Тёмный

Nüsrət Kəsəmənli - Bir sevda ağlayır içimdə mənim 

SEVDA İBRAHİMLİ
Подписаться 1,8 тыс.
Просмотров 18 тыс.
50% 1

Melody -David Wahler -Antiquus
Söz : Nüsrət Kəsəmənli
Səslənmə : Sevda İbrahimli
...Bir sevda ağlayır içimdə mənim....
Gəl dedim, köksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü.
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim.
Qədri bilinmədi, ömrü qırıldı,
Həsrət boyun bükdü, hicran yoruldu.
O hər gün incidi, hər gün vuruldu,
Bir sevda ağlayır içimdə mənim.
Min gül solduranlar, min gül dərdilər,
Yüngül çiçəkləri yüngül dərdilər,
Mən ürək açanda baxıb gördülər,
Bir sevda ağlayır içimdə mənim.
Dünəni bükülü xatirəsinə,
Vurğundur bu günü xatirəsinə,
Qısılıb mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim.
Bacara bilmədim özüm-özümlə,
Dil tapa bilmədi işim sözümlə,
Mənim fəryadımla, mənim gözümlə,
Bir sevda ağlayır içimdə mənim.
Mənəm daş daşıyan o məhəbbətə,
İtmiş qaş-daşıyam o məhəbbətə,
Özüm baş daşıyam o məhəbbətə,
Bir sevda ağlayır içimdə mənim.
Gec oldu qədrini mən biləndə də,
Sevinci yaşayıb, qəm böləndə də,
Üzümə baxmayın mən güləndə də,
Bir sevda ağlayır içimdə mənim.

Опубликовано:

 

12 мар 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 24   
@rukhsarababai8328
@rukhsarababai8328 8 месяцев назад
Həmin Sevda mənim tələbə yoldaşım olub, 1968- 1973- cü illər. Azərbaycan dövlət universitetinin filologiya fakültəsi. Çox gözəl qız idi. Allah rəhmət etsin. Cavan getdi.
@bxtiyarqocayev8013
@bxtiyarqocayev8013 7 месяцев назад
Allah rəhmət eləsin .
@Konul1980-ru2hz
@Konul1980-ru2hz 18 дней назад
amin Allah rehmet elesin neden vermediler waire sevdani?aile qurdumu?bele seylerde coox derin yaram var bizide qoymadilar qovusmaga
@spingame3959
@spingame3959 7 месяцев назад
Qırx ildir ki içimdə bir sevda aglayir mənim.
@Konul1980-ru2hz
@Konul1980-ru2hz 18 дней назад
menim 26il😢
@user-hg2gz4bb2i
@user-hg2gz4bb2i Год назад
Бир севда ахлайыр ицимде меним
@spingame3959
@spingame3959 6 месяцев назад
İçimdə bir eşqin sevdası gəzər.Hesretin hicranin qəlbimi üzər.Hezer ayrılığın əlindən hezer...
@user-dz6ux8pr6q
@user-dz6ux8pr6q 21 день назад
ШЕИР САСА ,САС ЩЕИРА ГЕЙРИ АДИ РУХ ВЕРИР 😢😢😢😢😢БИР СЕВДА АГЛАЙЫР ИЧИМДА МАНИМ.😢😢😢😢
@spingame3959
@spingame3959 7 месяцев назад
Özüm ozumnen kimi tələffüz olunmalidir.Sevda xanımın sesi adami ovsunlayir..
@spingame3959
@spingame3959 7 месяцев назад
Bu qəribə uygunluqdur.Sevda xanim seir deyir.Bir Sevda da dünyadan vaxtsız gedib.Sairin içində də bir eşq sevdasi ağlayır.
@spingame3959
@spingame3959 6 месяцев назад
Belə gözəl şeir və ifa c
@raisaquliyeva316
@raisaquliyeva316 Год назад
Allah hər ikisini rəhmət eləsin. Sevda cox qəsəng və mə sum ailənin bir qizi idi.
@spingame3959
@spingame3959 4 месяца назад
Menim şeir dunyamda Nusretin xususi yeri var...
@zakirhsnov8298
@zakirhsnov8298 9 месяцев назад
"Bacara bilmədim özüm-özümlə"-təsirli sözlərdi.
@spingame3959
@spingame3959 6 месяцев назад
Öz ölümümden narahat deyiləm.. Amma içimdəki sevdanin ölümü yaman qorxudur məni...
@user-kf3mt4xw1y
@user-kf3mt4xw1y 5 месяцев назад
Аллах рахмат еласин!
@spingame3959
@spingame3959 6 месяцев назад
Üçün çox az yorum var...
@spingame3959
@spingame3959 6 месяцев назад
Mənim Sevdamı da atasi vermədi mənə.Dedi kasibdir qizimi xoşbəxt edə bilməz..
@spingame3959
@spingame3959 4 месяца назад
Bu ses bu seiri necə tapıb goresen?
@spingame3959
@spingame3959 6 месяцев назад
Soldurannar kimi tələffüz olunmalidir.
@samireorucova1877
@samireorucova1877 8 месяцев назад
Sevda Cox varlı bir yerin qızı olub. Nüsrət Kəsəmənli evsiz anasız atasız biri olub. Ona göre Sevdan ailesi qoymuyub qovuşmağa.Ona görədə şairimiz başqa bir xanımla ailə quranda. Toy günü Sevda gəlib qıraqdan tamaşa edib.
@Konul1980-ru2hz
@Konul1980-ru2hz 18 дней назад
yasadigimiz nedir bizim.bizide ayirdilar
@spingame3959
@spingame3959 5 месяцев назад
❤❤❤
Далее
Stray Kids <ATE> UNVEIL : TRACK "MOUNTAINS"
00:59
когда повзрослела // EVA mash
00:40
Просмотров 1,9 млн
Xəzər Süleymanlı - EP v.08 (Full albom)
23:25
Просмотров 57 тыс.
şeir - QADIN
2:00
Просмотров 32 тыс.
Bir sevda ağlayır içimdə mənim
7:27
Просмотров 35 тыс.