Тёмный

Nə üçün hər gün ZEYTUN YAĞI yeməliyik? - 5 SƏBƏB! 

Demədi Demə
Подписаться 962 тыс.
Просмотров 3,3 тыс.
50% 1

#demədidemə #sağlamlıq #zeytun
Sağlam yaşamaq üçün zeytun yağının önəmi
Dünyada, xüsusilə də, İnkişaf Etmiş Ölkələrdə, başda ABŞ olmaqla, insanın sağlamlığını təhdid edən köklük günbəgün problemə çevrilməkdədir. Köklük müxtəlif xəstəliklərin, orqanizmdəki deformasiyaların, erkən ölümlərinin əsas səbəblərindəndir. Son illərdə böyük şəhərlərin əhalisi bu problem ilə üz-üzə qalıb. Mütəxəssislər deyir ki, ana bətnində başlayan düzgün qidalanma ilə uşaqları, dolayısı ilə, gələcəyimizi bu bəladan xilas etmək şansımız var.
Sağlam yaşamaq üçün orqanizmin əvəzedilməz qidalarını sadalayaq:
1) Proteinlər (ət, toyuq, balıq, süd, qatıq, pendir, yumurta);
2) Karbohidratlar (un və şəkər məmulatları, tərəvəz, meyvə);
3) Yağlar;
4) Minerallar;
5) Vitaminlər;
6) Təmiz su;
Sağlam və uzun yaşamaq üçün qidalanmanın əsasını təşkil edən yağların istifadə qaydasını bilməliyik. Yağlar 3 əsas qrupa ayrılır:
a) Doymuş yağlar-heyvan mənşəli yağlar və marqarinlər;
b) Təkli doymuş yağlar-zeytun yağı;
c) Çoxlu doymuş yağlar-bitki mənşəli duru yağlar;
Hazırda dünyada ən çox istifadə edilən yağlar günəbaxan yağı, qarğıdalı yağı, soya yağı və fındıq yağıdır. Hamısı da rafinə edilmiş yağlardır. Çünki bu bitkilərdən sızma və ya sıxma yolu ilə yağ əldə edilmir.
Yağların kalori dəyəri yüksəkdir. 1 qr yağ yandıqda 9 kaloriyə bərabər olur. Müqayisə üçün deyim ki, 1 qr şəkər yandıqda 4 kaloriyə bərabər olur. 1 qr proteində də nəticə 4 kaloridir. Elmi araşdırmalar nəticəsində aşkar edilib ki, həyatımıza kalori dəyərləri ilə yön versək, daha sağlam olarıq. Hər yaşın öz kalori ölçüsü var. Bu ölçüdən az kalori qəbul etdikdə, aktivliyimiz azalır, çox olduqda isə orqanizmi təhlükəyə atırıq.
Proteinlər orqanizmdəki proseslər zamanı öz kalorilərini xərclədiklərinə görə, lazımi miqdarda protein qəbul edənlər kökəlməzlər. Orqanizmin gündəlik protein ehtiyacı hər 1 kq çəki üçün 0,5-1 qram proteindir. Hamiləlik və süd vermə dönəmində qadın orqanizminin protein ehtiyacının artması təbiidir.
Düzgün qidalanmada nəzərə alınmalıdır: orqanizm üçün lazım olan enerjinin 10%-i proteinlərdən, 20-30%-i yağlardan, 60-70%-i karbohidratlardan alınmalıdır. Bu səviyyələrdəki pozulmalar sağlamlığa zərərlidir.
Proteinlərin həddən artıq qəbulu böyrək funksiyalarına zərər vurur. Karbohidratların, xüsusilə, ağ şəkərin normadan çox qəbulu diabetə səbəb olur, köklüyə gətirib çıxarır. Yağların çox və yanlış qəbulu ürəyin koronar xəstəliyi başda olmaqla, xeyli sayda xəstəliyə səbəbiyyət verir.
Müasir dövrümüzdə “metabolik sindrom” termini altında toplanan xəstəliklərin meydana çıxmasında yağ qəbulunun rolu böyükdür. Arterial təzyiqin yüksəlməsi, diabet, orqanizmin formasındakı dəyişikliklər, oynaqlarda deformasiyalar, qaraciyər və öd kisəsi xəstəlikləri-bunlar hamısı yağ qəbulunun qeyri-düzgün olmasından qaynaqlanır. Köklük isə o qədər adiləşib ki, xəstəlik olmaqdan çıxıb.
Yağların içərisində insan sağlamlığına müsbət təsiri ilə məşhur olan bir yağ var: zeytun yağı. Dünya üzrə zeytun yağı qəbul edən ölkələrin siyahısı açıqlanıb:
1. Yunanıstan-1 il ərzində adambaşına 20 litr zeytun yağı düşür;
2. İtaliya-1 il ərzində adambaşına 11 litr zeytun yağı düşür;
3. İspaniya və Tunis-1 il ərzində adambaşına 10 litr zeytun yağı düşür;
4. Türkiyə-1 il ərzində adambaşına 1 litr zeytun yağı düşür;
5. ABŞ-1 il ərzində adambaşına 450 millilitr zeytun yağı düşür;
Və siyahıda Azərbaycanın adı yoxdur... Təəssüf ki, ölkəmizdə insanlar zeytun yağının möcüzəvi xüsusiyyətləri haqqında az məlumatlıdırlar. Zeytun yağı ilə bağlı videolar hazırlamağım bundan qaynaqlanır.
Zeytun yağındakı yağ turşuları digər yağlar kimi xolesterol və triqliserid səviyyələrini yüksəltmir. Həmçinin, “pis xolesterol”u aşağı salır, “yaxşı xolesterol”u yüksəldir. Zeytun yağı damarlarda tıxanıqlıq yaradacaq yığıntıları yox edir, damarları elastikləşdirir. Zeytun yağı ilə hazırlanmış yemək yeyənlərin qanı qatılaşmır, qan dövranında pozulmalar olmur. Beləcə, zeytun yağı sevənlər ürəyin koronar xəstəliyi, yüksək təzyiq, ağciyər çatışmazlığı, mədə-bağırsaq xəstəlikləri, nevroloji problemlərlə daha az rastlaşırlar.
Orqanizmin sağlamlığı üçün öynələr arasında vitamin və mineral qəbulu da gözardı edilməməlidir. Zeytun yağındakı vitamin və minerallar orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır, orqanizmi xarici amillərdən qoruyur, hüceyrələrdə xərçəng əmələ gəlməsinə mane olur. Antioksidantlar də orqanizm üçün çox faydalıdır; bu danılmazdır!

Наука

Опубликовано:

 

25 апр 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@reyhan747
@reyhan747 3 месяца назад
Çoxsağolun verdiyiniz məlumatlara görə
@Ezize-yy1fu
@Ezize-yy1fu 3 месяца назад
FAYDALI VIDEODIR ÇOX SAĞOLUN
@mhmmdsfrov9485
@mhmmdsfrov9485 3 месяца назад
Ne edek cox bahadı😮tesaduf alib salata ya derman kimi istifade edirik
Далее
Gündə 2 Mixək Çeynəyin - Bir Həftədən Sonra...
12:11
Bu Qidaları Yeyən Kimi Damarlar Açılır!
10:59
Просмотров 8 тыс.
КАКОЙ SAMSUNG КУПИТЬ В 2024 ГОДУ
14:59
КАКОЙ SAMSUNG КУПИТЬ В 2024 ГОДУ
14:59