Тёмный

MOSKVADA Novruz bayramı 

АЗЕРБАЙДЖАНЦЫ МОСКВЫ
Подписаться 7 тыс.
Просмотров 3,8 тыс.
50% 1

MOSKVA AZƏRBAYCANLILARI NOVRUZ BAYRAMINI QEYD EDİBLƏR
Cari il martın 19-da Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtaruyyəti yazın gəlişini bildirən Novruza həsr olunmuş bayram tədbiri təşkil edib. Ənənəvi olaraq təntənəli mərasim Rusiya və Azərbaycanın dövlət himnləri ilə başlayıb. Möhtəşəm “White Hall” restoranında düzənlənmiş bayram gecəsinin Novruzun personajlarından olan Bahar qızı libasında, milli geyimdə olan istedadlı aparıcıları Ülviyyə Əzizova və Nəsibə Fərəcova yüksək peşəkarlıq nümayiş etdirərək rəsmi çıxışlar və bədii səhnələr arasında rus və Azərbaycan dillərində bayramın tarixi və ənənələrindən, Azərbaycan xalqının mədəni özünü identifikasiyasında onun əhəmiyyətindən tədbir iştirakçılarına maraqla bəhs edirdilər.
Moskva Azərbaycan diasporunun başçısı, ixtisasca şərqşünas Bəxtiyar Həsənov salamlama çıxışında bildirib ki, “Novruz” farscadan tərcümədə “yeni gün” mənasını verir - bu dünyada yazda gecə-gündüz bərabərliyi günündə qeyd olunan ən qədim bayramlardan biridir. O, hələ Zərdüştün müqəddəs “Avesta” kitabında təsvir edilmiş və hal-hazırda YUNESKO-nun beynəlxalq statusunu almışdır. Bayramın əsasını “Xoş fikir - Xoş söz - Xoş əməllər”dən ibarət üçlük və müqəddəs sayılan 4 element - Torpaq-Su-Yel-Od təşkil edir. Tədbirdə iştirak edənləri müxtəlif millətlərin və dinlərin təmsilçilərini bir araya gətirən bayram münasibətilə səmimi qəlbdən təbrik edən Bəxtiyar Həsənov onlara möhkəm can sağlığı, müvəffəqiyyətlər, bütün işlərində uğurlar, sülh, əmin-amanlıq, xoşbəxtlik, ruzi-bərəkət, dostluq və xalqlar arasında, eləcə də hər bir ailədə qarşılıqlı anlaşma arzulayıb.
Möskva hökuməti milli siyasət və regionlararası əlaqələr Departamentinin rəhbəri, nazir Vitaliy Suçkovun təbrik məktubunu onun müşaviri Valentin Kuryata səsləndirib.
Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtaruyyətinin sədr müavini Həşim Əliyev öz çıxışını Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə başlayıb: “Milli özünəməxsusluğumuzun ayrılmaz hissəsi hesab etdiyimiz və yabançı təsirlərdən qoruduğumuz Novruz ənənələri bizim mənəvi varlıqlara olan hörmətçil münasibətimizin təzahürü, eləcə də ümumbəşər mədəniyyətinin xəzinəsinə dəyərli tövhəmizdir. Həşim Əliyev təşkilatı adından tədbirə təşrif buyurmuş Rusiya paytaxtını təmsil edən geniş ictimaiyyətin çoxsaylı nümayəndələrini - alimləri, görkəmli mədəniyyət və incəsənət xadimlərini, azərbaycanlı, rus, ukraynalı, tatar, qırğız, qazax, tacik, özbək, qaraqalpaq, dağ yəhudiləri, inquş və digər icmaları təmsil edən ictimai təşkilatların, o cümlədən də Rusiya Xalqlar Assambleyasının Moskva vilayəti regional bölməsinin nümayəndələrini, Rusiyanın aparıcı ali təhsil ocaqlarının professor-müəllim heyəti və tələbələrini, Moskva və vilayətin dövlət strükturları və milli biriklərinin rəhbərləri və təmsilçilərini, elm və yaradıcılıq sahələrindən olan ziyalıları ürəkdən təbrik edib və iştiraklarına görə təşəkkürünü izhar edib.
Rusiya telekanallarındakı proqramların tez-tez qonağı olan və orada Azərbaycanın ədalətli mövqeyini müdafiə edən gənc jurnalist-politoloq Aleksey Naumovun “Qarabağ Azərbaycandır!” ifadəsi ilə tamamlanan tədbirdəki çıxışı gurultulu alqışlarla qarşılanıb. Azərbaycanlıları Novruz Bayramı münasibətilə həmçinin Moskvanın müxtəlif milli icmaların rəhbərləri öz doğma dillərində təbrik edib.
Gecənin ədəbi-bədii proqramını “Qarabağ” instrumental-xoreoqrafik ansamblının ifasında həmçinin nağaralar və Azərbaycan bayraqları ilə göstərilən hərarətli rəqsləri bəzəyib. Müxtəlif millətlərdən olan istedadlı müğənnilər isə Azərbaycan mahnılarını, eləcə də türkmən, özbək və qaraqalpaq dillərində kompozisiyaları ifa ediblər. Artistlərin səsləndirdiyi şən nəğmələr tədbir iştirakçılarının rəqsləri ilə müşayiət olunub. Rəqs edən iştirakçıların sayı maksimal həddi - 50 nəfərdən çox insan - “Yallı” qədim milli rəqsimizin ifası zamanı müşahidə olunub.
Novruz Bayramının zəngin mədəni ənənələrini əks etdirən papaqatdı və xonçanın bəzədilməsi kimi səhnəciklər qonaqlarda xüsusi maraq doğurub. Tədbirdə düzənlənən “Novruz xonçası” sərgisi zamanı xanımlar bayram xonçasının xüsusi reseptlərlə öz əlləri ilə hazırladıqları şirniyyatlarla bəzədilməsi işindəki dizayner məharətlərini nümayiş etdirdilər. Aparıcılar tərəfindən olduqca maraqlı keçirilən boyadılmış yumurta döyüşü üzrə yarış publikanın böyük rəğbətini qazanıb.
Proqramın teatrallaşdırılmış hissəsində Moskva azərbaycanlıları Milli-Mədəni Muxtaruyyətinin Qadınlar birliyinin təşkilatçılığı ilə 2024-cü ildə Rusiyada qeyd olunan Ailə İlinə həsr edilmiş bir neçə səhnəcik nümayiş etdirilib ki, onlar da Azərbaycan xalqının ailə dəyərlərinin qorunmasını, ailə ənənələrini və toylarını bütün rəngarəngliyi və gözəlliyi ilə parlaq şəkildə əks etdirib. Məsələn, “Şirin çay”, “Xna yaxdı” və digərləri. Bayram tədbiri sazın müşayiəti ilə sevgi-məhəbbət və təbiətin oyanışına həsr olunmuş gözəl şerlərin səsləndirilməsi ilə davam etdirilib və bu gecədə xüsusi abu-hava yaradaraq ruh yüksəkliyinə səbəb olub.

