Тёмный

Musa Yaqub - Saxlayanım var 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 627
50% 1

Şeir: Musa Yaqub - Saxlayanım var
Səsləndirmə: Musa Yaqub
Musiqi: Ələkbər Tağıyev - Sən gəlməz oldun
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
MUSA YAQUB - SAXLAYANIM VAR
Könlümü ilhamda, qəddimi şuxda,
Gözümü işıqda saxlayanım var
Tale nə sir-sifət verib, sağ olsun.
Məni yaraşıqda saxlayanım var.
Ömrümüz həyəcan, təlaş içində,
Könlüm bir şüşədir bu daş içində.
Belə vurhavurda, savaş içində.
Məni barışıqda saxlayanım var.
Dostlar nə o gücdə, nə o dözümdə
Üzlər gördüm əlim qaldı üzümdə.
Adımı özümdə, haqqı sözümdə
Belə qarışıqda saxlayanım var.
Adam var əriyir ağlaya bilmir,
Doğmasına da bel bağlaya bilmir.
Çoxu sarayda can saxlaya bilmir,
Məni alaçıqda saxlayanım var.
1990, İsmayıllı
Musa Yaqub:
“…Mənim evdə atam olmadığı üçün uşaqlarla bizim evə daha çox yığılardıq. Anam da həmişə şikayət edərdi ki, “a bala, evlən, dostlarını yola sal, vallah mən bacarmıram”. Ona görə də biz qərar verdik ki, eləsi ilə evlənək ki, bizə deməsin ki, filankəsi niyə evə gətirmisən? Doğrudan da bizə beləsi qismət oldu. Ömründə bizə kim gəlib gedibsə həyat yoldaşımın alnının qırışını da görməmişdim.
Əvvəllər məhəbbət şeirləri çox yazırdım. Mən məhəbbət şeiri yazanda həyat yoldaşım heç vaxt gileylənməzdi. Çoxları deyirdi ki, bax, filankəsə şeir yazıb. Düzdür, məhəbbət şeirlərinin obyektləri var, amma bütöv deyil. Bunları deyəndən sonra dedi ki, deyəsən, heç mənə şeir yazmamısan. Dedim, yox, vallah, yazmamışam. Amma sonradan ona “Saxlayanım var” şeirini yazdım:
Könlümü ilhamda, qəddimi şuxda,
Gözümü işıqda saxlayanım var.
Tale nə sir-sifət verib, sağ olsun.
Məni yaraşıqda saxlayanım var.
Düzdür bu şeir tək ona deyil, amma əsl şeirləri o gedəndən sonra mən hiss etdim və onun xatirəsinə çox şeirlər yazdım:
Məni yazan kimdir, məni pozan kim?
İndi sən ağ donlu bir ağ mələksən.
Dünyanın bəxtəvər adamısan ki,
Mənim ölməyimi görməyəcəksən.
Ömrün hər çağında həyat yoldaşı lazımdır. Qocalanda o mənada ki, sənin əlindən tutsun, kömək etsin, nazına dözsün. Çox şeylər var ki, adam gəlinə, qıza deyə bilmir. Həyat yoldaşı qədər insana doğma olan kimsə yoxdur. Bunu da Allah-təala yaradır. Yad bir adam sənə bu qədər doğma olur. Heç bacına o qədər etibar etməzsən ki, qadına edirsən. O da həyatın böyük bir nemətidir. Yad bir adamın birdən-birə doğmalaşması dəhşətdir.
Kişi üçün ömrünün axırında qadınsız yaşamaq bir az əzabdır. Həyat yoldaşına elədiyin nazı heç kəs götürməz. O nazı ancaq həyat yoldaşına edə bilərsən. O mənada insan tənhalaşır. Deyirsən ki, bu qədər əziyyət çəkmişəm, gəlin də, qız da, oğul da belə. O şirinliyi vermir. Bəlkə də Allah onu yaddan doğma yaratdığı üçün belədir. Çünki ona əziyyət çox çəkməmisən. Düzdür, mən şikayətçi olmamışam. Nə gəlindən, nə də qızdan gileylənmişəm. Amma neyləyim, gileylənib nağaracam? :)..”
#musayaqub #saxlayanımvar #ələkbərtağıyev #səngəlməzoldun #şeir #şair #poeziya #ədəbiyyat #musiqi #musayaqubşeirləri #biraddimla #biraddimlayol

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 2   
@leon.h2134
@leon.h2134 7 месяцев назад
Arxa fon musiqisinin adı nədi?
@biraddimla
@biraddimla 7 месяцев назад
Vüsal Süleymanov - Sən gəlməz oldun
Далее
DAXSHAT!!! Avaz Oxun sahnada yeg'lab yubordi
10:46
Просмотров 489 тыс.
"...Ölümə hazırlaşıram" - Zəlimxan Yaqub
6:32
Просмотров 301 тыс.
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 2,9 тыс.
Musa Yaqub - Onda Biləcəksən - Kamran M. YuniS
5:34
Apardı sellər Saranı
8:28
Просмотров 109 тыс.
Məhəbbət Kazımov bu gün dəfn olunacaq
7:41
Просмотров 187 тыс.
Musa Yaqub - Çıxım gedim
2:01
Просмотров 4,3 тыс.
DAXSHAT!!! Avaz Oxun sahnada yeg'lab yubordi
10:46
Просмотров 489 тыс.