Тёмный

Nüsrət Kəsəmənli - Yaxşı ki 

Подписаться
Просмотров 447
% 14

Şeir: Nüsrət Kəsəmənli - Yaxşı ki
Səsləndirmə: Nüsrət Kəsəmənli
Musiqi: Eldar Mansurov - Elegy Requiem
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
NÜSRƏT KƏSƏMƏNLİ - YAXŞI Kİ
Ayrı yaşayırlar anamla atam,
Bir təzad ömr edir bu kainatda.
Onlara həm doğma,
Həm də ki, yadam,
Göz açıb nənəmi gördüm həyatda.
Beşiyim başında layla yananda
Bayatı hicranın dilində qaldı.
Ürəyim bir ata-ana yanında,
Əllərim nənəmin əlində qaldı.
Böyüdüm illəri mən çata-çata,
Sevinc biryanadır.
Qəm bir yanadır.
Anamin sahibi bir ögey ata,
Atamın sahibi ögey anadır...
Gah atam çağırır,
Gah da ki, anam:
-Ay oğul, yanımda gəlib qalsana.
Hərdən az qalıram alışıb yanam;
Bir evdə ata yad,
Bir evdə ana.
Başımda dolanır fikirlər çəni,
Könül, nə küs məndən,
Nə məni qına.
İki ev qoynuna çağırır məni;
Birində ata yad,
Birində ana.
Ürək dilə gəlir,
Ürək deyir ki:
-Ay ata, ay ana, bir soruşsana:
Səninçün, ay oğul, ağır deyil ki -
Bir evdə ata yad,
Bir evdə ana...
Söhbət açırsınız xatirələrdən,
Xatirə su deyil, içmək olmayır.
Siz sahil,
Körpüyəm sahillərə mən,
Araz körpüsüyəm, keçmək olmayır...
Ürəkmiş həsrətdən qovrulan, yanan,
Nə bilim həyatda eh, nələr varmış.
Atalar, analar səhv edən zaman
Yaxşı ki, dünyada nənələr varmış...
“Nüsrət Kəsəmənlinin uşaqlıq illəri çox ağır keçib. Hələ körpə olanda valideynləri ayrılıb. Atası başqa qadınla, anası isə başqa kişiylə ailə qurub. Nüsrət ata nənəsinin himayəsində böyüyüb. Şair ata və anasının kimliyini 18 yaşına çatanda öyrənib. O vaxta qədər elə bilib ki, atası onun qardaşıdır, nənə və babası isə ana və atasıdır.
Balacalıqdan vağzalda, küçədə qarmon çalıb, qatarlarda alver edib. Günlərin birində qatarda bir qadın onu görüb, ac olduğunu hiss edib ona çörək verir. Bir müddət sonra isə anası Nüsrəti görmək istəyir. Onları görüşdürərkən oğlunu görən qadın huşunu itirib yıxılır. Məlum olur ki, qatarda Nüsrətə çörək verən qadın elə doğma anası imiş.
Yeddinci sinifdən sonra məktəbdən uzaqlaşıb. Gününün böyük hissəsi küçələrdə, vağzallarda keçdiyindən tez-tez davası düşürmüş. Hətta bu davaların axırı bıçaqlanmaya qədər gedib çıxıb. Sonradan özündə güc tapıb və təhsilini davam etdirib.
Nüsrət Kəsəmənli universitetdə oxuyarkən yataqxanada yer ala bilməyib və hələ havalar xoş olduğundan gecələr Sabir bağında skamyada yatırmış. Bir gün polis onu avara, tüfeyli biri kimi tutub polis bölməsinə aparmaq istəyib. Lakin, onun tələbə olduğunu, jurnalistikada oxuduğunu öyrəndikdən sonra onu Nəsir İmanquliyevin yanına aparıb. Nəsir müəllim məsələni öyrəndikdən sonra Nüsrətə yataqxanada yer düzəldib, onu “Bakı” (“Baku”) axşam qəzetlərində işə götürüb. Sonralar şairin ev almasına da xeyli köməklik edib.
2003-cü ilin oktyabrında şairin böyrəklərində problemlər yaranır. Müalicə olunmaq üçün onu Təbrizə aparırlar. Altı ay orada müalicə alır, vəziyyəti yaxşılaşmağa doğru gedir. Lakin, bir müddət sonra atdığı dərmanların təsirindən mədəsində problem yaranır, daxili qanaxma başlayır və gözlənilmədən Nüsrət Kəsəmənli 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat edir. Onun ölümünü iki gün həyat yoldaşı Rəhilə xanımdan gizlədirlər. Rəhilə xanım Bakıya gedən maşında məxmərə bükülmüş tabutu görəndə həyat yoldaşının vəfat etdiyini bilir. İnsanlar uzun müddət onun ölümünün müəmmalı olduğunu düşünür. O cür qamətli, sağlam insanın ölümünə inanmırlar”.
#nüsrətkəsəmənli #nusretkesemenli #eldarmansurov #elegyrequiem #yaxşıki #şeir #şair #poeziya #ədəbiyyat #sənət #sənətkar #musiqi #kitab #biraddimla #biraddimlayol @biraddimla

Опубликовано:

 

16 дек 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии