Тёмный

Mirzə Babayev - Oxutmuram, Əl Çəkin (Rəsmi Audio) 

Mirzə Babayev
Подписаться 2 тыс.
Просмотров 2 тыс.
50% 1

Mirzə Babayevin “İfalar, Vol.2” albomundan "Oxutmuram, Əl Çəkin" ifası artıq onlayndır.
Mirzə Babayevə RU-vid-da abunə ol: mikpro.az/mirz...
Musiqi: Zakir Bağırov
Söz: Mirzə Ələkbər Sabir
Sözlər:
[Bənd 1]
Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır
Elmin əbəs olduğun anlamayır, qanmayır
Sair uşaqlar kimi hər sözə aldanmayır
Sair uşaqlar kimi hər sözə aldanmayır
[Nəqərat]
Eyləyir ömrün hədər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
[Bənd 2]
Uşaq mənimdir, baba, dəxli nədir sizlərə?
Kim sizi qəyyum edib, hökm edəsiz bizlərə?
Yatmaram əsla belə dinə dəyər sözlərə
Yatmaram əsla belə dinə dəyər sözlərə
[Nəqərat]
Bir kərə qan, müxtəsər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
[Bənd 3]
Bəsdir, cəhənnəm olun, bunca ki, aldatmısız
İndi beş ildir, tamam dinimə əl qatmısız
Sevgili övladımı kafirə oxşatmısız
Sevgili övladımı kafirə oxşatmısız
[Nəqərat]
Duydum işin sərbəsər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Heç dəxli var?
[Bənd 4]
Satmaram öz əqlimi siz kimi laməzhəbə,
Razıyam oğlum gedə qəbirə, nə ki məktəbə
Məktəb adın çəkməyin, mələbədir, mələbə
Məktəb adın çəkməyin, mələbədir, mələbə
[Nəqərat]
Əlhəzər, ondan həzər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
[Çıxış]
Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!
Mirzə Babayev sosial şəbəkələrdə:
genius.com/art...
Mirzə Babayev rəqəmsal platformalarda:
lnk.to/Mirza_B...
Mirzə Babayev tərəfindən ifa olunan “Oxutmuram, Əl Çəkin” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” tərəfindən qorunur. © 2023
Etiketlər:
#MirzəBabayev #OxutmuramƏlÇəkin #mikpro

Опубликовано:

 

8 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
Далее
Mirzə Ələkbər Sabir - Oxutmuram əl çəkin
3:01
M.E. Sabir  Neylerdin İlahi...
2:12
Просмотров 60 тыс.
Mirzə Babayev haqqında bilmədikləriniz - BAKU TV
18:31
Dünya Bir Pəncərədir- Mirzə Ələkbər Sabir
53:34
Oxutmuram, Əl Çəkin
3:02
Просмотров 2,5 тыс.
Mirzə Babayev - Ay Qız
5:51
Просмотров 650
Dur Qaçaq, Oğlum
3:23
Просмотров 772