Опубликовано:

 

23 мар 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 14   
@user-qe4pe3gf4z
@user-qe4pe3gf4z 2 месяца назад
Спасибо всем за прекрасный праздник Новруз! Во главе Бахтияр муэллим выражаю свою благодарность всем организаторам и участникам!
@eldaneztemirov4456
@eldaneztemirov4456 2 месяца назад
Слава дружба Азербайджана и Россия. ❤Новруз Это Национальный праздник Азербайджана.❤
@user-sn7wr3qk5i
@user-sn7wr3qk5i 2 месяца назад
Elimizin obamızln adət-ənənələrini özündə əks etdirən Bahar bayramı xalqımıza sülh əmin əmanlıq bol bərəkət gətirsin. Çox möhtəşəm bir tədbir oldu. Bu son günlərdə heç bir təşkilatın keçmədiyi tədbir idi. Bəxtiyar Həsənova və Moskva Qadınlar birliyinə əhsən!!!
@user-ji8dk3lb3z
@user-ji8dk3lb3z 2 месяца назад
вместе будте все страны. ❤
@user-sn7wr3qk5i
@user-sn7wr3qk5i 2 месяца назад
Pedagog,Azərbaycan mugamının, xalg ,bəstəkar mahnılarının və eləcə də dünya estradasının mahir ifaçısı olan dəyərli Ataxan İsmailovun şən mahnıları bayram əhval ruhiyyəsi yaratdı. Ataxan bəyə təşəkkürlər.
@user-md1ls6br6y
@user-md1ls6br6y 2 месяца назад
HALAL OLSUN BACOGLUYA❤❤❤❤❤❤❤❤❤❤❤❤UĞURLAR
@user-bn4jb3hm9n
@user-bn4jb3hm9n 2 месяца назад
Maşallah olsun amin
@user-co7sh8rt5i
@user-co7sh8rt5i 2 месяца назад
Bu tedbiri tentenli ve ozlerinin yuksek bacarigi ile heyata keciren aparici bahar gizimiz Nasibe Ferecovaya tebrik ve teshekkurler. Allah bele agilli terbiyeli savadli evladlari gorusun❤👍🤲🇦🇿
@user-ji8dk3lb3z
@user-ji8dk3lb3z 2 месяца назад
Əmeyi keçen insanlara teşekkurler.
@user-ji8dk3lb3z
@user-ji8dk3lb3z 2 месяца назад
Nesibe ferecova yeni addimlarinda size ugurlar.
@user-id1zn7tz2m
@user-id1zn7tz2m 2 месяца назад
Бахтияр муеллим чох саг олун гешенк тедбир кечиртдиниз биз сизин кими зиялы шехслернен фехр едирик молодцы с/у Алиаскер г.Грозный 👍👍👍✋️🇦🇿🇷🇺
@shahlababayeva6100
@shahlababayeva6100 2 месяца назад
Sonsuz twkler Bextiyar muellime.
@necefeliyev477
@necefeliyev477 2 месяца назад
Novruz bayramınız mübarək olsun
@Turgut2022
@Turgut2022 2 месяца назад
🙏🇦🇿
Далее
A meal of dumplings is in hand!#shortvideo #funny
00:16
СТРИМ-МАФИЯ С ДРУЗЬЯМИ
4:09:21
Просмотров 1 млн
ДЕНЬ ПОБЕДЫ В МОСКВЕ в 2024 году
8:15
Taninmis Talislar
4:20
Просмотров 319 тыс.
Heydər Əliyev Naxçıvanda çay içərkən
4:01
Просмотров 338 тыс.
Komedixana  361-ci Bölüm 09.06.2024
56:32
Просмотров 87 тыс.
A meal of dumplings is in hand!#shortvideo #funny
00:16