdur?
3) Əgər Adil Qasımov Azərbaycanın Milli Qəhrəmanı deyilsə, rəsmi status olan “Azərbaycanın Milli Qəhrəmanı” titulun barəsində prezidentin müvafiq sərəncamı olmayan bir şəxsə şamil olunması doğrudurmu və bu hadisə ictimai şəkildə nümayiş edilə bilərmi?
Azərbaycanın Milli Qəhrəmanı olduğu iddia olunan “Rembo” ləqəbli Qasımov Adil Calal oğlu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həmçinin nazirliyin nəzdində Dövlət Sosial Müdafiə Fonduna sorğu göndərdik. Lakin məlum oldu ki, dövlət qurumlarında sözügedən şəxslə bağlı hər hansı dəqiq məlumat yoxdur.
***
Adil Qasımovun ailəsi “Qafqazinfo” ilə əlaqə saxlayaraq bildirib ki, o, Milli Qəhrəman deyil, lakin I Qarabağ müharibəsində iştirak edib: “Lövhədə səhvə yol verilib. O, Şəhidlər xiyabanında dəfn olunub”.

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 4   
@ЭльманЗаманов-м9з
Şəhidlər xiyabanında dəfn olunub.ikinci dəfə yaralanıb semaşkoda ağır yaradan vəfat edib
@SerdArt
@SerdArt 2 года назад
Azərbaycanın Milli Qəhrəmanı olduğu iddia olunan “Rembo” ləqəbli Qasımov Adil Calal oğlu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həmçinin nazirliyin nəzdində Dövlət Sosial Müdafiə Fonduna sorğu göndərdik. Lakin məlum oldu ki, dövlət qurumlarında sözügedən şəxslə bağlı hər hansı dəqiq məlumat yoxdur.
@ЭльманЗаманов-м9з
Şuşanın müdafiəsində 14 qəlpə yarası alıb hərbi qospitalda müalicə alıb.Əmircanlı Nailin batalyonunda döyüşüb.
@SerdArt
@SerdArt 2 года назад
*******
Далее
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Просмотров 243 тыс.
Mehelle 1 - Planet Parni iz Baku ( KVN 2000)
23:26
Просмотров 2,8 млн