Тёмный

Nüsrət Kəsəmənli - Getmək istəyirsən, bəhanəsiz get 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 375
50% 1

Şeir: Nüsrət Kəsəmənli - Getmək istəyirsən, bəhanəsiz get
Səsləndirmə: Hicran Nəsirova
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
NÜSRƏT KƏSƏMƏNLİ - GETMƏK İSTƏYİRSƏN, BƏHANƏSİZ GET
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı...
Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənədtək
Nə vaxtsa üstündə tutulacaqdır.
Döşənib yollartək ayaqlarına
Sənə yalvarımmı?... bu mümkün deyil!
Qoymaram qəlbimtək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil.
Demirəm sən uca bir dağsan, əyil,
Demirəm qalıbdır əlacım sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm əl açım sənə...
Getmək istəyirsən... O yol, o da sən...
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi... Nə vaxtsa dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.
Getmək istəyirsən... Nə danış, nə din!
Yox ol uzaqlartək dumanda, çəndə...
Nəyimi sevmişdin? Deyə bilmədin,
İndisə yüz eyib görürsən məndə.
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı...
“Hicran Fətəli qızı Nəsirova 1958-ci il martın 11-də Bakı şəhərində anadan olub.
1979-cu ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra, təyinatı ali məktəbin tədris teatrına göndərilib. Gənc aktrisa V.İbrahimoğlunun səhnə quruluşu verdiyi C.Cabbarlının “Yaylağa gedir” əsərində (Tibb bacısı), S.Vurğunun “Komsomol poemasında” (Humay) və s. tamaşalarında oynayıb.
1981-ci ildə Akademik Milli Dram Teatrında V.İbrahimoğlu Anarın “Səhra yuxuları” psixoloji dramını hazırlayanda bu tamaşada Leyla roluna Hicran Nəsirova dəvət olunub. 1986-cı ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür. Yaradıcılıq ciddiyyətini həmişə qoruyub-saxlayan aktrisa bu möhtəşəm sənət ocağında aşağıdakı rolları ifa etmişdir:
Nabat (R.Əlizadə, “Günah” ), Zöhrə (N.Xəzri, “Gecə döyülən qapılar”), Xumar, Zərifə (S.Rəhman, “Yalan”, “Nişanlı qız”), Birinci rəfiqə (F.Q, Lorka, “Qadın faciəsi”), Havalı qadın, Böyükxanım (C.Cabbarlı, “Ulduz və ya Ədirnə fəthi”, “Aydın”), Məlahət (Ş.Qurbanov, “Əcəb işə düşdük”), Ağqoyunlu ana (Ə.Əmirli, “Ağqoyunlular və Qaraqoyunlular”), Reqana (V.Şekspir, “Kral Lir”), Kəklik (İ.Əfəndiyev, “Tənha iydə ağacı”), Züleyxa (Elçin, “Poçt şöbəsində xəyal”), Çılğının xalası (B.Vahabzadə, “Dar ağacı”), Qıssa xanım (Mir Cəlal, “Dirilən adam”), Xanpəri (M.F.Axundzadə, “Müsyö Jordan və dərviş Məstəli şah ”), Həmdəbanu ( T.Minnullin “Alın yazısı”) və s.
Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı Anarın “Evləri köndələn yar” (Reyhan), B.Vahabzadənin “Kimdir haqlı?” (Məlahət), Ə.Hacızadənin “İtkin gəlin” (Dünya), C.Cabbarlının “Almaz” (Yaxşı), R.Səməndərin “Bir yay günü” (Məhbubə) və s. teletamaşalarında müxtəlif səpkili rollar ifa edib.
Nəsirova Hicran 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb”.
#nüsrətkəsəmənli #getməkistəyirsənbəhanəsizget #hicrannəsirova #nusretkesemenli #getmekisteyirsenbehanesizget #şeir #şair #poeziya #ədəbiyyat #aktrisa #hicrannesirova #şairlər #şeirlər #musiqi #edebiyyat #nüsrətkəsəmənliseirleri #nusretkesemenliseirleri #biraddimla #biraddimlayol

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 2   
@ГюльнараДжафарова-й9р
@ГюльнараДжафарова-й9р 7 месяцев назад
❤❤❤❤
@poezyaalem
@poezyaalem 7 месяцев назад
Möhtəşəm❤
Далее
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Просмотров 243 тыс.
pumpkins #shorts
00:39
Просмотров 30 млн
Nuri & Jane - YUXU (Heydər Əliyev Sarayı / 2024)
3:33
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 2,9 тыс.
Boşanmaların səbəbləri | Nizami Orucov
46:37
Просмотров 27 тыс.
NÜSRƏT KƏSƏMƏNLİ - Biri vardı biri yox
2:36
Просмотров 341 тыс.
pumpkins #shorts
00:39
Просмотров 30 млн